Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

500 ildir davam edən Çaldıran döyüşü niyə bitmir?

500 ildir davam edən Çaldıran döyüşü niyə bitmir?

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İl 2005: təzəcə hakimiyyətə gələn İran prezidenti Mahmud Əhmədinejat İranın (bundan sonra məcburən fərq olsun deyə "İran: və "Bizim İran" ifadələrini istifadə edəcəyəm) şanlı tarixi səhifəsini əhatə edən səfəvi kimliyini müasir siyasətə adaptasiya etməyin yollarını axtarmağa başladı.

Çünki hələ Xv - XVI əsrdə səfəvilər 12 imam şiəliyini (ifadəyə diqqət) dövlət dini halına gətirərək, onun əsasında İran milli kimliyi inşa etdilər.

Qoy tarixçilər cavab versin ki, bu zaman qiymətləndirmə necə aparıldı:

-İran milli kimliyi

- Səfəvi kimliyi

- Türk kimliyi

Və ondan sonra bir daha (Nadir şah istisna) şiəlik siyasəti mərkəzi idarəetmədən kənarda qalmadı. Hətta dünyəvi hesab edilən Şah İranında belə, şiəlik əsas istismar vasitəsilərindən biri idi ki, oğul Rza Şahın din xadimlərinin torpaqlarına göz dikib, alıb sadəcə camaata paylanması onları narazı salmasaydı və buna görə ortaya Xomeyni çıxmasaydı.

Hazırda da İrana rəhbər olan Xamenei də səfəvi şiəliyinə əhli - beyti tarixin bir lütfü deyərək, istinad edir.

Səfəvilər vaxtı meydana gələn dini rəhbərlik ilə siyasi idarəetmə birləşərək bugünkü vilayəti-fəqh (hazırda İran idarəetməsi) deyilən bir anlayışda birləşir.

Deməli, burda İslami kimlik, tarixi ənənəylə birləşərək, müasir İran kimliyi formalaşdırır və bu izaha görə güclü dövlətin əsas hesab edilir.

Diqqət burda: ənənəvi şiəlik qətiyyən indiki gördüyümüz şiəliklə əlaqədar deyil. Çünki onun fəlsəfəsində üsyan və qəhrəmanlıq dayanır. Lakin səfəvilərdə mövcud olan mərasimlər indiki İranda matəm, ağı, faciə mərasiminə çevrilib və tarixi mahiyyət tamamilə təhrifə uğrayıb. Yəni hazırda şiəlik İrandan kənarda müqavimət və savaş gücü, İranda isə məzlumiyyət və təslim dininə dönüb.

İlk dəfə Mahmud Əhmədinejat hakimiyyətə gələndən sonra ölkədə mövcud siyasi, ideoloji parçalanmaları nəzərə alaraq qədim İran milli kimliyi (Mahiyyətcə Sasaniliyə əsaslanan) anlayışına sarıldı. Bunu ona görə etdi ki, dərinləşən dindar və ya islahatçı cəbhələrinə aid olmayan üçüncü gücü doğuraraq, yeni idarəetmə motivasiyası üçün səbəb tapsın. Çünki Əhmədinejat sərt siyasi xətti ilə ölkədə çox pis iqtisadi vəziyyət yaratdı və nüvə proqramı ilə sanksiyalar ölkədə əməlli-başlı depressiya mühiti formalaşdırdı. Bu qədər daxili gərginlik və parçalanmalar fonunda neo-səfəvizm iqtidar üçün əsl dərman idi. Bu yeni baxış üçüncü bir kütlə yaratmağa hesablanmışdı ki, olduqca güclü tərəfdaş da toplaya bildi.

Əsas ana tezis isə "Əsl islam ancaq İranın islamıdır" arqumentində elan edilərək, İran məktəbi kimi strategiya açıqlandı.

1. Çünki İran İnqilabından sonra mövcud dini anlayışlar artıq rəğbət doğurmurdu deyə yeni bir millətçi baxışa (neo-səfəvizmə) ehtiyac vardı.

2. Amerikanın başlatdığı Orta Şərq işğalı, İraq və Əfqanıstanın tutulması, burda İrana münbit şərait yaradaraq, öz dinini inkişaf etdirməyə imkan verdi. Halbuki, ABŞ və İran sözdə düşmən idilər, necə oldusa, Əfqanıstan və İraq işğalında Tehran ABŞ üçün kəşfiyyat məlumatları paylaşdı.

3. İranın da sayəsində İraq və Suriyada çıxan məzhəb əsaslı müharibələrdə İran guya "şiəliyin təbii qoruyucu mələyi" obrazına dərhal bütünmək üçün zəmin tapdı.

4. Və tarixə istinad edildi ki, bütün dövrlərdə İran sünii - Osmanlı işğalına qarşı əsas şiəlik mərkəzi kimi mübarizə aparıb, indi yenə də aparmalıdır.

Hətta prosesi o qədər irəli daşıdılar ki, İran mərkəzli dini dünyanın lideri kimi bir ara Əhmədinejat Şah İsmayılla da eyniləşdirilməsi baş verdi.

Məhz burda ilk dəfə prezident Mahmud Əhmədinejat İranlılıq ilə şiəlik anlayışlarını eyniləşdirdi və ya təqdim etdi.

İslamın həqiqəti İranda təcəlli edər və İslamın bayrağı İranın bayrağıdır fikiri önə çıxdı.

Zatən bu baxış da İranda bütün kəsimlərdən dəstək qazandı.

Dərhal elan edildi ki, texnokratiya və neo-səfəvizm İranın dərdlərinin əsl çarəsi ola bilər.

