Icma.az
close
up
RU
Canavarın dişlədiyi şəxslərin vəziyyəti necədir? RƏSMİ CAVAB

Canavarın dişlədiyi şəxslərin vəziyyəti necədir? RƏSMİ CAVAB

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəkidə 3 nəfərə canavar hücum edib.

Yerli mətbuatda yayılan məlumatlara görə, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

Eyni zamanda rayonun Cumakənd kəndində də canavar kəndin ərazisində iki nəfərə xəsarət yetirib.

Kənd sakini 68 yaşlı Səfərəli Hüseyinəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədova xəsarət alıblar.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

Məsələ ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasından "Cebheinfo.az"-a verilən məlumata görə, bu gün saat 08:30 radələrində xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbi ilə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub. 

Şəkinin Şorsu kənd sakini olan zərərçəkən 1987-ci il təvəllüdlü olub ona zəruri tibbi yardım göstərilib və evə buraxılıb.

Saat 10:30 radələrində isə Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirə salınmaz şöbəsinə canavar dişləməsi səbəbi ilə daha 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Şəkinin Cumakənd kəndinin sakini olan zərərçəkən 1956-cı il təvəllüdlü olub. Zərərçəkənə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil olaraq qalır.

Bununla yanaşı, saat 10:10 radələrində də Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbi ilə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub. 

Şəkinin Cumakənd kəndinin sakini olan zərərçəkən 1996-cı il təvəllüdlü olub. Zərərçəkənə zəruri tibbi yardım gostərilib və bir barmağı amputasiya olunub. Hazırda vəziyyəti stabil olaraq qalır.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri