Icma.az
close
up
RU
Cavanşir Feyziyev: Bakının yaratdığı yeni geosiyasi konfiqurasiyanın diqtəsi

Cavanşir Feyziyev: Bakının yaratdığı yeni geosiyasi konfiqurasiyanın diqtəsi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənubu Qafqazda sülhün mümarı rolunda çıxış edən Azərbaycan  yekun və dayanıqlı, qarşılqılı etimada əsaslanan sülhün əldə olunması üçün təşəbbüslərlər çıxış etməkdədir.  Azərbaycanın 30 ildən artıq müddətdə blokada şəraitində saxladığıa Ermənistana qarşı yükdaşımaları tədricən aradan qaldırması və iki ölkə ictimaiyyəti arasında etimad mühitinon formalaşması məqsədi ilə  vətəndaş cəmiyyətinin təmsilçilərinin İrəvana səfəri bunun bariz nümunəsidir”.
Bunu Ölkə.az- açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
“Cənab Prezident İlham Əliyevin Qazaxıstana  dövlət səfəri çərçivəsində qazax həmkarı Kasım Jomart Tokayevlə görüşündə Azərbaycanın Ermənistana işğal faktı ilə bağlı tətbiq etdiyi tranzit embarqosunu birtərəfli qaydada ləğv etdiyini açıqlayaraq bəayn edib ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı deyib.
Vaşinqton sülh razılaşmalarının ruhuna uyğun olaraq qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində müsbət addımlar bununla da yekunlaşmır.  Cənab Prezidentin  Astanada verdiyi məlum bəyanatı fonunda son illərdə ilk dəfə olaraq ölkəmizə məxsus mülki təyyarə İrəvan hava limanına eniş edib və İrəvanda iki ölkənin vətəndaş cəmiyyətinin təmsilçilərinin görüşü  keçirilib. Bununla da  Azərbaycan dünyaya sübut edir ki, həyata keçirdiyi  sülh konsepsiyası  sözdə deyil, praktik xarakter daşıyır. Bakının bu addımları rəsmi İrəvan tərəfindən müsbət qarşılanmaqdadır.  Bu da öz növbəsində yeni geosiyasi konfiqurasiyanaın yaranmasına gətirib çıxarır”, - millət vəkili qeyd edib.
Yeni geosiyasi konfiqurasiya yaradılmasının elə də asan iş olmadığını qeyd edən millət vəkili bildirib ki, heç də  bütün liderlər belə bir bacarığa malik deyil: “Belə bir geosiyasi və geoiqtisadi konfiqurasiyanın yaradılması üçün liderin  dünyada baş verən  qlobal çağırışlara zamanın  çevik reaksiya verib, ona uyğun  olaraq adekvat məharətli, çoxgedişli diplomatiyası, lazım gədlidkdə   qətiyyətli, cəsarətli addımlar ataraq yeni reallıqlar yaratmaq qabliyyətinə malik olması,  eyni zamanda liderin təşəbbüskarlığı və kreativliyi də çox vacibdir. 
Bütün bunlarla yanaşı, liderin etibarlılığı və etimad sahibi olması olduqca vacib şərtlərdfən biridir. Çünki bugünükü çox mürəkkəb geosiyasi proseslərin getdiyi bir zamanda dünya liderləri ancaq etibar etdikləri liderlərlə səmimi əlaqələr qurmağa üstünlük verirlər. Xalqımızın bəxti onda gətirib ki, bu gün  Azərbaycana rəhbərlik edən belə bir lideri var. Ona görə də həm cənab Prezident  İlham Əliyev düyada etibar olunan böyük nüfuza malik lider, Azərbaycan isə  etibarlı tərəfdaş ölkə kimi  tanınır. Məhz onun bu cür liderlik qabliyyətinin nəticəsidir ki,  Azərbaycan 2003-cü ildən etibarən davamlı olaraq  uğurlara,  zəfərlərə, qələbələrə imza atmaqdadır”.
Deputat əlavə edib ki, İkinci Qarabağ savaşından sonra öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa edən Azərbaycan 2025-ci ilin 8 avqust Vaşinqton  razılaşamsı ilə tamamilə yeni geosiyasi reallıq yaradıb: “Azərbaycanın yaratdığı yeni geosiaysi konfiqurasiya  regional və qlobal sülhə, sabitliyə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına xidmət edir. Artıq Azərbaycan təcrübəsi beynəlxalq praktikada da öyrənilərək tətbiq edilməkdədir. Amma buna baxmayaraq   regional və qlobal miqyasda gərginlikdə maraqlı olan güclər və ölkələr Cənubi Qafqazda dayanıqlı sülh istiqamətində addımları əngəlləmək  cəhdləri müşahidə edilməkdədir. Lakin nə bu güclərin, nə də ölkələrin cənab Prezident İlham Əliyevin  Cənubi Qafqazdakı sülh konsepsiyasının reallaşmasına mane ola bilməyəcək. Prezident İlham Əliyevin  qətiyyətli siyasi iradəsi, yürütdüyü uzaqgörən diplomatiyası  hesabına yaranan yeni geosiyasi konfiqurasiya nəticəsində Ermənistanla yekun sülh sazişi imzalanacaq. Yekun olaraq Cənubi Qafqaz vahid geosiyasi məkan olaraq  regional və regionlararası sıx əməkdaşlıq rolunu oynamaqla regional, qlobal sülhə, təhlükəsizliyə öz töhfəsini verəcək”.  
Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri