Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

® “Forbes Georgia” və “Caspian Energy Club” birgə forum keçirəcək

® “Forbes Georgia” və “Caspian Energy Club” birgə forum keçirəcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva və “Forbes Georgia” jurnalının baş redaktoru Şota Diqmelaşvili müvafiq olaraq “Caspian Energy Club” və “Forbes Georgia” şirkətlərini təmsil edərək, qarşılıqlı əməkdaşlıq və birgə təşkilatçılığa dair memorandum imzalayıblar.

Sənədin əsas məqsədi regionda iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, strateji əhəmiyyət kəsb edən məsələlərin işgüzar dairələr səviyyəsində müzakirə olunması və innovativ layihələrin təşviqinə əlverişli mühitin yaradılmasıdır.

Memorandumun müddəalarına uyğun olaraq 2025-ci il sentyabrın 4-də Batumi şəhəri “Caspian Energy Club” və “Forbes Georgia” jurnalının birgə təşkilatçılığı ilə keçiriləcək 13-cü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyasına ev sahibliyi edəcək. Bu barədə forumun Təşkilat Komitəsinin sədri, həmçinin “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva rəsmi bəyanatla çıxış edib.

On üçüncü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyasının məhz Batumidə keçirilməsi bu ərazinin geostrateji mövqeyi ilə əlaqələndirilir. Günel Quliyevanın sözlərinə görə, Gürcüstan bu gün nəqliyyat, enerji və infrastruktur sahəsində bir sıra transmilli layihələrin reallaşdırıldığı strateji bölgədir. “Gürcüstanın Qara dənizə çıxışı ölkəni Xəzər və Avropa regionları arasında vacib tranzit mərkəzinə çevirir. Hazırda burada nəqliyyat və enerji əməkdaşlığının yeni memarlığı formalaşır. On üçüncü Beynəlxalq “Caspian Energy Forum 2025” isə bu proseslərin analitik qiymətləndirilməsi və siyasi-iqtisadi inkişafı üçün effektiv platforma olacaq”, - deyə Günel Quliyeva bildirib.

“Bu forum mühüm bir mərhələyə təsadüf edir, çünki Xəzər-Qara dəniz regionu qlobal miqyasda öz iqtisadi əhəmiyyətini yenidən müəyyənləşdirir. Azərbaycanın regional əlaqələrin genişləndirilməsi, enerji diversifikasiyası və infrastrukturun inkişafına yönəlmiş uzaqgörən yanaşması bu sahədə nümunəvi addımdır. “Caspian Energy Club” ilə birgə əməkdaşlıq edərək, “Forbes Georgia” biznes, siyasət və strateji baxışın qovuşduğu, regionda real təsir yaradan bir platformanın formalaşmasına töhfə verməkdən qürur duyur”, - deyə Şota Diqmelaşvili qeyd edib.

Tədbir qapalı formatda keçiriləcək və burada bir sıra şirkət rəhbəri, beynəlxalq təşkilatlar, assosiasiyalar, maliyyə institutları, müstəqil ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak edəcəklər. Forum sessiyaları Davos modeli əsasında təşkil olunacaq – qısa təqdimatlardan sonra interaktiv panel müzakirələri aparılacaq. Bu format fikir mübadiləsi, əməkdaşlıq imkanlarının araşdırılması və mövzu üzrə dərin təhlil üçün şərait yaradacaq. Forumun əsas istiqaməti — yaşıl enerji və Orta Dəhliz üzrə müzakirələr iki əsas panel çərçivəsində keçiriləcək və regionda strateji əməkdaşlıq üçün ən aktual mövzuları əhatə edəcək.

“Yaşıl enerjinin istehsalı, ötürülməsi və maliyyələşdirilməsi” adlı birinci paneldə regionda həyata keçirilən və planlaşdırılan enerji layihələri, iqlim dəyişiklikləri fonunda bərpaolunan enerji mənbələrinə artan tələbat, texnoloji həllər və maliyyələşdirmə modelləri müzakirə olunacaq. Sessiyada, həmçinin Transxəzər marşrutlarının Avropa dəhlizlərinə birləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı və beynəlxalq maliyyə institutlarının dəstəyi kontekstində yaşıl enerji infrastrukturu, həmçinin Cənubi Qafqaz, Orta Asiya və Avropa ölkələri arasında vahid enerji platformasının yaradılması imkanları müzakirə olunacaq.

“Azərbaycan və Gürcüstan bu kontekstdə strateji tərəfdaş olaraq yaşıl enerji dəhlizinin keçə biləcəyi əsas ölkələrdən hesab edilir və regionun bərpaolunan enerji potensialını Avropa İttifaqındakı istehlakçılarla birləşdirən infrastruktur üçün əsas keçid nöqtələri hesab olunur. Eyni zamanda, regionda vahid nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr və investisiya təşəbbüsləri dayanıqlı və inteqrasiya olunmuş nəqliyyat sisteminin inkişafının bariz nümunəsidir”, - deyə Günel Quliyeva bildirib.

“Limanlar və Logistika – Orta Dəhlizin Dəstək Strukturuna Baxış” adlı ikinci paneldə isə Avrasiya ticarətində əhəmiyyət kəsb edən Orta Dəhlizdəki limanlar və multimodal infrastrukturun inkişafı diqqət mərkəzində olacaq. Paneldə Aktau, Bakı və Batumi limanlarının dayanıqlı multimodal nəqliyyat dəhlizinin formalaşmasında oynadıqları strateji rol, dəniz və quru nəqliyyat vasitələri ilə həyata keçirilən daşımaların sinxronlaşdırılması və keçid qabiliyyətinin artırılması istiqamətində birgə atıla biləcək addımlar, logistik mərkəzlərin iqtisadi inkişaf prosesində oynadığı funksional rol və müvafiq sahələrdə investisiya imkanları, Batumidən Ələtə qədər logistik mərkəzlərinin iqtisadi inkişafın lokomotivi kimi əhəmiyyəti, eləcə də logistika, yükdaşımalar və gömrük sahəsində mövcud olan investisiya imkanları forumun əsas diskussiya mövzuları sırasında yer alacaq. Panel iştirakçıları, həmçinin Gürcüstanın Xəzər və Avropa İttifaqı arasında tranzit qovşağı kimi çıxış etdiyi geostrateji mövqeyi fonunda qarşılaşdığı infrastruktur məhdudiyyətləri, qanunvericilik çərçivələri və yük idarəçiliyi ilə bağlı çağırışları müzakirə edəcəklər.

Günel Quliyevanın sözlərinə görə, müasir dünyada logistika artıq təkcə iqtisadi fəaliyyət sahəsi deyil, həm də regional sabitlik və davamlı inkişaf üçün strateji əhəmiyyətə malik amildir. Forum bu sahədə strategiyaların sinxronlaşdırılması, ümumi standartların müəyyənləşdirilməsi və infrastruktura uzunmüddətli investisiyaların cəlb edilməsi məsələlərini müzakirə etmək imkanı verəcək.

On üçüncü Beynəlxalq “Caspian Energy Forum 2025” tədbiri “Forbes Georgia” jurnalı ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycan Milli Biznes Assosiasiyası və regionun müxtəlif biznes klubları da forumun təşkilinə töhfə verən qurumlar sırasındadır. Günel Quliyeva bildirib ki, tədbirin “Forbes Georgia” ilə birgə keçirilməsi onun beynəlxalq statusunun və strateji əhəmiyyətinin göstəricisidir.

Forum nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur: enerji və logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığa doğru düzgün “networkingin” formalaşması, yaşıl enerji dəhlizinin koordinasiyası üzrə işçi qrupların yaradılması, liman və nəqliyyat infrastrukturuna dair investisiya layihələrinin təqdim olunması, regional enerji və logistika konsorsiumunun yaradılmasına dair tövsiyələrin hazırlanması.

Sessiyaların nəticələri əsasında “Caspian Energy Journal” və “Forbes Georgia” nəşrlərində analitik hesabatlar dərc ediləcək.

Qeyd edək ki, “Caspian Energy Forum” “Caspian Energy Club” tərəfindən təsis edilib və Xəzər-Qara dəniz regionlarının iqtisadi inkişafında aparıcı sektorları bir araya gətirən beynəlxalq platformadır. Forum ənənəvi olaraq Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Gürcüstan kimi ölkələrdə keçirilir və enerji, logistika, investisiya və davamlı inkişaf sahələrində regionun aparıcı tədbirlərindən biri hesab olunur.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün “networking” platformalar, media layihələr, forumlar və mükafatları vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilib. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq. “Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-“networking” platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri