Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Can alan dəniz: Sudabatma halları niyə artır?

Can alan dəniz: Sudabatma halları niyə artır?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsti keçən yay günlərində insanların dincəlmək üçün üz tutduğu ilk yerlərdən biri məhz dənizdir. Təəssüf ki, dincəlmək üçün gedilən dənizdə ölüm, sudabatma halları da artır.

Bakıvaxtı.az  mətbuatda yayılan xəbərlərə istinadla bildirir ki, təkcə iyul ayında 12 nəfər suda batıb:

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində batan 91 yaşlı kişinin meyiti tapılıb.

Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb.

Şəmkirdə 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə süni göldə çimməyə gediblər. 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Ramazanlı Araz çayında çimərkən suda batıb.

Sabirabad rayonu Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən kanalda aşkarlanaraq çıxarılıb.

Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb.

Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb.

Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb.

Maraqlıdır, bu qədər ölüm halının olması nə ilə bağlıdır? Vətəndaşların diqqət etməli olduğu məqamlar nələrdir?

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, FHN tərəfindən hər il olduğu kimi, bu il də çimərlik mövsümünə hazırlıq çərçivəsində təhlükəsizlik tədbirləri görülüb. Onun sözlərinə görə, may ayından etibarən FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçiriblər.

A.Əlili qeyd edib ki, monitorinqlər zamanı çimərlik operatorlarına, yəni çimərlik sahibkarlarına təhlükəsizlik qaydaları izah olunub, əhaliyə məlumatlandırıcı vərəqələr təqdim edilib. Nəzarətsiz çimərlik ərazilərində isə xəbərdarlıq nişanları yerləşdirilib. Xidmətin nəzarət etdiyi çimərliklərdə və “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb:

“Nəzarətdə olan çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb ki, bunların hündürlüyü 1,75 metrdir. Bu ərazilərdə vətəndaşların təhlükəsizliyini artırmaq üçün maarifləndirici lövhələr yerləşdirilib, xilasedici texnika və vasitələr işlək vəziyyətə gətirilib. Xidmət 15 iyun tarixindən etibarən gücləndirilmiş iş rejiminə keçib”.

Müsahibimiz vurğulayıb ki, sadalanan təhlükəsizlik tədbirləri yalnız nəzarət olunan çimərliklərdə və “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan çimərliklərdə həyata keçirilib:

“FHN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, yalnız nəzarət olunan və xilasedici olan çimərliklərdən istifadə edilməlidir. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini göstərir və həmin ərazidən istifadə həyat üçün ciddi risk daşıyır”.

Onun sözlərinə görə, FHN-nə hadisənin baş verdiyi ərazidən və hadisənin mürəkkəbliyindən asılı olmayaraq məlumat daxil olduğu an dərhal xilasedicilər axtarış-xilasetmə tədbirlərinə başlayır. A.Əlili əlavə edib ki, xilasetmə əməliyyatlarında saniyələr önəmi olduqca vacibdir və vətəndaşlar diqqətli olmalı, xilasedici olmayan çimərliklərdən istifadə etməməlidirlər.

Həmsöhbətimizin dediyinə görə, bəzən FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq bölgələrdə uşaq və yeniyetmələrin suvarma kanalları, çaylar, süni göllər və digər çimərlik üçün nəzərdə tutulmayan su tutarlarından istifadəsi hallarına rast gəlinir. O bildirib ki, bu kimi su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması həyat və sağlamlığa ciddi təhlükədir:

“Valideynlər diqqətli olmalıdır. Uşaq və yeniyetmələri bu su hövzələrindən kənar tutmalıdırlar. Bu su hövzələrinin inşasında beton piltələrdən istifadə olunur. Beton piltələr trapesiya şəklində inşa edilir, onun su ilə təması nəticəsində sürüşkən ot təqəbəsi əmələ gəlir. Hətta xilasedicilər belə ora təkbaşına düşdükdə çıxa bilmirlər. Süni göllərin dib hissəsi bataqlıqlaşmış təbəqədən ibarət olur. İnsan ayağını oraya basanda həmin bataqlıq hissə insanı özünə doğru çəkir. Sürətli axınlarda insan üzə bilmir, idarəetməni itirir. Bu da boğulmaya gətirib çıxarır. Bu kimi su hövzələrində daxili relyefdə daş-qaya parçaları olur. Bunlar da insanı zədələyir”.

Aqşin Əlili: Yalnız nəzarət olunan və xilasedici olan çimərliklərdən istifadə edilməlidir

Aqşin Əlili xüsusilə hava şəraitinə diqqət yetirməyi tövsiyə edib. Müsahibimiz izah edib ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Eləcə də hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Şöbə rəisi diqqətə çatdırıb ki, çimərliklərdə xilasedicilərin iş saatı səhər saat 09:00-dan axşam 20:00-dəkdir və saat 20:00-dan sonra vətəndaşlardan səs gücləndiricilər vasitəsilə sudan çıxmaları xahiş olunur:

“Sərxoş halda suya girmək, suda kobud davranmaq, balıq ovlamaq, 13 yaşınadək uşaqları valideyn müşayiətsiz çimərliyə buraxmaq, gün altında fasiləsiz qalmaq və qeyri-qanuni vasitələrlə suya daxil olmaq qadağandır, təhlükəlidir”.

A.Əlili nəzərə çatdırıb ki, xidmət əməkdaşları yerli icra nümayəndələri ilə monitorinq keçirlən zamanı istifadəsi təhlükəli və yararsız çimərlik əraziləri də müəyyənləşdirilib:

“Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mil qaya” və “Şimal qres” ərazisi, Bilgəh qəsəbəsində “12-ci dalğa” adlanan (daçnik) zona, Nardaran qəsəbəsi, Yaxt klubun yaxınlığı, Novxanı və Göradil qəsəbələri arasında “Sarı qaya” zonası, Qaradağ rayonu, “Mayak” ərazisi, Zirə qəsəbəsində Zirə limanına yaxın olan ərazisi çimərlik üçün təhlükəli ərazilərdir”.

Müsahibimiz izah edib ki, sadalanan ərazilərdə sualtı axınların sürəti normadan artıqdır, sualtı relyefdə qəfil dərinliklər və daş-qayalıqlar var, burulğanlar əmələ gəlir. Şimal küləkləri zamanı güclü sualtı axınlar yaranır ki, bu da insan həyatı üçün birbaşa təhlükədir:

“Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xatırladır ki, çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Hər hansı hadisə baş verdikdə dərhal “112” qaynar xəttinə zəng edilməlidir. Unutmayaq, qaydalara biganəlik həyatımıza təhlükədir”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri