Icma.az
close
up
RU
Camaatın yatağına qədər girirlər...

Camaatın yatağına qədər girirlər...

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Efirlə bağlı bəzən açıq, bəzən də gizli tapşırıqlar verilir. Məsələn, TV rəhbərliyi işçilərə tapşırır ki, hicablı qadınları efirə dəvət etməyin. Amma bunu açıq-aydın şəkildə bildirmirlər. Tapşııq pərdə arxasında olur”.
Demokrat.az xəbər verir ki, bunu “Yeni Sabah”a jurnalist Anar Vəziroğlu deyib.
O, müğənni Xuraman Şuşalının “hicablıyam deyə efirə dəvət etmirlər” iddiasına münasibət bildirib:
“Bir sözlə, hər bir kanalın ayrıca üzü var. AzTV-nin ayrı, İctimai TV-nin ayrı, özəl kanalların da ayrı. Hər kəs kanalı öz bildiyi kimi idarə edir. Bəzən adi bir məsələni dövlət səviyyəsinə qaldırırlar. Yəni düşünürük ki, bu kanal dövlətindirsə, deməli, onunla bağlı bütün qərarlar dövlət səviyyəsində verilir. Əslində, mənzərə bu cür deyil.
Özüm də müğənni Xuraman Şuşalı ilə birlikdə Elgiz Əkbərin verilişində iştirak etmişəm. Onda bildirmişdim ki, vaxtı ilə Xalq artisti Tünzalə Ağayeva efirə çıxanda qapalı geyimlərdən istifadə edirdi. Sonra günlərin bir günü o da çılpaq oldu. Ondan sonra da Xalq artisti adını aldı”.
Jurnalist əlavə edib: “Yenə də mən inanmıram ki, Xuraman xanıma hicablı olduğu üçün dövlət kanalları hansısa qadağa qoysun. Mənim ona hörmətim var, lakin onun fikirləri etalon ola bilməz. Bu fikirlər kütləvi şəkildə yayılsa, doğru olduğuna inanmaq olar. Lakin bu fikri təkcə onun səsləndirməsi o qədər də inandırıcı bir hal deyil. Niyə görə hicab taxdığı üçün kimisə efirə buraxmasınlar?!
Bir neçə şəxs bununla bağlı fikir bildirsə, məsələyə inanmaq olar. Hardasa məclisləri başa düşmək olar. Çünki bu toy sahibinin fikirindən asılıdır”.
A.Vəziroğlu televiziya kanallarında hələ də bəzi yalnışlıqların olduğunu deyib:
“Məsələn, kimisə efirə dəvət edirlər, verilişin başlamağına yarım saat qalmış deyirlər ki, filankəsi efirə çıxartmayın. Belə etmək olmaz. Axı gələn qonaq da əziyyət çəkir. Bu, açıq-aşkar hörmətsizlikdir. Bizim televiziya aparıcılar özlərindən başqa heç kəsi düşünmürlər. Elə bilirlər ki, efiri istədikləri formada idarə edə bilərlər. Camaatın yatağına qədər girirlər. Bəzi verilişlər bağlansa da, yenə də efirlərdə ədəbsizlik baş alıb gedir.
İnsanlar anlamır ki, televiziya nə deməkdir. Bir dəfə gömədim ki, kimsə maraqlı layihə irəli sürsün, normal veriliş ortaya çıxartsın. Bütün verilişlərimiz plagiatdır. Heç kəsin öz şəxsi fikri yoxdur. Ona görə də efirlərdə özbaşınlıq baş alıb gedir”.
Qeyd edək ki, müğənni Xuraman Şuşalı hicablı olduğu üçün telekanallardan dəvət almadığını bildirib.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri