Cavadov Şəmkir lə oyundakı debütü dəyərləndirdi 2 ci Liqa bu il çox gərgin keçəcək
Fanat saytına istinadən Icma.az xəbər verir.
İkinci Liqanın debütantı "Marafon" ilk oyununu keçirib. Bölgə təmsilçisi 1-ci tur çərçivəsində səfərdə “Şəmkir”lə qarşılaşıb. Debütant görüşdən 1:1 hesablı bərabərliklə ayrılıb.
Komandanın baş məşqçisi Ceyhun Cavadov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. 2-ci Liqa bu il çox gərgin keçəcək. İddialı komandaların sayı kifayət qədərdir. İlk tur da bunu göstərdi.
"Şəmkir"lə matç həm komandamın bu liqada, həm də mənim baş məşqçi kimi debüt oyunum idi. Sözsüz ki, bir qədər həyəcan var idi. Ancaq meydana ayaq basandan sonra oyuna tam kökləndik.
Xal itirsək də, komandamın oyunundan tamamilə razı qaldım. Hətta paltardəyişmə otağında uşaqları təbrik etdim. 90 dəqiqə hücum edən tərəf olsaq da, rəqib müdafiəsini yalnız bir dəfə yara bildik. "Şəmkir" köklü komandadır. Bununla belə, 2 xal itirdiyimizi düşünürəm. Heyətdə itkilərimizin olduğunu da deyim. Yoxlama oyunlarında Novruz Məmmədov, İlqar Ələkbərov və Xəyyam Hüseynov zədələndilər. Xəyyam demək olar sağalıb. Novruzla İlqar gələn həftədən məşqlərə qoşulacaqlar. Turdan tura daha da optimal formaya düşəcəyimizə və hədəfimizə inamla addımlayacağımıza əminəm. Qarşımıza çempionluq hədəfi qoyulub. Bura gələndə bunu qəbul etmişəm, komandanı da "Xankəndi"dən tanıdığım, bir yerdə oynadığım uşaqlardan formalaşdırmışam. Mən onların hər birinə inanıram".
Qeyd edək ki, ötən mövsüm Region Liqasında finalçı olan "Marafon" yayda heyətini Hüseyn Axundov, Nodar Məmmədov, İlham Allahverdiyev, Novruz Məmmədov, Elşad Manafov, İlqar Ələkbərov, Emin Quliyev, Pərviz Qaraxanov kimi təcrübəli futbolçularla gücləndirib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















