Icma.az
close
up
RU
Cahangir Həsənzadə: “Qarabağ” “Olimpiakos”la oyuna optimal heyətlə çıxacaq

Cahangir Həsənzadə: “Qarabağ” “Olimpiakos”la oyuna optimal heyətlə çıxacaq

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

“Qarabağ” bu gün asan matça çıxmayacağını yaxşı bilir. Amma mən keyfiyyətli oyunla müsbət nəticə qazana biləcəklərinə dair ümidliyəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq qapıçısı Cahangir Həsənzadə Ağdam təmsilçisinin bu gün UEFA Avropa Liqasının əsas mərhələsində Yunanıstanda “Olimpiakos” klubuna qarşı keçirəcəyi VIII matçı barədə danışarkən deyib.

Mütəxəssis “Qarabağ”ın səfərdə oynamasına baxmayaraq, optimal heyətlə meydanda olacağını bildirib: “Qarabağ”ın bu mövsüm avrokuboklarda keçirdiyi bütün qarşılaşmalar eyni ssenari ilə gedir. Yaxşı oyun göstərmələrinə baxmayaraq, bəzi epizodlarda yaranan boşluqlar üzündən uduzurlar. Turnirdə son oyunları olsa belə, bütün güclərini meydanda qoyacaqlar ki, ən azından Bakıya qələbə ilə qayıtsınlar və daxili çempionatda öz uğurlu nəticələrini davam etdirsinlər. Amma “Olimpiakos” da kifayət qədər güclü rəqibdir. Evdə oynamaları onların motivasiyasını artıracaq”.

O, “Qarabağ”ın avrokuboklardakı uğursuz çıxışının ölkə çempionatının oyunlarına mənfi təsir göstərə biləcəyini söyləyib: “Burada psixoloji durum önəmli faktordur. Futbolçuların beynəlxalq arenada məğlubiyyət yaşadıqdan sonra daxili yarışlara köklənməsi olduqca çətindir. Belə olan halda baş məşqçi Qurban Qurbanov onları daha çox ruhlandırmaq məcburiyyətində qalır. Komandanın daxili motivasiyasını yüksəltmək üçün kifayət qədər güc sərf etmək lazımdır. Amma bir məsələ də var ki, bu futbolçular peşəkardırlar və belə bir çətinliyin öhdəsindən gəlməyə qadirdilər. Çünki komandanın istər yerli, istərsə də legioner futbolçular baxımından ehtiyat skamyası olduqca genişdir. Beynəlxalq arenada az oynayan futbolçular ölkə çempionatında daha çox şans qazanırlar. Onlar bu amili nəzərə alaraq, özlərini göstərmək üçün bacarıqlarını tam şəkildə meydanda qoyurlar. Təəssüf ki, Qurban Qurbanov belə sıxıntılarla üzləşir. Amma ağdamlılar Premyer Liqada “Turan Tovuz”a uduzduqları matçda diktə edən tərəf olmuşdular. Boşluqlar və ya arxayınlıq qarşılaşmanın məğlubiyyətlə nəticələnməsinə səbəb oldu. Bunlar istisnalardır. İstənilən halda “Qarabağ”ın keyfiyyəti daxili çempionatda öz səviyyəsini qorumağa kifayət edir”.

Qeyd edək ki, Pireydəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu turnir cədvəlində 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri