Icma.az
close
up
RU
CAVANŞİR FEYZİYEVİN KİTABI HAQQINDA BİR NEÇƏ SÖZ

CAVANŞİR FEYZİYEVİN KİTABI HAQQINDA BİR NEÇƏ SÖZ

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(4-cü yazı)
Cavanşir Feyziyev Avropa və Asiya qitələrini özündə birləşdirən Avrasiya məkanını tarixi-coğrafi dixtomiyalardan, siyasi-mədəni qütbləşmələrdən sonra, nəhayət, özünün təbii ölçülərində – bütövlüyündən dərk edilən bir materik, planetin dörd su okeanı arasında quru ərazinin ən böyük, ən coşqun siyasət okeanı, əzəmətli imperiyalar, passionar etnoslar səltənəti, qocalan xalqlar, yeni doğulan millətlər yurdu, şərqinin qərbini, qərbinin şərqini bitməz bir ehtirasla görməyə can atdığı sonsuzluq, müharibə və sivilizasiyaların, qan və idrakın, qılınc və qələmin bir-birinə göz açmağa imkan vermədiyi meydan kimi tərənnüm edir. Və bu meydanda “gəlmə oyunçuların”, “yerli oyunçulara” məkrli münasibətini, “yerli oyunçuların” “gəlmə oyunçulara” səmimi davranışını birər-birər aydınlaşdırır…
Feyziyev Avrasiya tarixinin dünəninə, bu gününə müxtəlif baxış bucaqlarından işıq salır, onun taleyindən keçən cərəyanların isti soyuq axınlarının içində öz qələmini üzdürür və bütün bunlardan sonra Avrasiya yalnız Türk dünyasının bütövlüyü ilə özünün geopolitik bütövlüyünü qazanır qənaətini oxucusu ilə bölüşür. O, Göytürk imperiyasının tarixinə, özünə, sözünə xüsusi diqqət yetirərək yazır ki, bu imperiya Şərq istiqamətində Çin, cənub istiqamətində İran və Hindistan, qərb istiqamətində Bizans (Şərqi Bizans imperiyası) arasında Avrasiya tarixində ilk dəfə Asiya nüvəsinə əsaslanan ən böyük geopolitik məkanının hüdüdlarını müəyyənləşdirib deyir. Feyziyev istinad etdiyi tutarlı elmin qaynaqlara əsaslanaraq Avropa və Asiya arasında yüz illər boyu hərəkətdə olan türklərin yerdəyişməsindən asılı olaraq həmişə geopolitik məkanın ağırlıq mərkəzi şərqdən qərbə, qərbdən şərqə doğru dəyişsə də bu prosesin, lakin daim təkamül edib yenidən siyasi dayağı məhz türklərin qurduğu dövlətlər və imperiyalar olmuşdur fikrini qüvvətləndirir…
Feyziyev Lev Qumilyova istinadən qeyd edir ki, Asiya və Avropanı birləşdirən geopolitik məkanın açılması və bütövləşməsi prosesində “Qafqaz səddinin” aşılması üçün hətta 7-ci əsrdə bu regionda bir çox dövlətlərin və xalqların iştirak etdiyi, lakin sonda türklərin qələbə çaldığı “dünya müharibəsi” baş verir. Ötən zamanlarda hun-türklər, xəzərlər, qıpçaqlardan sonra türklər Qafqaz uğrunda mübarizənin sonrakı əsrlərdə də davam edən dramatik proseslərinə qoşulurlar. Və ilk dəfə türklər Kür və Araz çayları boyunca tutduqları ərazidə Albaniyada vergi sistemi tədbiq edirlər – deyir Feyziyev…
Feyziyev Türk geopolitikasının çox dərin və incə bir detalına diqqət çəkərək onun uğur qazanma səbəbini belə izah edir: türklər imperiya quruculuğunda siyasi təşkilatlanmanın çox nizamlı və mütəşəkkil bir ənənəsinə sadiq qalıblar: onlar etnosiyasi sistemin böyümə xarakterinə uyğun olaraq idarəetmənin iyerarxik quruluşunu həm vertikal, həm də horizontal istiqamətdə dərinləşdiriblər. Geopolitik məkan üzərində türklərin nüfuzu artdıqca, onlar bu məkanı nəzarətdə saxlaya biləcək siyasi hakimiyyəti “bölməkdən” qorxmayıblar: “hissələr birləşib bir siyasi ” tam” yaradıb. Bu əsl snergetik qanunauyğunluğun dərk edilməsi və ondan baş çıxarılması deməkdir. Belə bir qanuna uyğunluğu gözlədikləri üçün türklər hələ “Hun epoxasından” başlayaraq hakimiyyətlərini doğu və batı cinahlarına bölərək özünəməxsus idarəetmə sistemi tətbiq etmişlər: Şərqi Hun İmperiyası və Qərbi Hun imperiyası, Şərqi Göytürk İmperiyası və Qərbi Göytürk imperiyası, Şərqi Türkistan və Qərbi Türkistan. Ümumiyyətlə, türk geopolitkasının, təqribən iki min il davam edən inkişaf dinamikasında türklərin nə qədər budaqlanmasından asılı olmayaraq bu budaqların yaddaşında türk Elinin Bütövlüyü etnogenetik yaddaşının özəyi qorunub saxlamışdır…
Fəqət 16-cı əsrdə Avrasiyanın “Geopolitik üçbucağı” – Osmanlı, Səfəvi və Moğol imperiyaları hər birisi öz Avropa siyasətini öz maraqlarına uyğun aparırdı, Bəlkə də, bu imperiyaların gələcəkdə süqutunu şərtləndirən amillərdən ən birincisi həmin fərqli siyasətlərin uzlalaşdırılmsması olmuşdur. Nəticədə, Avropa dövlətləri bundan məharətlə istifadə edərək Asiyanın parçalamaq və udmaq siyasətini həyata keçirə bildilər qənaətini təəssüf hissilə qabardır Feyziyev bu məqamda…
Amma bu proseslərin haraya varmasından asılıb olmayaraq Türkün Avrasiya məkanındakı halətindən bədgüman deyil Cavanşir Feyziyev. Onu sevindirən əsas bu məqamdır ki, Avrasiya qurşağında yerləşən müstəqil türk dövlətləri dünya xəritəsində səpələnmiş halda deyil, onlar bir- birinə quru və dəniz üzərindən dövlət sərhədlərlə bağlıdırlar. Və bu bağın qorunub saxlanması üçün bütün şərtlər Türkün xeyrinədir…
Feyziyevin əsaslı qənaətlərinə görə bugün Avrasiyaya ən böyük təhlükə hələ də Rusiyanın imperialist məqsəd və niyyətindən qaynaqlanır. Sovet ittifaqı dağıldıqdan sonra onun ambisiyalarını özündə ehtiva edən Rusiya nə öz xalqına bir gün ağlayır, nə də başqa xalqlar bir rahatlıq verir. Rusiya 3-cü min illiyin əvvəlində – Qloballaşma dövrünün çağırışlarına uyğun hələ də özünün inkişaf yolunu tapmayan və aydın perspektivini görə bilməyən yeganə dövlət kimi qalmaqdadır. Rusiya hələ də tarixin gərdişini geriyə döndərməyə və müxtəlif adlar altında sovet ittifaqını yenidən bərpa etməyə can atır. Bunun obyektiv səbəblərini Feyziyev aşağıdakı kimi qruplaşdırır:1.Rus kommunist rejimindən qurtulmuş, lakin komnist ideologiyasından əl çəkməmişdi. 2. Rusiyanın siyasi elitası, hərbi-siyasi kompleksi və hərbi strateqləri hələ də özlərinin Qərb düşmənçilik hisslərindən yaxa qurtara bilməmişdir. 3.Rusiyanın siyasi texnoloqları bu günədək Qloballaşma dövrünün məntiqinə uyğun bir ideologiya ortaya qoya bilməmişlər. Sözdə bəzi yeniliklərdən danışılsa da, əslində, onlar Qərbə düşmənkilik, Şərqə aşağılayıcı baxışlarını davam etdirirlər. 4.İmperiya nostalji hisslər, demək olar ki, bütün millətə və ən yaxşı halda, ən azı, onun böyük əksəriyyətinə xasdır. Nəzərə alsaq ki, Feyziyev bu fikirləri 2012-ci ildə yazıb. Bugün, 2026 – cı lədən bu fikirlərə baxdıqda Feyziyevin uzaqgörənliyini, fəhmini daha yaxşı anlamaq olur…
Rusiyanın Avrasiyaçılığı heç bir elmi əsasa söykənməyən Avrasiysçılıqdır. O, yenidən heç bir tarixi-sivilizasiyon köklərə əsaslanmayan Avrasiysçılıq ideyasını və bu ideya əsasında yeni mücərrəd bir ittifaqın yaradılması utopiyasını gerçəkləşdirmək istəyir. Son illərdə Rusiyanın gündəliyindən düşməyən beynəlxalq siyasətində avrasiyaçılıqdan çox danışılan və təlqin edilən ayrı nəzəriyyə yoxdur. Qızıl Ordanın parçalanması nəticəsində meydana çıxan və özünü 1721-ci ildən imperiya elan edən Rusiya Qara dəniz və Xəzər dənizi boyunca Avrasiyanın bütün strateji cinahını ələ keçirdikdən sonra Qafqazın içərisindən İrana, Mərkəzi Asiyanın içərisindən keçərək Çinə doğru genişlənməyə başladı. Nəhayət, 1905-ci ildə Rusiya imperiyasının ərazisi tarixdə türk-monqol və Britaniya imperiyasından sonra ən böyük miqyasa çatmışdır. Onun 22 milyon kv.km-lik ərazisi şimaldan Şimal Buzlu okeanınadək, cənubdan Qara dənizədək, qərbdən isə Baltik dənizindək, şərqdən Sakit okeanına qədər uzanır. Nəticədə, Ruslar türklərin müqəddəs məkanlarında xeyir pərdəsi altında gizlənərək sonuncu şər imperiyası kimi movcud olan Sovet İttifaqı dağılana kimi at oynadıb. Fəqət Rusiya atdan düşüb eşşəyə minsə də hələ də özünü o atın sahibi kimi aparır…
Feyziyev bu kitabda bu konteksdə Rus siyasi-fikir adamlarının tarixən dedikləri fikirləri qeyd edir və onlara münasibətini bildirir. Məsələn, Rusiya imperiyasının təşəkkül prosesini nəzərdən keçirən rus filosofu Nikolay Berdyayev bu imperiyanın banisi Pyotrun islahatlarının “yuxarıdan inqilab” olduğunu göstərərək yazırdı ki, Pyotrun xalq üçün bu qədər əzablı olan zorakı islahatları olmadan Rusiya dünya tarixində öz missiyasını həyata keçirə bilməzdi. Yaxud Rusiyanın “özünəməxsus” əlamətlərinə aydınlıq gətirmək istəyən Pyotr Cadayev hələ 1829-cu ildə-rus imperiyasının öz işğalçılıq siyasətini qızğın ehtirasla həyata keçirdiyi bir dövrdə yazırdı ki, biz bəşəriyyətin böyük ailələrindən heç birinə mənsub deyilik, biz nə Şərqik, nə də Qərb. Onların heç bir ənənələrinə də sahib deyilik. Türkə nifrətiylə fərqlənən Fyodr Dostoyeviski “Biz Avropada tatar, Asiyada isə Avropalıyıq”. Bugün Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnistitutu Sosial – fəlsəfi Tədqiqatlar Mərkəzinin rəhbəri əsərlərində Rus imperiyasının və SSRİ-nin varisi kimi bugünkü Rusiya dövlətini yenidən əvvəlcə Avrasiya kontingentinin, sonra isə bütün planetin dominant siyasi qüvvəsinə çevirmək yolları haqqında baş sındırır. Aleksandr Duqin isə ona züy tutur. Bu xəstə təxəyyülü adam Avrasiya məkanında doğulacaq “Avrasiya İttifaqını” suveren dövlətlərin müttəfiqliyi şəklində yox, Rusiya Federasiyasının tərkibində federativ əsaslarla birləşmiş unitar dövlət şəklində görür. O, bu iddiasının ardından “Avrasiya Ümumi evi” layihəsini irəli sürür və bu “evə” Asiyanın digər dövlətlərini – Monqolustanı, Çini, Yaponiyanın, İranı, Əfqanistanı, Hindistanı dəvət edir. Feyziyev bütün bu sayıqlamaların artıq nə siyasi, nə iqtisadi, nə də elmi əsasının olmamasını aydın məntiqlə izah edir…
Feyziyev, həmçinin, bu əsərdə Qərbin və Qərb yarımkürəsininn Avrasiyaya baxışında dəyişən və dəyişməyən cəhətlərinə də hər tərəfli işıq salır. Çavanşir Feyziyevın görə, Planetin Qərb yarımkürəsi 20 – ci əsrə qədərə dünya siyasətinin idarə olunmasında iştirak etməyib. Bu vaxta qədər həmin siyasətin meydanı yalnız Şərq yarımkürəsi, konkret olaraq Asiyanın və Avropanın bir-birini əvəz edən dövlətləri idi. Qərb yarımkürəsi bu əsrdən Amerika Birləşmiş Ştatlarının simasında bu prosesə qoşularaq supergücə çevrilmişdir. ABŞ-ın güclənməsi nəticəsində Qərb geosivilizasiyasının qlobal trans-Atlantik məkanı daha da genişlənib. Feyziyev bu məqamda bir iqtisadi göstəricini qabardaraq yazır ki, 1800-cü illərdə Asiya dövlətlərinin ümumdaxili məhsulu bütün dünya ümumi daxili məhsulunun 60 faizini, Avropa 30 faizini təşkil edirdi. 1750 ci ildə Hindistan Böyük Britaniyanın müstəmləkəsinə çevrilməmişdən bir qədər öncə elə təkbaşına dünya iqtisadiyyatının 25 faizinə saib idi. Təqribən bugünkü ABŞ kimi. Bu dövlətin Böyük Britaniyanın imperiya idarəçiliyi altında olduğu 1900-cü ildə isə onun dünya iqtisadiyatındakı payı 1, 6 faizə enmişdir. Avropanın beş böyük dövlətinin-Böyük Burtaniyanın, Almaniyanın, Fransanın, Rusiya və Avstriya-Macarıstanın 1900-cü ildə dünya istehsalında çəkisi ABŞ-ın 26,6 faizinə qarşı 51, 1 faiz idi. Qərbin, eləcə də sonradan ona qoşulan ABŞ-ın təsir gücü bu gün dünyanı yedəyində aparır. Belə bir gücün qarşısında olduqca ehtiyatlı davranmaq lazımdır deyir Feyziyev bu kitabında…
Amerika da, Qərb də yaxşı bilir ki, bugün “çoxtərəfli rəqabətə” açıq olan Avrasiya regionunda siyasi proseslərin idarə olunmasına əsaslı təsir göstərən amillərdən biri Mərkəzi Asiyada Balkanlara qədər uzanan “türketnodil və etnosiyasi zonasıdır”. İndi o, yenidən bütövləşməsi zərurəti yaşayır…
(Ardı olacaq)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 May 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri