Caspian International ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
"Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat yayılmışdı.
Teleqraf cinayət işinin yeni təfərrüatlarını əldə edib.
Məlumata görə, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqısının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.
Məlumata görə, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova "Caspian International” Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. O, işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdalaşdırılıb.
Faktla bağlı cinayət işi başlanıb, hadisə üzrə araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















