Icma.az
close
up
RU
Çalxalanan neft bazarı: qiymət dəyişikliyi Azərbaycana necə təsir edəcək?

Çalxalanan neft bazarı: qiymət dəyişikliyi Azərbaycana necə təsir edəcək?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Neft hasilatı və ixrac həcmlərinin azalması ölkəmizin əldə etdiyi gəlirlərin də azalmasını şərtləndirir

ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə qlobal ticarətdə böyük dəyişikliklərin olacağına dair gözləntilər pik həddə çatıb. Ağ Ev rəhbərinin müttəfiq və qeyri-müttəfiqlərə qarşı başlatdığı rüsum kampaniyası bütün əmtəə bazarlarında qeyri-müəyyənlik formalaşdırıb. Bu, xüsusilə neft bazarında ziddiyyətli vəziyyətin yaranmasına gətirib çıxarıb. Beynəlxalq sahə təşkilatlarının, analitik mərkəzlərin açıqladığı proqnozlarda da ehtiyatlı yanaşma diqqəti cəlb edir.

ABŞ-ın İran neftinə qarşı sərt nəzarət siyasətini bərpa etməsi, eyni zamanda yanvarın əvvəlində Rusiyanın neft ixracına qarşı tətbiq olunan kəskin sanksiyaların bazara təsirinə dair rəylər ziddiyyətlidir.

Belə ki, neft ixrac edən ölkələrin birliyi olan OPEC 2025-ci ildə neftə tələbat artımı proqnozunu sutkada 1,45 milyon barel (gündə) və 2026-cı ildə isə 1,43 milyon barel səviyyəsində saxlayıb. Musavat.com təşkilatın aylıq hesabatına istinadən xəbər verir ki, həmçinin 2024-cü ildə neftə tələbat həcmi gündəlik 103,75 milyon barel, 2025-ci ildə 105,2 milyon barel, 2026-cı ildə isə 106,63 milyon barel səviyyəsində saxlanılıb.

OPEC analitikləri qeyd edirlər ki, qlobal iqtisadiyyat qlobal mərkəzi banklar tərəfindən müəyyən edilmiş yüksək faiz dərəcələri və daha sərt maliyyə şərtləri ilə mübarizə aparır: “Bundan əlavə, ABŞ-ın yeni administrasiyasının ticarət siyasətləri bazarlara daha çox qeyri-müəyyənlik əlavə edib ki, bu da bazar əsaslarını əks etdirməyən tələb-təklif balanssızlıqları və buna görə də daha çox volatillik yarada bilər. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlarda bu ticarət qeyri-müəyyənliyi inflyasiya gözləntilərini əsas mərkəzi bankların hədəflərindən yuxarı qaldırıb və faiz dərəcələrinin aşağı salınmasını çətinləşdirib”.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, 2025-ci ildə qlobal neft tələbi ötən illə müqayisədə sutkada 1,104 milyon barel(OPEK proqnozundan 341 min barel az) artacaq. Bir ay əvvəl o, bu rəqəmi 1,054 milyon barel səviyyəsində proqnozlaşdırmışdı. Beləliklə, analitiklər tələb artımı təxminlərini gündə 50 min barel artırıblar.

Agentlik Çinin qlobal neft istehlakının artımına təsirinin azaldığını da qeyd edir: 2024-cü ilin sonuna ölkədə daxili istehlak son on ildə sutkada 600 min barel olan orta illik artımla müqayisədə cəmi 150 min barel (qlobal artım strukturunun təxminən 20 faizi) artıb. BEA-nın analitiklərinin fikrincə, ötənilki artım əsasən neft-kimya sektorunun hesabına baş verib.

BEA qeyd edir ki, ABŞ-ın yeni administrasiyasının tarif siyasətinin qlobal bazara təsirini, həmçinin Rusiya və İrana qarşı son sanksiyaları qiymətləndirmək hələ tezdir: “Lakin son zamanlar neft bazarları ciddi çağırışlar qarşısında diqqətəlayiq dayanıqlıq və uyğunlaşma qabiliyyəti nümayiş etdirib - və bu dəfə də fərqli olma ehtimalı azdır”.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasına (EIA) görə, ABŞ-ın Rusiya neft sənayesinə qarşı son sanksiyaları Rusiyada neft hasilatını bir qədər azaltsa da, onların əsas təsiri qlobal neft tədarükü marşrutlarına olacaq. Agentliyin hesabatında qeyd olunur ki, Rusiya neftinə qarşı yeni sanksiyalar neft bazarında balans və neftin maya dəyəri ilə bağlı proqnozlara ciddi təsir göstərməyib. Bununla belə, ABŞ Energetika Nazirliyi etiraf edir ki, yanvarın 10-da yeni sanksiyalar paketinin elanından sonra neft qiymətləri dərhal artımla cavab verib. Agentliyin ekspertləri əlavə ediblər ki, ay ərzində bazar iştirakçıları diqqətlərini neftə tələbin zəif artımı ilə bağlı məlumatlara yönəltdikləri üçün qiymətlər azalmağa başlayıb.

Agentlik OPEC+ ölkələrinin neft hasilatının azaldılmasının qlobal neft ehtiyatlarının azalmasına səbəb olacağını və 2025-ci ilin birinci rübündə qiymətləri hazırkı səviyyədə saxlayacağını gözləyir. Eyni zamanda OPEC+ ölkələrinin aprel ayından planlaşdırdığı hasilatın tədricən bərpası zəif tələb artımı ilə birlikdə 2025-ci ilin ikinci yarısında və 2026-cı ildə qlobal ehtiyatları artıracaq. ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, bu amillər neftin qiymətinə aşağı istiqamətli təzyiq göstərəcək.

Nazirliyə görə, WTI markalı xam neftin qiyməti 2025-ci ildə 70,62 dollar, 2026-cı ildə isə 62,46 dollar olacaq.

Nüfuzlu Morgan Stanley Bankının analitikləri cari ilin birinci rübündə Brent neftinin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 2,5 dollar azaldaraq 75 dollara endiriblər. Analitiklərə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının tarif siyasəti qlobal tələbi zəiflədə və 2025-ci ilin ikinci yarısında onu təklifə daha çox uyğunlaşdıra bilər.

Hesabatda qeyd olunur ki, tariflərin tətbiqi və ticarət gərginliyinin artması neftə bağlı seqmentlərə ağrılı zərbə vura bilər. Tələb proqnozu ilə bağlı artan qeyri-müəyyənlik, çox güman ki, OPEC+u aprelin 1-də başlamağı planlaşdırdığı neft hasilatına məhdudiyyətlərin tədricən yumşaldılmasını təxirə salmağa məcbur edəcək.

Analitiklər Rusiyanın neft sənayesinə qarşı əlavə sanksiyaların tətbiqini və İrana qarşı ölkənin neft ixracını sıfıra endirmək üçün nəzərdə tutulmuş maksimum təzyiq siyasətinin qaytarılmasını da qeyd edirlər.

ABŞ müdafiə naziri Pit Heqsetin Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmaq üçün danışıqlar masasına oturmağa məcbur ertməyin əsas yolunun Moskvanın döyüş maşınının maliyyədən məhrum edilməsi olduğunu elan edib. Onun sözlərinə görə, hazırda Donald Tramp enerji qiymətlərini aşağı salmaq üçün Rusiyaya qarşı sanksiyaları artırmaq, həmçinin ABŞ-da yanacaq hasilatını artırmaq istiqamətində işləyir, digər ölkələri də buna təşviq edir.

Göründüyü kimi, qlobal neft bazarı bir tərəfdən ABŞ sanksiyalarının İran və Rusiyanın timsalında bazara neft tədarükünü artıracağı, digər tərəfdən isə Trampın rüsum siyasətinin tələbi azaldacağına dair ziddiyyətli gözləntilərin təsirindədir. Bu şəraitdə qiymətlərin kəskin bahalaşması ilə kəskin ucuzlaşması ehtimalı təxminən bərabər qiymətləndirilir. Birinci hal ixrac gəlirlərinin mühüm hissəsi neftdən formalaşan Azərbaycan üçün əlverişli olsa da, ikinci hal ciddi gəlir itkisi demək ola bilər. Bu itki həm qiymət ucuzlaşması, həm də Azərbaycanda neft hasilatı və ixracının azalması səbəbindən yarana bilər.

Məlumdur ki, Azərbaycanda yataqların “qocalması” prosesi gedir və bu, hasilat həcmlərinin ildən-ilə düşməsinə səbəb olur. Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 1,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 milyon ton təşkil edib.

Ötən ay ərzində 2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 milyon tonu konsorsiumların, 0,25 milyon tonu SOCAR-ın, 0,05 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Qeyd edək ki, 2025-ci ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barrel) olub. Bunun 61,7 min tonunu (454 min barrel) xam neft, 12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib. Azərbaycanın OPEK+ razılaşması çərçivəsində gündəlik neft (kondensatsız) hasilat limiti isə 551 min barel təşkil edir. Bu isə o deməkdir ki, yanvar ayında ölkə bu limitdən 97 min barel az olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilmiş, bunun 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşmüşdü. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil etmişdi. Bu isə o deməkdir ki, ölkə üzrə ümumi neft hasilatı illik ifadədə 200 min ton, o cümlədən AÇG üzrə 100 min ton, SOCAR üzrə isə 100 min ton azalıb.

Ötən ilin yanvarında neft ixracının 2,1 milyon ton neft (kondensatla birlikdə) təşkil etdiyini, bunun 1,8 milyon tonunun konsorsiumun, 0,3 milyon tonunun isə SOCAR-ın payına düşdüyünü nəzərə alsaq, ümumi ixracın illik ifadədə 100 min ton azaldığını, AÇG üzrə ixracın 100 min ton artdığını, SOCAR üzrə 0,05 min ton azaldığı görünür.

Qeyd edək ki, Azərbaycanda neft hasilatı ən çox AÇG yatağında azalır. Yatağın işlənməsi layihəsinin operatoru olan BP şirkətinin açıqladığı məlumata görə, 2024-cü ildə yataqdan 16 milyon ton neft hasil edilib. Bu, 2023-cü ildəkindən (18 milyon ton) 2 milyon ton azdır. Ötən il yataqdakı yeni ACE platformasından hasilata başlanması ilə azalma sürətinin zəifləyəcəyi gözlənilir. Ötən ilin sonuna platformadan gündəlik hasilat 26 min barelə çatdırılıb, bu il onun ikiqat artırılması nəzərdə tutulur.

Neft hasilatı və ixrac həcmlərinin azalması, qiymətlərin düşməsi Azərbaycanın əldə etdiyi gəlirlərin də azalmasını şərtləndirir. Dövlət Neft Fondunun məlumatına əsasən AÇG yatağından 2024-cü il ərzində 6 milyard 158.5 milyon ABŞ dolları məbləğində gəlir əldə olunub ki, bu da bir il əvvəlki dövrə olan 6 milyard 899.2 milyon dollar ilə müqayisədə 740.7 milyon dollar, yəni təxminən 10.7 faiz azalma deməkdir.

Neft gəlirlərinin daxil olduğu ikinci mənbə - dövlət büdcəsində də azalma var. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2024-cü ildə büdcəyə neft-qaz sektorundan 4 milyard 780,5 milyon manat vergi gəlirləri daxil olub. Bu isə o deməkdir ki, ötən il dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında illik ifadədə 1 milyard 638,3 milyon manat və ya 25,5 faiz azalma qeydə alınıb. Xatırladaq ki, 2023-cü ildə neft-qaz sektorundan daxil olan vergi gəlirlərinin həcmi 6 milyard 418,8 milyon manat təşkil etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri