Icma.az
close
up
RU
“Caspian Global Auto”dan narazılıq: Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur

“Caspian Global Auto”dan narazılıq: Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Caspian Global Auto” şirkətindən narazılıq var.

Bununla bağlı Bəhram Axundov Gununsesi.info-ya müraciət edib.

O bildirib ki, şirkət vasitəsilə sifariş etdiyi avtomobilin çatdırılması ilə bağlı üzləşdiyi problemlər hələ də həllini tapmayıb:

“Bu şirkət vasitəsilə mən mayın 11-də Çindən avtomobil sifariş etdim. Avtomobilin 40-45 günə çatdırılacağına dair vəd verdilər. 3000 manatı kartdan-karta şirkət rəhbəri kimi özünü təqdim edən Ramil bəyə köçürdüm. Qalan ödənişi isə ertəsi gün təqdim olunan PDF sənədi əsasında Kapital Bank vasitəsilə köçürdüm. Bundan sonra avtomobili gözləməyə başladım.

20 gündən çox vaxt keçdikdən sonra avtomobilin Horgos şəhərinə çatıb-çatmadığı ilə maraqlandım. Bildirdilər ki, çatıb. Mən video görüntü tələb etdim. Məhz bundan sonra müxtəlif bəhanələrlə “bu gün-sabah” deyərək prosesi iyulun 11-dək uzatdılar. Daha sonra avtomobilin iyulun 22-dək çatdırılacağını dedilər.

Mən bildirdim ki, iyunun 18-də xaricə gedəcəyəm və ayın 25-də qayıdacağam. Bundan sonra çatdırılma tarixini dərhal ayın 25-nə dəyişdirdilər. Səbəb kimi sərhəddə sıxlığın olduğunu göstərdilər. Razılaşdım. Lakin ayın 20-si mənə bildirildi ki, avtomobil yoxdur. Mənim razılığım olmadan eyni model və eyni rəngdə başqa avtomobil alıblar.

Mən xaricdə olduğum üçün həmin avtomobildən imtina etdim, müqavilənin ləğv olunmasını və ödənişimin geri qaytarılmasını tələb etdim. Təxminən 40 dəqiqə davam edən vatsap yazışması və səsli danışıqdan sonra dedilər ki, avtomobili artıq alıblar, bunun üçün 400 dollar onlar, 400 dollar isə Çindəki vasitəçi ödəyib. Dəfələrlə bildirdim ki, başqa avtomobil istəmirəm. Mən yalnız ödədiyim VİN kodu ilə olan avtomobili qəbul edə bilərəm. Başqa VİN kodlu avtomobili qəbul etməyəcəyimi dedikdə bunun mümkün olmadığını bildirdilər.

Mənimlə danışan əməkdaş Etibar Babayev idi. Bütün vatsap yazışmaları və səs yazıları məndə sübut kimi saxlanılır. Sifariş zamanı avtomobilin son aylarda istehsal olunmasını xüsusi qeyd etmişdim. Mənə mart-aprel istehsalı olacağı bildirilsə də, mənim razılığım olmadan yanvar istehsalı olan və başqa VİN kodlu avtomobil alınıb.

Sonra ayın 25-nə qədər avtomobilin çatacağını dedilər. Həmin tarixdə soruşduqda isə “avtomobil yoldadır” cavabını verdilər. Daha sonra ayın 28-ni, sonra isə ayın sonunu göstərdilər. Mən bildirdim ki, iyulun 8-15-i aralığında xaricə gedəcəyəm. Bundan sonra özünü şirkət rəhbəri kimi təqdim edən Ramil bəy avtomobilin ən geci iyulun 15-də Bakıda təhvil veriləcəyini dedi. Buna görə təyyarə biletlərimin tarixini dəyişdirdim və cərimə ödədim.

İyulun 5-də yenidən maraqlandım. Ofisə yaxınlaşdıqda mənə bildirildi ki, avtomobil ümumiyyətlə avtovoza yüklənməyib. Özünü şirkətin mühasibi kimi təqdim edən Alik bunun səbəbini araşdıracağını, səbəbin isə qarşı tərəfin səhlənkarlığı olduğunu dedi.

İki həftə mənə avtomobilin yolda olduğunu deyiblər, halbuki avtomobil heç avtovoza yüklənməyib. Uzun mübahisədən sonra yenidən söz verdilər ki, avtomobil iyulun 12-15-də çatdırılacaq. “Yollar boşdur”, “avtomobil azdır”, “7 günə çatacaq” kimi vədlər verdilər.

İyulun 13-də yenidən maraqlandım. Etibar Babayevin məzuniyyətdə olduğu, işin isə İxtiyar Əliyevə təhvil verildiyi bildirildi. O da avtomobilin ayın 20-də çatacağını dedi.

Daha sonra PDF sənədi ilə Kapital Bankın İnşaatçılar filialına yaxınlaşdım. Soruşdum ki, ödəniş etdiyim VİN kodu dəyişdirilibsə problem yaranacaqmı? Mənə bildirildi ki, buna görə 60 ABŞ dolları cərimə ödəməli olacağam.

Mən artıq bunun son hədd olduğunu dedim. Çünki mənə dəfələrlə müxtəlif tarixlər verilib. Yalnız səbirli olmağımı xahiş etdilər.

Qısası, avtomobil sifariş etdim, avtomobil yox oldu. Mənim razılığım olmadan başqa avtomobil alındı. Daha sonra müxtəlif tarixlər göstərilərək çatdırılma vədləri verildi. Avtomobil isə hələ də çatmayıb. Bütün zənglərdən və əlaqələrdən yayınırlar, yalnız müxtəlif vədlər verirlər.

Müqavilədə göstərilən müddət də keçib. İnternetdə araşdırma apararkən şirkətin daha əvvəl də cərimələndiyini, vergidən yayınma və gecikdirmə halları ilə bağlı məlumatlara rast gəldim.

Qarşı tərəf ləngidə və ya səhlənkarlıq edə bilər. Lakin bu mənim problemim deyil. Mən müqaviləni “Caspian Global Auto” şirkəti ilə bağlamışam. Şirkət prosesi nəzarətdə saxlamalı idi. Özlərinin də etiraf etdiyi kimi, Horgos şəhərində alınan digər avtomobil iki həftə avtovoza yüklənməyib. Bu da səhlənkarlıqdır. Avtomobilin harada olduğunu soruşduqda isə konkret cavab verilmir, yalnız “yoldadır” deyilir.

Bütün yazışmalar və səs yazıları məndə sübut kimi saxlanılır.

Məndə belə bir ehtiyat yaranıb ki, ödəniş etdiyim avtomobil deyil, eyni model və komplektasiyaya malik başqa avtomobil ödənişdən təxminən bir ay sonra alınıb. Düşünürəm ki, müxtəlif tarixlər göstərərək prosesi qəsdən uzadırlar. Mən öz vəsaitimi şirkətə istifadə etsin deyə verməmişəm.

Ayın 20-dək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə və Vergi Xidmətinə rəsmi müraciət edəcəyəm.

Vəkillə məsləhətləşərək məhkəmədə mülki iddia qaldıracağam. Ödədiyim vəsaitin tam qaytarılmasını, həmçinin son üç ay ərzində dəymiş zərərə görə kompensasiya tələb edəcəyəm. Yalan vədlərlə məni aylarla gözlətdilər. Üstəlik, avtomobilə görə banka da cərimə ödəməli olacağam. Mən niyə bunun yükünü daşımalıyam?

Mənim başıma gələnlər bunlardır. Hazırda 14 iyuldur və avtomobil hələ də yoldadır”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri