Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Cahan savaşını finişə yönəldən Yalta konfransı

Cahan savaşını finişə yönəldən Yalta konfransı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

80 il əvvəl qaliblər məğluba siyasi məhkəmə qurmuşdular

Zaman keçdikcə, bu qəbildən olan tədbirlər daha tez-tez yada salınır. Çünki ölkələrə, regionlara və ümumilikdə, dünyaya böyük problemlər yaradan müharibələrin arası kəsilmir. İstənilən ədalətsiz müharibənin səbəbkarı isə mütləq cəzalandırılmalıdır. Həmin cəza tədbirlərindən biri də təzminat tələb edilməsidir. Təbii ki, Ermənistan dövlətinin son 40 ildə Azərbaycan iqtisadiyyatına vurduğu yüz milyardlarla (hətta, dəqiq hesablansa daha çox) dollar ziyanın ödənilməsi mütləq gündəliyə gətirilməlidir. Həmin prosesdə tarixdəki analoji proseslərə istinad ediləcəyi də danılmazdır.

Bu il fevralın 5-də (bəzi mənbələr bu tarixi 4 fevral kimi göstərirlər) Yalta Konfransının 80 illiyi tamam olur. 1945-ci il fevralın 5-dən 11-dək Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfransın müharibənin başa çatmasından üç ay qabağa salınması o demək idi ki, müttəfiqlər artıq proseslərin necə nəticələnəcəyini yaxşı bilirdilər.

Xatırladaq ki, Livadiya sarayı Yaltanın yaxınlığındakı Mohabi təpəsində – 1910-1911-ci illər arasında memar Nikolay Krasnov tərəfindən tikilmişdir. İnşasında ağ Krım qranitindən istifadə olunmuş sarayın bəzi yerlərində İslam memarlığına aid izlər də vardır. 1917-ci il inqilabından sonra saray sanatoriya kimi istifadə olunmuş, 1993-cü ildə muzeyə çevrilmişdir.

1945-ci ilin fevralından sonra isə həmin möhtəşəm tikinti dünya siyasətçiləri və tarixçilər tərəfindən tez-tez yada salınır. Çünki alman faşizminə qarşı birlikdə mübarizə aparan dövlət başçıları – SSRİ rəhbəri İosif Stalin, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ Prezidenti Franklin Ruzveltin iştirakı ilə Yalta Konfransı bu sarayda keçirilmişdi. Ekspertlər yazırlar ki, həmin sarayın bağında 3 tarixi şəxsiyyətin şərəfinə əkilmiş 3 palma ağacı hələ də ziyarətçilərin maraq dairəsinə düşür.

Krım Konfransında qərara alınmışdı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. Qeyd edilmişdi ki, SSRİ, ABŞ və Böyük Britaniyadan başqa, Fransaya da işğal zonası verilməlidir. Almaniyadan təzminat alınmasının vacibliyi isə xüsusilə qeyd olunmuşdu. Belə ki, konfrans qərara almışdı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi.

Bundan başqa, Krım Konfransında SSRİ qərb sərhədlərinin hamı tərəfindən tanınmasına nail olmuşdu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürdüyü öhdəliyə də sadiq qaldı. İosif Stalin Yaponiyaya qarşı müharibəyə başlamağın müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub – Şərqi Çin dəmir yolu və Port – Arturun SSRİ-yə verilməsini tələb etmişdi. Konfransın qəbul etdiyi “Azad edilmiş Avropa haqqında Bəyannamə”də göstərilirdi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurulmasına təminat veriləcəkdir. Eləcə də, konfransda gələcək Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirilmişdi. Xatırladaq ki, Yalta Konfransının qərarları 1945-ci ilin 17 iyul – 2 avqust tarixində keçirilmiş Potsdam Konfransında təsdiqlənmişdi.

Tarixçilər yazırlar ki, konfransın bütün qərarları iki məsələ ilə bağlı idi: Birincisi, Üçüncü Reyxin işğal etdiyi əraziyə yeni dövlət sərhədləri çəkmək lazım idi. Eyni zamanda, müttəfiqlərin təsir dairələri arasında qeyri-rəsmi, lakin ümumilikdə bütün iştirakçılar tərəfindən tanınan sərhədlərin müəyyən edilməsi lazım idi – bu məsələ Tehran Konfransında artıq başlamışdı .

İkincisi, müttəfiqlər anladılar ki, ümumi düşmən yox olduqdan sonra Qərblə SSRİ-nin zorla birləşdirilməsi öz mənasını itirəcək və buna görə də dünya xəritəsində çəkilmiş bölücü xətlərin dəyişməzliyinə zəmanət verən prosedurlar yaratmaq lazım idi. Ona görə də konfransın davam etdiyi 8 gün ərzində “Böyük üçlük” 8 görüş keçirmişdi.

Bu zaman xüsusilə vurğulamaq istədiyimiz məqamlardan biri də 80 il əvvəl Krımda faşist Almaniyasına qarşı qaldırılan tələblərin, qəbul edilmiş prinsiplərin hamısının bugünkü Ermənistana da tətbiq edilməsi zərurətidr.

Belə ki, Yalta (Krım) Konfransının iştirakçıları bəyan etmişdilər ki, onların əsas məqsədi alman militarizmini və nasizmini məhv etmək və “Almaniyanın bir daha heç vaxt sülhü pozmaq iqtidarında olmayacağına” (Ermənistan hələ də regiondakı sülhə təhdid törədir) , “bütün alman silahlı qüvvələrini tərksilah etmək, dağıtmaq və məhv etmək” zəmanəti yaratmaqdır (Ermənistan faşizmi hələ də silahlandırılır).

Eləcə də, bütün alman hərbi texnikasını ələ keçirmək və ya məhv etmək, hərbi istehsal üçün istifadə edilə bilən bütün alman sənayesini ləğv etmək və ya nəzarət altına almaq (təəssüf ki, Ermənistanda həmin proseslər Qafqazda sülhü pozmaq istəyən Avropa qurumlarının nəzarəti altına keçib), bütün hərbi cinayətkarları ədalətli və tez cəzalandırmaq (Ermənistanın hərbi cinayətkarlarının bəziləri Bakıda artıq ədalət məhkəməsi qarşısındadır), Nasist partiyasını, nasist qanunlarını, təşkilat və qurumlarını yer üzündən silmək (Ermənistanda faşist Almaniyasının zabiti olmuş Njde hələ də “yaşadılır”, “İctimai qurumlardan və alman xalqının mədəni və iqtisadi həyatından bütün nasist və militarist təsirləri aradan qaldırmaq” (Ermənistanda terrorçu “Daşnaksütyun” partiyası və faşist ruhlu “Yerkrapah” antitürk qurumu hələ də fəaliyyətdədir).

Eyni zamanda,Yalta Konfransının bəyannaməsində vurğulanırdı ki, nasizm və militarizm kökündən kəsildikdən sonra alman xalqı xalqlar birliyində layiqli yer tuta biləcəkdir. Bu belə də oldu. XXI əsrdə, Qafqazda isə faşist Ermənistanının rəsmilərinə həm Azərbaycan, həm də Türkiyə rəhbərləri dəfələrlə xatırladıblar ki, öz xalqınızın gələcəyi naminə faşizmdən, müharibə və terrordan əl çəkməlisiniz.

İ.QAÇAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see255

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see248

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see241

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see234

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see234

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see226

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see224

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see217

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see207

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see200

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see198

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see196

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see195

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see190

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see189

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see187

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see186

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see185

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see183

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri