Cari ildə əsassız pensiya ödənişlərinin qarşısının alınması nəticəsində qənaət edilən vəsaitin həcmi açıqlanıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur: “Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır. Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















