Icma.az
close
up
RU
Zelenski Putinin razılaşdığı iddia edilən sülh planını niyə rədd edib? sensasion araşdırma

Zelenski Putinin razılaşdığı iddia edilən sülh planını niyə rədd edib? sensasion araşdırma

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü ilin əvvəlində Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq məqsədilə hazırlanmış qeyri-rəsmi sülh planı tərəflərə təqdim olunub. Plan Rusiyanın işğal etdiyi ərazilərin böyük hissəsindən geri çəkilməsini, lakin Krım üzərində nəzarətini saxlamasını nəzərdə tutub. Ukrayna Prezidenti Volodimir Zelenski isə ərazi güzəştlərinə getməkdən imtina edib.
Bizim Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri “The Putin whisperers” (“Putinə pıçıldayanlar”) adlı araşdırmasında yazıb.
Nəşrin məlumatına görə, təşəbbüsün hazırlanmasında amerikalı hüquqşünas Riçard Kon, investisiya bankiri Bob Forsman, Almaniya Demokratik Respublikasının keçmiş kəşfiyyat əməkdaşı, Vladimir Putinin uzunillik tanışı Mattias Varniq və ukraynalı prodüser Aleksandr Rodnyanski iştirak ediblər.
Məqsəd əvvəlcə nüvə təhlükəsinin qarşısını almaq olub

Araşdırmaya əsasən, qeyri-rəsmi əlaqə kanalı 2022-ci ilin payızında, Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlıqların artdığı dövrdə yaradılıb.
 

Amerikalı vasitəçilər Mattias Varniqin Putinin yaxın çevrəsi ilə əlaqələrindən istifadə edərək Vaşinqtonun mövqeyini Moskvaya çatdırmağa çalışıblar. Onların vasitəsilə ABŞ administrasiyasının Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaq və ya ölkəni məhv etmək niyyətində olmadığı barədə mesajların ötürüldüyü bildirilir.


Daha sonra vasitəçilər müharibənin dayandırılması üçün ayrıca təklif hazırlamaq qərarına gəliblər. Bu təşəbbüs “Platforma” adlandırılıb.
Sülh planında Krım və Donbasla bağlı hansı şərtlər yer alıb?
2023-cü ilin yanvarında hazırlanmış təklifə əsasən, Rusiya qoşunları 2022-ci il fevralın 24-dək mövcud olan mövqelərə çəkilməli, Krım və Donbasın bir hissəsi isə Rusiyanın nəzarətində qalmalı idi.
Bunun müqabilində Ukrayna Krım üzərində Rusiyanın nəzarətini qəbul etməli və Rusiyanın yarımadaya quru dəhlizindən maneəsiz keçidini təmin etməli idi.
 

Plan, həmçinin Ukraynaya NATO ölkələrinin təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tuturdu. Rusiya və ABŞ arasında isə təhlükəsizlik təminatları ilə bağlı ayrıca danışıqların aparılması təklif edilirdi.


Beləliklə, təşəbbüs Rusiyanın işğal etdiyi ərazilərin əksəriyyətindən geri çəkilməsini, eyni zamanda Krım və Donbasın bir hissəsi ilə bağlı güzəştləri əhatə edirdi.
Putin təklifə necə yanaşıb?
“Financial Times”ın yazdığına görə, 2023-cü il fevralın 1-də keçirilən görüşdə Mattias Varniq Rusiya prezidentinin sənədi sətir-sətir nəzərdən keçirdiyini və qeydlər apardığını vasitəçilərə bildirib.
 

Varniqin sözlərinə əsasən, Putin təklif olunan təmas xəttini müzakirə etməyə razı olub. Bununla yanaşı, Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb, lakin Avropa İttifaqına üzvlük və alternativ təhlükəsizlik mexanizmləri imkanını istisna etməyib.


Bununla belə, nəşrin təqdim etdiyi məlumatlar Putinin bütün planı rəsmi şəkildə qəbul etdiyini və ya tərəflər arasında razılaşma əldə olunduğunu təsdiqləmir. Bu barədə məlumatlar əsasən təşəbbüsdə iştirak edən şəxslərin açıqlamalarına söykənir.
Zelenski ərazi güzəştlərini qəbul etməyib
Aleksandr Rodnyanski təklifləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə və həmin dövrdə Prezident Ofisinin rəhbəri olan Andrey Yermaka çatdırmağa çalışıb.
Lakin Rodnyanskinin nəşrə danışdıqlarına görə, Ukrayna rəhbərliyi ərazi güzəştlərinə getmək istəməyib. Zelenski və Yermakın mövqeyi belə olub ki, Ukrayna ərazilərdən imtina etmədən də planın digər şərtlərinə nail ola bilər.
Rodnyanski isə ABŞ-ın razılaşmanın əldə olunması üçün Ukraynaya təzyiq göstərməli olduğunu düşünürdü.
Sülh təşəbbüsü niyə nəticəsiz qalıb?
Nəşrin məlumatına görə, 2023-cü ilin fevralında vasitəçilər arasında təşəbbüsün gələcəyi ilə bağlı fikir ayrılıqları yaranıb.
Varniqin sözlərinə əsasən, Putin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın amerikalı vasitəçilərin rəsmi mandatının olub-olmadığını aydınlaşdırmasını istəyib. Varniq sonradan ABŞ tərəfinin bu qeyri-rəsmi əlaqə kanalını dəstəkləmədiyi barədə məlumat aldığını bildirib.
 

Lakin keçmiş ABŞ rəsmiləri bu hadisələrin fərqli təsvirini veriblər. Onların sözlərinə görə, Vaşinqtonla Moskva arasında mövcud rəsmi əlaqə kanallarının kifayət etməsi məsələsi müzakirə olunsa da, Uşakovun bu mövzunu onlarla danışdığı təsdiqlənməyib.


“Financial Times” yazır ki, tərəflər arasında etimadsızlıq və əlaqələrin necə qurulmalı olduğu ilə bağlı anlaşılmazlıqlar təşəbbüsün dayanmasına səbəb olub. Fevralın 24-dək müharibəni dayandırmaq məqsədi daşıyan plan reallaşmayıb.
Nəşrin araşdırması müharibənin daha erkən mərhələsində mümkün kompromis variantlarının müzakirə edildiyini göstərsə də, həmin planın qəbul olunacağı təqdirdə müharibənin mütləq başa çatacağını söyləmək mümkün deyil.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Oktyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri