Icma.az
close
up
RU
Canım cicim ayları bitdi ... Donald Trampın iqtisadi və xarici siyasəti iflasa uğrayır

Canım cicim ayları bitdi ... Donald Trampın iqtisadi və xarici siyasəti iflasa uğrayır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın külli miqdarda gömrük rüsumlarının qarşısını almaq qərarına gəlib. Qərarda qeyd edilir ki, ABŞ Konstitusiyası Konqresə digər ölkələrlə ticarəti tənzimləmək üçün müstəsna səlahiyyət verdiyi üçün dövlət başçısı öz səlahiyyətlərini aşıb. Prezident yalnız məhkəmənin bu işdə görmədiyi “qeyri-adi və fövqəladə təhlükə” olduqda müstəqil hərəkət edə bilər.Qərarda deyilir: “Tarif səlahiyyətlərinin qeyri-məhdud həvalə edilməsi səlahiyyətlərin qeyri-qanuni olaraq hakimiyyətin başqa qoluna ötürülməsini təşkil edəcək”. BBC Rus Xidməti xəbər verir ki, qərardan bir neçə dəqiqə sonra Tramp administrasiyası apellyasiya şikayəti verib. Bu, Trampın tarifləri ilə bağlı ilk böyük hüquqi mübahisədir. İddia qeyri-kommersiya hüquq şirkəti Liberty Justice Center tərəfindən tariflərə tabe olan ölkələrdən mal idxal edən beş kiçik biznes adından qaldırılıb.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməyi hardasa qeyri-qanuni idi, çünki onun haqqında Amerikada cinayət işi qaldırılmışdı və Tramp cinayət işinə görə həbs olunmalı idi, respublikaçılar onu həbsdən qurtarmaq üçün prezidentliyə namizəd etdilər.

Elşad Həsənov

Politoloqun fikrincə, əgər Donald Tramp seçilməsəydi, indi həbsdə idi.

“Trampın prezident seçilməsi onun həbsinin dayandırılmasına səbəb oldu. Donald Tramp yenidən hakimiyyətə gələndən sonra Co Baydenin hakimiyyəti dövründə Amerikanın apardığı siyasətin əksinə olaraq Rusiya ilə vəziyyəti normallaşdırmağa çalışdı. Donald Tramp Vladimir Putinə "yaxşı oğlan" dedi, Volodimir Zelenskini "diktator" adlandırdı, tariflərlə bağlı qeyri-dəqiq rüsumlar tətbiq etdi və aradan bir neçə gün keçəndən sonra onları azaltdı, bəzilərini artırdı. Çinə qarşı 145 faizə qaldırdı, sonra aşağı saldı. Yəni bunun siyasəti stabil, nəyəsə dəqiq hesablanmış bir siyasət deyil. Həm tarif rüsumlarında, malların rüsumlarına tətbiq etdiyi qərarlar onu pis vəziyyətə saldı. Ümumiyyətlə, verdiyi bəyanatlar həm Amerikanın daxilində, həm də xaricdə ciddi narazılığa səbəb oldu. Elə Amerikanın özündə, onun əsassız olaraq Federal Təhlükəsizlik Xidmətindən, Daxili İşlər Nazirliyindən, deməli, Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərinin azaldılması ilə bağlı verdiyi əsassız qərarlar da ciddi narazılığa səbəb oldu.

Amerikanın 1200 şəhər və qəsəbəsində Tramp hakimiyyətinin siyasətinə qarşı ciddi etiraz aksiyaları, mitinqlər keçirildi. Eləcə də, o hakimiyyətə gələndən sonra Qərblə apardığı mübarizə bu gün Rusiyanın güclənməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsi məhz Amerikanın apardığı siyasət nəticəsində yaranmışdı. Ukraynanı qızışdıraraq, Rusiya ilə müharibəyə təhrik etməsi Amerikanın siyasəti idi. Bu siyasət, ümumiyyətlə SSRİ dönəmindən qalıb. Çünki ABŞ-ın ən qlobal, birinci məqsədi SSRİ-ni dağıtmaq idi və onlar buna nail oldular. İndi onlar Rusiyanın hegemonluğuna son qoymaq istəyirlər, Rusiyanı çökdürmək istəyirlər. Bunun üçün də Ukraynada milli oyanış, antirus təbliğatı apardılar və Ukraynaya vəd etdilər ki, biz sizin arxanızdayıq, nə lazımdırsa edəcəyik. Təəssüf ki, Co Bayden Ukraynanı dəstəkləsə də, onlara verilən silahlardan Rusiya ərazisində istifadə etməyə icazə vermədilər. Bunun nəticəsində, Ukrayna ərazisinin 20 faizdən hissəsini itirib. Böyük tələfatlar var. Ancaq son zamanlar Qərb və ABŞ öz öldürücü silahlarından Rusiyanın daxilində olan hərbi obyektlərə zərbələr endirməyə icazə verirlər”-deyən politoloq qeyd edib ki, Donald Trampın ciddi bir siyasi xətti yoxdur, yəni anındaca fikrini dəyişir və onun tarif müharibəsi hələlik heç bir effekt vermir.

“Məhz, elə buna görə də ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Trampın ABŞ-a idxal olunan malların rüsumuna tətbiqinə dair qərarın icrasını dayandırıb”-deyən Elşad Həsənov vurğulayıb ki, Amerikada da məhkəmənin hökmü ən ali hökm sayılır və buna Tramp da qarışa bilməz.

“ABŞ deməli, məhkəməsinin qərarı ilə tarif sərəncamlarına xitam veriləcək və həmişəlik dayandırılacaq. Bu, Trampa çox ağır bir zərbədir. Artıq Tramp hakimiyyəti ABŞ-ı idarə edə bilmir və buna qarşı artıq məhkəmələrdə iş qaldırılıb.

Donald Trampın ən yaxın silahdaşlarından biri olan İlon Mask da artıq ABŞ administrasiyasını tərk etdi. Öz vəzifə müddətinin bitdiyini və siyasətdən uzaqlaşdığını bildirdi. Trampın apardığı iqtisadi siyasət və xarici siyasət demək olar ki, iflasa uğrayır və bu gün də elə Amerikanın özündə, administrasiyanın özündə Trampın siyasətinə qarşı çağırışlar var”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 May 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri