Icma.az
close
up
RU
Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq

Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel keçirilib.

Adalet.az xəbər verir ki, tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş tədqiqatçısı Mahnaz Anvar Fancy iqlim dəyişikliyinin mədəni abidələrə də ciddi zərər vurduğunu deyib. Bildirib ki, mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyətin iqlim müzakirələrinin mərkəzində olması baxımından əhəmiyyət daşıyır, eyni zamanda, qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü vasitə olduğunu göstərməyi hədəfləyir.

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniyanın şahzadəsi Dana Firas çıxış edərək, iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışıb, ölkəmizin irəli sürdüyü C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

UNESCO-nun mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois isə bildirib ki, əsas məsələ iqlim dəyişikliyinin mədəniyyətə təsirini diqqətdə saxlamaq və bu istiqamətdə fəaliyyət götərməkdir.

Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis mədəni təbliği təşviq etmək üçün müxtəlif elmi sahələri bir araya gətirməyin vacib olduğunu deyib.

Asiya İnkişaf Bankı İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi maliyyə imkanına çıxışdan söhbət açıb.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə çıxışında bildirib ki, COP29 çərçivəsində bir çox sahələrə həsr olunmuş tədbirlər keçirilir: "Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr edilib. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq".

Panel mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq mövzusunda müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see310

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see151

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri