Icma.az
close
up
RU
CAN TİCARƏTİ: Qadınlar yumurtalarını neçəyə satır?

CAN TİCARƏTİ: Qadınlar yumurtalarını neçəyə satır?

Icma.az, Lent az saytına istinadən bildirir.

İstanbulun Ataşehir bölgəsində yerləşən özəl qadın doğum klinikasında baş verən qanunsuz yumurta ticarəti ilə bağlı ciddi iddialar ortaya çıxıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu hadisə CİMER-ə edilən bir şikayət nəticəsində gündəmə gəlib.

İddialara əsasən, maddi çətinlik içində olan 20-30 yaş aralığındakı qadınlara hormon və yumurta artırıcı dərmanlar verilib və onların yumurtaları xarici ölkələrdəki klinikalara satılıb.

Qanunsuz Yumurta Ticarəti İddiaları

İddialara görə, klinika tərəfindən seçilən qadınlara "yumurta toplatma" və "ümumi müayinə" adı altında hormon və yumurta artırıcı dərmanlar verilib. Bu dərmanlar kurye vasitəsilə qadınlara çatdırılıb və iki həftə boyunca istifadəsi tövsiyə edilib. Daha sonra, hormon dəyərləri yüksələn qadınlar xarici ölkələrdəki “tüp bebek” mərkəzlərinə göndərilərək, onların yumurtaları 20 ilə 40 min TL arasında dəyişən məbləğlər qarşılığında satılıb.

Qadınlara İmzalanan Anketlər və Risklər

Şikayətdə qeyd olunur ki, qadınlardan qan analizi, smear testi, saç və göz rəngi kimi genetik xüsusiyyətləri əks etdirən anketlər doldurulub və doğulacaq uşaqlar üzərində miras haqqı iddia etməmələri üçün imzalar alınıb. Bundan əlavə, qadınlara bu prosesin ölkədə qanuni olduğu və istifadə olunan dərmanların zərərsiz olduğu bildirilib. Lakin dərmanların prospektuslarında iflic və erkən menopoz kimi ciddi yan təsirlərin olduğu qeyd edilib.

Hüquqi Araşdırma və Həkimlərin İfadələri

CİMER-ə edilən şikayəti nəzərə alan İstanbul Anadolu Cumhuriyyət Baş Prokurorluğu, "Orqan və toxuma alınması, saxlanması, aşılanması və nəqli haqqında qanuna ziddiyyət" və "Sağlıq xidmətləri əsas qanununa ziddiyyət" maddələri üzrə araşdırma başladıb.

İstanbul İl Sağlıq Müdirliyinə ifadə verən həkim T.T., "Şikayətə səbəb olan qanunsuz yumurta artırma müalicəsi ilə heç bir əlaqəm yoxdur. İxtisasıma uyğun olaraq, qanun çərçivədə xəstələrimə müvafiq dərmanları təyin edirəm" deyib.

Digər həkim Ş.A. isə, "Şikayətə səbəb olan şəxslər və hadisələrlə heç bir əlaqəm və məlumatım yoxdur. İxtisasıma uyğun olaraq, qanunların mənə verdiyi hüquqlar və sərhədlər daxilində xəstələrimə dərman təyin edirəm. Qadın sonsuzluğu müalicəsində istifadə olunan dərmanı daha əvvəl heç təyin etməmişəm" ifadələrini işlədib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri