Icma.az
close
up
RU
Cavanşir Quliyev: Qapımı döyən, zəng edən yoxdur

Cavanşir Quliyev: Qapımı döyən, zəng edən yoxdur

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Bayağı mahnılara yüzlərlə insan oynayır. 

Niyə oxumasınlar onu? Müğənnilər bu mahnılarla pul qazanırlar. Bunu qadağan etmək olmaz. Amma toy göstərici deyil, toy başqa şeydir, şəxsi məclisdir. İnsanın ailəsində toy olanda, ona demək olmaz ki, o musiqini çaldırma. 

Əsas göstərici televiziya və onların təbliğatıdır. Musiqini cəmiyyətə təbliğ edən onlardır. Bu suallar televiziya rəhbərlərinə verilməlidir ki, niyə efirdə keyfiyyətsiz musiqi verirsiniz?”

Bunu “Cebheinfo.az”-a açıqlamasında tanınmış bəstəkar Cavanşir Quliyev deyib. 

Onun  sözlərinə görə, problem ondadır ki, keyfiyyətli mahnılara cəmiyyətdə ehtiyac yoxdur:

"Üç-beş nəfər istəyir, amma geniş tamaşaçı kütləsi maraq göstərmir. İnsanlar toylarda atılıb-düşür, əylənirlər, deməli, bu onları qane edir. Bizim milli musiqimiz muğam, aşıq musiqisi və xalq mahnılarıdır. Lakin biz özümüzü dünyəvi ölkə hesab edirik. Amma qəribədir ki, dünyəvi musiqi olan simfonik musiqiyə münasibətimiz zəifdir.

Bu, heç bir millətə məxsus deyil, beynəlxalq musiqidir. Üzeyir bəyin ən böyük xidməti odur ki, bu musiqini bizə gətirdi. Amma millət olaraq onu da çox sevmədik. Mən çox az adam tanıyıram ki, mütəmadi olaraq Filarmoniyanın, Opera və Balet Teatrının afişasına baxır, gedib simfonik konsertə qulaq asır”.

Bəstəkar qeyd edib ki, bəstəkarlıq məktəbi var, amma sistem pozulub:

“"Bəstəkarlıq məktəbi yoxdur” ifadəsi bir qədər düzgün deyil, çünki bəstəkarlıq məktəbi mövcuddur. Ona heç bir şey olmayıb, əgər söhbət ciddi bəstəkarlardan gedirsə. Amma əgər siz "mahnı qoşanlar"dan danışırsınızsa, bu, tamam fərqli mövzudur. 

Keçmişdə ciddi bəstəkarlar mahnı yazırdılar və bu səbəbdən ortaya keyfiyyətli əsərlər çıxırdı. Çünki o insanlar bilikli, savadlı idilər. İndi isə ciddi bəstəkarlar mahnı yazmırlar. Bu, artıq musiqidən çox, dolanışıq məsələsidir.

Sovet dövründə biz mahnı yazırdıq və onu üç idarəyə satırdıq. Bunlardan biri AzTV, digəri Mədəniyyət Nazirliyi, biri də Korlar Cəmiyyəti idi. Bəli, təəccüblü səslənsə də, Korlar Cəmiyyətinə Sovet hökuməti vəsait ayırırdı. 

Onlar üçün xüsusi repertuar hazırlanırdı, çünki gözləri görmədiyi üçün qulaqları daha həssas olurdu və keyfiyyətli musiqiyə ehtiyac vardı. Hətta barmaqla oxunan kitablar da nəşr edilirdi. Biz bəzən onlara mahnı sata bilirdik. Amma indi o idarələrin heç biri mahnı almır. Deyirlər, elə büdcə bizdə yoxdur. Ona görə də heç kim mahnı yazmağa maraqlı deyil”.

Cavanşir Quliyev bildirib ki, ciddi bəstəkarlar artıq estrada janrında mahnı yazmağa maraq göstərmirlər:

“Ciddi bəstəkarlar indi kino və teatr üçün musiqi yazırlar, ya da musiqi məktəblərində 5-6 yerdə işləyirlər ki, dolanışığı təmin etsinlər. Belə olanda isə meydana mahnı qoşanlar çıxır. Onlar da musiqiçidirlər, amma bəstəkar deyillər. Məsələn, biri kamança çalandır, biri arqan ifa edəndir, ya da müğənnidir. 

Onların dərin nəzəri bilikləri yoxdur və yazdıqlarını analiz edə bilmirlər. Öz yazdıqlarını da analiz edə bilmədikləri üçün düşünürlər ki, yazdıqları yaxşıdır və onu da "bazara" çıxarırlar. İndi artıq efirə çıxmağa da ehtiyac yoxdur, "YouTube"-da paylaşırlar. Nəticədə ətrafımızda səslənən musiqinin keyfiyyəti aşağı düşür.

Bu, o demək deyil ki, istedadlı insanlar yoxdur. Var. Amma sistem pozulub. Köhnə sistem dağılıb, yenisi isə hələ qurulmayıb. Mənə desəniz, sonuncu dəfə nə vaxt mahnı yazmısan, düzü yadıma gəlmir. Çünki artıq ehtiyac hiss etmirəm. Qapımı döyən, zəng edən, sifariş verən yoxdur. Özüm yazsam belə, onu təqdim edəcəyim yer yoxdur”.

Bəstəkar vurğulayıb ki, bəstəkarlıq məktəbi var və inkişaf edir, amma gənclər mahnı yazmağa maraq göstərmirlər:

“Hazırda iki yerdə bəstəkarlıq fakültəsi var. Bakı Musiqi Akademiyasında və Milli Konservatoriyada. Hər birində 5-10 tələbə təhsil alır. Azərbaycan üçün bu sayda məzun, ildə 20 nəfər kifayət qədərdir, hətta çoxdur. 

Amma bu gənclər daha çox ciddi musiqi yazırlar, mahnıya yönəlmirlər. Çünki mahnıdan gəlir əldə etmək olmur. Bunlar da düşünür ki, madəm, dolanışıq yoxdur, ciddi bir şey yazaq.

Bəstəkarlıq elə bir sahədir ki, hər kəsi qane edə bilməz. Eləsi var ki, mən bəyənirəm, başqası bəyənmir. Ya da əksinə. Amma ümumiyyətlə, bəstəkarlıq məktəbi var və inkişaf edir. Keçmişdə də bütün bəstəkarlar dahi deyildi. 

İldə 5-10 nəfər məzun olurdu, amma hamısı tanınmırdı, bir çoxu ümumiyyətlə, bu sahədə davam etmirdi. Çünki bu peşə çətindir. İndi də vəziyyət elədir. Uğurlu olanlar da var, ortabablar da, uğursuzlar da.

Elmir Mirzəyev, Firidun Allahverdi, Tülkər Qasımzadə, Ayaz Qənbərli kimi istedadlı gənc bəstəkarlarımız var. Çox güman ki, bu adları eşitməmisiniz. Çünki onlar ciddi musiqi yazırlar və bizim cəmiyyət ciddi musiqini çox da sevmir. 

Hətta alimlər belə Filarmoniyaya getmir. Filarmoniya salonunda oturanlar əsasən musiqiçilərin qohumları, dostları və digər musiqiçilər olur. Adi tamaşaçı afişanı görəndə gəlmir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Cavanşir Quliyev zəng bayağı mahnılar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri