Icma.az
close
up
RU
İnsanlığın ən uca zirvəsi!

İnsanlığın ən uca zirvəsi!

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəlbləri bir araya gətirən gün...

Dünyada zamanla hər şeyin dəyəri dəyişir. Var-dövlət unudulur, pul dəyərini itirir, gözəllik solur. Amma bir şey var ki, zaman onun dəyərini azalda bilmir - xeyirxahlıq. Xeyirxahlıq insan qəlbinin ən saf, ən nəcib hissidir. O, bəzən bir dilim çörək, bəzən səmimi bir söz, bir baxış qədər sadə, amma dəyərli olur. Xeyirxahlıq edən insan təkcə başqasına deyil, əslində öz ruhuna nur qatır. Xeyirxahlıq nə böyük sərvət, nə də çoxlu söz tələb edir. Bu əməl, sadəcə, ürək istəyir.

Noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü qeyd olunur. Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda keçirilib. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak ediblər. Sonralar başqa ölkələr də bu hərəkata qoşulublar.

“Ümumdünya Xeyirxahlıq Hərəkatı” təşkilatı 1997-ci ildə Yaponiyada yaradılıb. Müxtəlif ölkələrdən olan xeyirxahlıq hərəkatının həmfikirləri və könüllüləri “ bir bayraq altında” toplanıblar. Bu təşkilat yorulmadan hərəkət edir və öz əməlləri ilə insanları xeyirxah işlər görməyə ruhlandırır. Bu gün xeyirxah, səmimi, nəcib bir iş görmək istəyən hər kəs onlara qoşula bilər. Üstəlik, Hərəkat iştirakçılarının əsas ünsiyyəti internet vasitəsilə baş verir. Burada onlar öz resurslarında xeyirxah işlərə dair ideyalar və onların həyata keçirilməsi yolları haqqında danışırlar.

Hərəkatın özünün “Xeyirxahlıq Bəyannaməsi” adlı rəsmi sənədi var. Orada deyilir: “Biz sadə insan mehribanlığını məmnun və mənalı həyatın əsas şərti kimi qəbul edirik və bu sənədlə Ümumdünya Xeyirxahlıq Hərəkatını yaratmağımızı elan edirik. Biz hər bir ölkədəki təşkilatlar vasitəsilə və dünya miqyasında şəbəkə yaratmaqla bir araya gəlməyə və daha mehriban, daha mərhəmətli bir dünya yaratmağa çalışacağıq”.

Məhz bu təşkilatın üzvləri belə gözəl bayram yaratmağı təklif ediblər. Ümumdünya Xeyirxahlıq Günü rəsmi olaraq Sinqapurda 2000-ci il noyabrın 18-də Hərəkatın 3-cü Konfransında təsis edilib.

Xeyirxahlığın sağlamlığa təsiri

Müxtəlif ölkələrin psixoloq və həkimlərinin araşdırmasına görə, hər gün xeyirxah işlərlə məşğul olan insanlar özlərini fiziki cəhətdən daha yaxşı hiss edirlər. Onlar həyatlarının daha ahəngdar olduğunu hiss edir, daha yaxşı immunitetə malikdirlər. Yəni daha az xəstələnirlər və daha uzun yaşayırlar. Bütün bunlar hətta praktiki araşdırmalarla da təsdiqlənib. İnsan başqa insanlara yaxşılıq edəndə onun limfositlərinin səviyyəsi yüksəlir və qan damarları genişlənir. Bu, ürəyin düzgün işləməsinə səbəb olur. Beyin sakitləşdirici təsir göstərən, stresin təsirlərini neytrallaşdıran və depresiyanı yüngülləşdirən çoxlu miqdarda endorfin (“zövq hormonları” kimi tanınır) istehsal edir.

Heç kimə sirr deyil ki, müasir dünyada texnologiyaların hər keçən gün daha da inkişaf etdiyi bir zamanda insani hisslər, mənəvi keyfiyyətlər getdikcə ikinci plana keçir. Odur ki, bugünkü bayram insanlara xeyirxahlığı xatırladır və müxtəlif ölkələrdə mövcud olan xeyirxahlıq hərəkatlarını birləşdirir.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri