Icma.az
close
up
RU
Cari ildə statistik vahidlərin sayı 5 faizədək artıb

Cari ildə statistik vahidlərin sayı 5 faizədək artıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

2025-ci ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 4,9 faiz artaraq 2025-ci il oktyabrın 1-i vəziyyətinə 223 min 223 olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Peşə, elmi və texniki fəaliyyət”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Təhsil”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” və “İnformasiya və rabitə” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Peşə, elmi və texniki fəaliyyət”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Emal sənayesi” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir.

Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (33,7 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,5 faiz), “Tikinti” (9 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (7,7 faiz), “Emal sənayesi” (6,3 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,1 faiz) və “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” (5,9 faiz) sahələrinin payına düşür.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (25,4 faiz), İran (10 faiz), Rusiya (8,1 faiz), Böyük Britaniya (3,6 faiz), ABŞ (1,5 faiz) və Almaniya (1 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş statistik vahidlərin 22,6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 14,8 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 10,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 9,8 faizi “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, 4,7 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 3,5 faizi (hər biri üzrə) “Emal sənayesi” və “Təhsil” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 35,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,1 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,9 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 7,8 faizi “Emal sənayesi”, 6,6 faizi “Tikinti”, 5,3 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98,8 faizi xüsusi mülkiyyətli (o cümlədən 9,6 faizi tam xarici investisiyalı, 1,5 faizi birgə mülkiyyətli) müəssisələrin payına düşür.

Qeydiyyatda olan statistik vahidlərin 66,7 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 77,7 faizi Bakıda, 7,5 faizi Abşeron-Xızı, 1,7 faizi (hər biri üzrə) Naxçıvan Muxtar Respublikası, Qarabağ və Lənkəran-Astara, 1,5 faizi (hər biri üzrə) Gəncə-Daşkəsən və Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Naxçıvan Muxtar Respublikasında (6,4 faiz), Bakı şəhərində (5,8 faiz), Abşeron-Xızı iqtisadi rayonunda (5,6 faiz) və Şərqi Zəngəzur iqtisadi rayonunda (4,7 faiz) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 262, Naxçıvan Muxtar Respublikası üzrə 101, Mərkəzi Aran iqtisadi rayonu üzrə 31, Lənkəran-Astara iqtisadi rayonu üzrə 26, Şirvan-Salyan iqtisadi rayonu üzrə 21, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 18, Mil-Muğan və Şəki-Zaqatala iqtisadi rayonlarının hər biri üzrə 16, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 15, Qarabağ iqtisadi rayonu üzrə 13, Abşeron-Xızı iqtisadi rayonu üzrə 11, Qazax-Tovuz iqtisadi rayonu üzrə 9, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 7 və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 3 statistik vahid ləğv edilib.

2025-ci il oktyabrın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyən edilib.

2025-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,5 faizini mikro sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (11,1 faiz), “Tikinti” (9,2 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (7,9 faiz) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,4 faiz) sahələrində yaradılıb.

Oktyabrın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,9 faizini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (36 faiz), “Tikinti” (10,9 faiz), “Emal sənayesi” (9,8 faiz) və “Peşə, elmi və texniki fəaliyyət” (8,1 faiz) sahələrində yaradılıb.

2025-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,4 faiz), “Tikinti” (14,2 faiz), “Emal sənayesi” (11 faiz) və “Peşə, elmi və texniki fəaliyyət” (5,1 faiz) sahələrində yaradılıb.

2025-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,8 faiz), “Emal sənayesi” (13,3 faiz), “Tikinti” (11,6 faiz) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,3 faiz) sahələrində yaradılıb. Mikro sahibkarlıq subyektlərinin 69,1 faizi Bakıda, 6,8 faizi Abşeron-Xızı, 3,6 faizi Lənkəran-Astara, 2,6 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik sahibkarlıq subyektlərinin 74,1 faizi Bakıda, 6,8 faizi Abşeron-Xızı, 2,1 faizi Mərkəzi Aran və Şəki-Zaqatala (hər birində), 2 faizi Gəncə-Daşkəsən, Qarabağ və Lənkəran-Astara (hər birində), qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Orta sahibkarlıq subyektlərinin 69,5 faizi Bakıda, 6,2 faizi Abşeron-Xızı, 2,9 faizi Şəki-Zaqatala, 2,6 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. İri sahibkarlıq subyektlərinin 75,9 faizi Bakıda, 8 faizi Abşeron-Xızı, 2 faizi Şirvan-Salyan, 1,9 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see345

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see315

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see285

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see223

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see216

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see207

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see203

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see194

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see185

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see179

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see153

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see151

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri