Cavanşir Paşazadə: “Pezeşkianla görüşdə verilən mesajlar bir daha sübut etdi ki, cənab Prezidentin uzaqgörən siyasəti bəhrəsini verir”
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qonşu ölkə İranla tarixi baxımdan ortaq ənənəlirimiz var. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bir çox məqamlara aydınlıq gətirdi. Qonşu ölkələrin iqtisadi, siyasi, ticari baxımdan əməkdaşlıq etmələri vacib məsələdir. Bunu cənab Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə bildirib. Pezeşkianla görüşdə verilən mesajlar da bir daha sübut etdi ki, dövlətimizin apardığı siyasət, cənab Prezidentin uzaqgörən siyasi kursu öz bəhrəsini verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Cavanşir Paşazadə deyib.
“Məsud Pezeşkianın görüşdə səsləndirdiyi “Heydərbabaya salam” şeirindən parça o taylı-bu taylı Azərbaycanın, iki xalqın, millətin tarixən bir olması, gələcəkdə bu birliyin möhkəmləndirilməsi barədə mesaj idi. Pezeşkiana göstərilən qarşılıqlı etimad bunu sübut edir. Cənab Prezident İlham Əliyev də çıxışlarında demişdi ki, İran azərbaycanlılarının bütün problemlərinə dəstək verməyə hazırıq. Bu gün həmin vəd öz qüvvəsində qalır”, - deputat bildirib.
Aytəkin Qardaşova


