Çalışmalıyıq ki, imtahanlar insanları məktəblərdən uzaqlaşdırmasın Komitə sədri
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
VI çağırışda büdcə məsələləri müzakirə olunanda məsələ qoyuldu ki, musiqi məktəblərinin bir çoxu bağlanmalıdır. Düşündük ki, bir-birinə yaxın olan məktəblərin olmasına nə dərəcədə ehtiyac var.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan bir çox ölkələrdən fərqli olaraq hər ailə musiqi alətlərini öyrənməyə maraqlı idi:
"Bayramlarda görürdük ki, 10 ailədə 10 nəfər musiqi alətlərində istifadə edə bilirdi. Mən heç bir ölkədə belə bir şey görməmişəm və bu bizim üstünlüyümüz idi.
Çalışmalıyıq ki, bu islahatlar, imtahanlar insanları musiqi məktəbindən uzaqlaşdırmasın.
Zaman dəyişir, biz tamamilə fərqli ölkədə yaşayırıq. Hər sahədə islahatlar kimi burada islahatlara getməliyik.
Mən əminəm ki, işdən uzaqlaşdırılanlar bizə müraciət edəcəklər və deyəcəklər ki , bizim haqqımızı tabdalayırsınız".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















