Icma.az
close
up
RU
Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq

Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş tədqiqatçısı Mahnaz Anvar Fancy iqlim dəyişikliyinin mədəni abidələrə də ciddi zərər vurduğunu deyib. Bildirib ki, mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyətin iqlim müzakirələrinin mərkəzində olması baxımından əhəmiyyət daşıyır, eyni zamanda, qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü vasitə olduğunu göstərməyi hədəfləyir.

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniyanın şahzadəsi Dana Firas çıxış edərək, iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışıb, ölkəmizin irəli sürdüyü C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

UNESCO-nun mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois isə bildirib ki, əsas məsələ iqlim dəyişikliyinin mədəniyyətə təsirini diqqətdə saxlamaq və bu istiqamətdə fəaliyyət götərməkdir.

Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis mədəni təbliği təşviq etmək üçün müxtəlif elmi sahələri bir araya gətirməyin vacib olduğunu deyib.

Asiya İnkişaf Bankı İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi maliyyə imkanına çıxışdan söhbət açıb.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə çıxışında bildirib ki, COP29 çərçivəsində bir çox sahələrə həsr olunmuş tədbirlər keçirilir: "Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr edilib. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq".

Panel mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq mövzusunda müzakirələrlə davam edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see179

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see136

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see131

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see131

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see128

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see125

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see124

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see123

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri