Castin Timberleyki tutan polis mükafatlandırıldı
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Ötən il müğənni Castin Timberleyki tutan polis Maykl Arkinsona mükafat verilib.
BAKU.WS xəbər verir ki, "Sag Harbor" polis şöbəsində çalışan Maykl "Ilin polisi" adına layiq görülüb. Ona mükafat şöbənin rəisi Rob Dreyk tərəfindən təqdim edilib.
Xatırladaq ki, ötən il Castin sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb.
Arkinson onun kim olduğunu daha sonra öyrənib. Bu barədə o mətbuata açıqlaması zamanı bildirib.