Bəs yaxşı İran bu anlayışlarla sərhədini aşmağı və haralarda maraq imperiyaları qurmağı hədəflədi?

Bu anlayış Qafqaz daxil, Orta Asiya və Yaxın Şərqə qədər böyük bir ərazini əhatə etməyə bəs edir.

İndi gələk əsas suala:

Səfəvilik və Neo-səfəvizm arasında nə kimi fərq var və Azərbaycanla Türkiyənin bu prosesdə yeri nədir?

Neo-səfəvizm: İranın milli dini səfəvi tərzi şiəlikdir deyə elan edilir.

Güclü və mərkəzçi iqtidar (eynən səfəvi kimi) problemlərin əsas həlli yolu kimi görülür.

Üşüncüsü, mərkəzi dini kimlik ideologiyası- iranlı və şiə kimliyi irəli sürülür ki, bu da milli və etnik kimliyi ortadan qaldırmağa hesablanıb. Burda millət anlayışı artıq həm ölkəni, həm də ümməti əhatə edir.

Dördüncüsü, regional missiya və şiə əməkdaşlığı önə sürülür və birbaşa İranın təbii liderliyi əsaslandırılır.

İranın təbii vəzifəsinin Şiə coğrafiyasını qorumaq olduğu açıqlanır.

Bu, neo-səfəvizm baxışı İranın İraq, Suriya, Yəmən, Livanda olduğunu leqallaşdıran səbəb sayılır.

Nəhayət, səfəvilərdə olduğu kimi İranda da hazırda İmam Mehdinin gələcəyini elan edən siyasət, mistik baxış tətbiq edilir.

Nəticədə;

- Dindarları dini yöndən

- Sekulyarları İrani yöndən

- Coğrafiyadakı digər şiələrə isə məzhəb üzərindən yetişə bilirlər.

Gələk əsas məsələyə:

Çaldıran döyüşü niyə hələ də davam edir?

Ötən ilin dekabrında Ərdəbildə qəflətən məlum olub ki, Çaldıran döyüşünün 500 illiyi tədbiri keçirilir.

Bu Azərbaycan və Türkiyədə xeyli təəccüb doğurdu. Amma sual bu idi ki, Azərbaycan bu tədbiri özü keçirərdimi, keçirərdisə, niyə indiyə qədər bunu etməyib və ya İranlılar nə üçün qalib gəldikləri yox, məğlub olduqları müharibənin ildönümünə aid tədbir keçirr?

Gələk strategiyaya...

1. İran bu faciəni eynən Kərbəla müsibəti ilə paralelləşdirir.

Bu faciə üzərindən aktual siyasətə bir yeni məzhəbsəl məna yüklənir və Şah ismayılın məğlubiyyəti İslamın tarixində güclü bir yaddaşa malik faciə olayına _ həzrəti Hüseynin şəhadəti ilə birləşdirilir və Ona İslami, məzhəbi simvolik məna verilir.

Burda əsas hədəfə Türkiyə alınır və onun əleyhinə fikir aparılır ki, tək müasir dünayda Yezidin tərəfdarı Türkiyədir və əlbəttə onun qardaşı kimdir?

Azərbaycan Respublikası.

Yəni hekayəsini yaratdığı üçün artıq bu iki ölkəyə qarşı təkcə İranda yox bütün şiə dünyasında bir nifrət formalaşdırmağa başlayırlar.

Yəni:

- Yezid Hüsynə

- Osmanlı - Səfəviyə

- Türkiyə isə İranın "haqlı" davasına qarşı strategiyası işlənilir.

Əsas məntiq: məğlub olmaq önəmli deyil, əsas burda olan duruşdur, yəni şiəlik duruşu.

Neo-səfəvizm və şiəlik Qafqazda İranın geopolitik və strateji hədəflərini pərdələməyə xidmət edir.

Tehran rejimi artan Türkiyə- Azərbaycan qardaşlığına qarşı (təhdid görür) dərhal Azərbaycana aid bütün mətnlərdə bu ölkənin əhalisinin böyük əksəriyyətinin şiə olması faktı qabardılır və əlaqələrə dərhal məzhəbsəl güncəlləmə gətirilir.

Tarixə baxanda isə dərhaL Anadolu türkləri ilə İran türkləri anlayışı işlədilir ki, ayrılsın.

Məhz Ərdəbildə Çaldıranı anma tədbirində Ərdoğanla yanaşı Əliyevin də təhqirə məruz qalmasına diqqət edin.

Qayıdaq Ərdoğan məsələsinə.

Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri tarixi baxımdan olduqca yanlış və mübahisəlidir.

Ayrıca, Ərdoğanın sırf Çaldıran məsələsinə münasibət bildirməsi özü maraqlı faktdır. Səbəbini yəqin ki, artıq bildik.

Gələk, bu məsələdə Azərbaycan Respublikası vətəndaşlarının mövqeyinə.

İran hakimiyyəti Şah İsmayılın üzərindən çox asan şəkildə Azərbaycan və Türkiyənin bir -birinə qarşı qoymala qalmır axı, bu ölkədə yüzlərlə, minlərlə vətəndaşımızı özünün ideya elementinə, başlıcası mücahidinə, casusuna çevirir. Təəssüf ki, Ərdoğanın açıqlaması üzərindən İran ölkəmizdə özünün imperial məqsədləri naminə uğur qazandığını test edir və ya da biz də test edirik ki, bu həsas vəziyyətdə bizim ziyalı təbəqəmiz necə İran siyasi maraqlarının xidmətçisi olur?

Əziz ƏLİBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri