Icma.az
close
up
RU
Canlı yayımda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi KONKRET

Canlı yayımda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amil Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci ildə saat 21 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Amil Quliyevlə tanışı, zərərçəkmiş İlham Həsənzadə (soyadı şərtidir) arasında “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı mübahisə yaranıb. O, anlaşılmazlığı aydınlaşdırmaq məqsədilə zərərçəkmiş şəxsin çağırışı ilə hadisə yerinə gəlib. Burada tərəflər arasında şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb.

Bu zaman İlham Amili döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib. Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra qarşıdurma davam edib. O, zərərçəkmiş şəxsin altında qaldığı vəziyyətdə üzərində olan bıçaqla İlhama iki dəfə zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının yan səthinin döş və qarın boşluğuna nüfuz edən, dalağın, sol böyrəyin və diafraqmanın yaralanmasına səbəb olan, həmçinin sol tərəfli hemopnevmotoraksla müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara alıb. Hadisə zamanı onun dalağı və sol böyrəyi cərrahi yolla çıxarılıb.

Bundan başqa, zərərçəkmişə qarının ön divarının daxilə nüfuz edən, qaraciyərin və mədənin yaralanmasına səbəb olan daha bir deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, zərərçəkmişə yetirilmiş hər iki xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurma kateqoriyasına aid edilib.

Beləliklə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan olunub.

Məhkəmə iclasında ifadə verən Amil Quliyev elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini deyib. O, zərərçəkmiş şəxslə orta məktəbdə birlikdə oxuduqlarını, aralarında əvvəllər ciddi ədavətin olmadığını söyləyib.

Amilin sözlərinə görə, İlham Həsənzadə tez-tez ona sataşır, müxtəlif zarafatlar edir və mübahisəyə meyilli davranışlar nümayiş etdirirdi. Hadisədən bir gün əvvəl gecə saatlarında “TikTok” sosial şəbəkəsində keçirilən canlı yayım zamanı zərərçəkmiş şəxs ona nalayiq məzmunlu işarələr göndərib, bundan sonra tərəflər arasında söz mübahisəsi yaranıb.

Təqsirləndirilən şəxs bildirib ki, canlı yayım başa çatdıqdan sonra İlham ona zəng edərək görüşmək istədiyini deyib. Ertəsi gün isə zərərçəkmiş onu Sabunçu rayonu ərazisində yerləşən “Kənanın dükanı” adlı marketin yanına çağırıb.

O, həmin ünvana getdiyini, əvvəlcə aralarında söhbət olduğunu, daha sonra isə zərərçəkmişin nalayiq ifadələr işlətməsi səbəbindən ona bir zərbə vurduğunu deyib. Bundan sonra tərəflər arasında dava başlayıb və hər ikisi yerə yıxılıb.

Amilin ifadəsinə görə, yerdə olarkən İlham onun baş və üz nahiyəsinə zərbələr endirib. O isə qarşı tərəfin üstündən düşməsi məqsədilə üzərində olan bıçaqla iki dəfə zərbə vurub.

Hadisədən sonra ərazidən uzaqlaşdığını və istifadə etdiyi bıçağı yolda atdığını bildirən təqsirləndirilən şəxs iki gün sonra könüllü olaraq polis şöbəsinə gedərək təslim olduğunu deyib.

O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin qalmadığını bildirərək, məhkəmədən bu halların nəzərə alınmasını xahiş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyun 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri