Icma.az
close
up
RU
“Cahan Şirkətlər Qrupunun 30 illiyi proqramı çərçivəsində Şəhid övladlarının Şuşaya qürur səfəri təşkil olunacaq

“Cahan Şirkətlər Qrupunun 30 illiyi proqramı çərçivəsində Şəhid övladlarının Şuşaya qürur səfəri təşkil olunacaq

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük qürur səfəri edəcək.

Səfərdən əvvəl “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşlarının və Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında yerləşən abidəsi ziyarət ediləcək.

Ardınca Bakı şəhərində səfər iştirakçılarını “Cahan Şirkətlər Qrupu”nun əməkdaşları və Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə qarşılayacaq. Onlara Qarabağın tarixi haqqında kitablar hədiyyə olunacaq.

Səfər zamanı “Xarıbülbül” otelində istirahətləri təşkil olunacaq qəhraman şəhid övladları Şuşa, Xankəndi və Ağdama səyahət edəcək, tarixi, gəzməli və görməli yerlərlə tanış olacaqlar.

Səfər çərçivəsində uşaqların iştirakı ilə “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisi keçiriləcək.

Qeyd edək ki, “Şəhid övladlarının Şuşaya qürur səfəri”nin təşkilində əsas məqsəd, milli qürurumuz və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına işğaldan azad edilmiş müqəddəs yurdlarımızı, vətənimizin dilbər guşələrinin ecazkar təbiətini, tarixi-mədəni irsini və xalqımızın qəhrəmanlıq salnaməsini yerindəcə göstərərək onlarda vətənə bağlılıq və qürur hisslərini daha da gücləndirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see189

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see169

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see149

Liverpul un futbolçusu Almaniyada ən yaxşı seçildi

10 Avqust 2025 15:50see144

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see138

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see130

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see128

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see126

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see124

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see123

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see122

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see122

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see122

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see121

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see121

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see120

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see119

İnterpolun axtardığı azərbaycanlı bu ölkədə SAXLANILDI

10 Avqust 2025 15:51see118

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see118

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri