Icma.az
close
up
RU
CASCFEN gəncləşmədə yeni mərhələyə qədəm qoydu FOTOLAR

CASCFEN gəncləşmədə yeni mərhələyə qədəm qoydu FOTOLAR

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İctimai Birliyin Ümumi Yığıncağı maraqlı məqamlarla yadda qaldı

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib. Gəncliyə Yardım Fondunda keçirilən tədbir şəhidlərin və türk dünyasının birliyi uğrunda mübarizə aparan şəxsiyyətlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

CASCFEN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Əkbər Qoşalı görülən işlər və hazırlıq prosesi barədə məlumat verib. O, həmçinin hər zaman QHT-lərin yanında olan Gəncliyə Yardım Fonduna bu tədbirin keçirilməsi üçün şərait yaratdıqları üçün CASCFEN adından təşəkkür edib.

Daha sonra say və redaksiya komissiyaları seçilib.

Say komissiyasının sədri Lalə Ağayeva Ümumi Yığıncaqda 20 üzvün qeydiyyatdan keçdiyini və toplantının səlahiyyətli olduğunu elan edib.

Təşkilatın sədri Nadir Azəri hesabat çıxışında hesabat dövründə görülən işlər, əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə danışıb. Bildirilib ki, CASCFEN yeni təşkilatlanma mərhələsinə qədəm qoyub və əsas prioritetlər regionların daha geniş əhatə olunması, eləcə də gəncləşmə siyasətidir. Bu istiqamətdə artıq Naxçıvan Muxtar Respublikası və Quba–Xaçmaz iqtisadi rayonunda təmsilçiliklər yaradılıb, çoxsaylı gənclər təşkilata üzv olmaq üçün müraciət edib.

Məruzə ilə çıxış edən NTK sədri Sevda Əskərova isə hesabat dövründə təşkilat tərəfindən heç bir maliyyə və nizamnamə pozuntusuna yol verilmədiyini vurğulayıb.

Çıxış edən CASCFEN-in sədr müavini Nüşabə Hüseyinli təşkilatın ötən müddətdəki fəaliyyətini və hesabatları müsbət dəyərləndirib. Qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib.

Hər iki hesabat qənaətbəxş hesab edilib.

Daha sonra təşkilati məsələlərə baxılıb, təşkilatın 7 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib. Nadir Azəri yenidən CASCFEN-in İdarə Heyətinin sədri seçilib. Həmçinin, Nüsabə Hüseynli, Fikrət Əliyev və Ayxan İsmayılov sədr müavinləri seçilib.

Seçkidən sonra yenə heyətə uğurlar arzulanıb, İdarə Heyətinə seçilən Ayxan İsmayılov və Zəhra Qasımovanın, həmçinin NTK-ya seçilən Vüsalə Mirzəyeva və Zaur Yusifzadənin gənclərin təmsilçisi olması xüsusilə diqqətə çatdırılıb.

Məlumatda o da qeyd edilib ki, Ümumi Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimai Birliklər və QHT koordinatoru Fatimə Həsənzadə və Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri İlkin Məmiyev qonaq qismində çıxış edərək CASCFEN-in fəaliyyətini yüksək qiymətləndirib, gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar. Hər iki natiq təmsil etdikləri təşkilatla CASCFEN arasında əməkdaşlığın qurulması və daha da genişləndirilməsi istiqamətində konkret təkliflərlə çıxış ediblər.

Cari məsələlərin müzakirəsi zamanı Sevda Əskərova və Qalib Məmmədli nizamnamənin yaratdığı imkanlar çərçivəsində təşkilatın maliyyə imkanlarının genişləndirilməsi üçün əlavə addımların atılmasını təklif edib.

Elman Cəfərli və Araz Zeynalov isə təşkilatın gəncləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirməklə yanaşı, bu prosesin daha da sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr başa çatdıqdan sonra Ümumi Yğıncaq öz işini yekunlaşdırıb.

Sonda xatirə fotosu çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyun 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri