Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Cavanşir Qurbanov Ailənin və zamanın ağsaqqalı

Cavanşir Qurbanov Ailənin və zamanın ağsaqqalı

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

O, sadəcə bizim atamız deyildi…
O, bütöv bir nəsli çiyinlərində daşıyan, hər addımı ilə örnək olan bir ağsaqqal, bir məktəb, bir vicdan abidəsi idi.
Cavanşir Qurbanovun ömrü – zamanın sınaqlarından alnıaçıq çıxmış bir kişinin, bir ata obrazının qürurverici dastanı idi.

İllərlə ailəsinə, nəsil-nəcabətinə, qohum-əqrəbasına, qonşu və tanışlarına arxa olmuş, dayaq olmuş bir həyat nümunəsi… Onun varlığı, təkcə ailəsi üçün yox, bütöv bir cəmiyyət üçün güvənc idi. Əlləri ilə tikib-qurmuşdu, qəlbi ilə isə sevmişdi. Sevgi ilə böyütmüş, mərdliklə yaşamış, sədaqətlə yol getmişdi.

Atamın son günləri – bir nağıl kimi yadda qaldı.

O nağılın içində sevgi vardı, kədər vardı, müqəddəslik vardı… Həmin günlərdə – mayın 14-də, mələklərin gətirdiyi bir almanı mənə uzatdı. Adımı çəkərək dedi:
“Cəlal, bu da sənindir…” O alma – sadəcə meyvə deyildi… O, bir ata sevgisinin, bir həyat mirasının, bir ruhun əmanəti idi… O əlləri tutub, o nəfəsi duya-duya:

“Atam, mənim sənə ehtiyacım var. Məni tək qoyma…” – dedim.

O isə gülümsədi, əlimi sıxdı, öpdü və söz verdi… Və möcüzə baş verdi… Atam geri döndü. 6 gün daha bizimlə oldu – sevgi ilə, təbəssümlə, rahatlıqla… O son 6 gün – bizim üçün əbədiyyətin bir parçası oldu.

Anam, bacım, nəvələri – hamımız o günlərdə atamın ətrafında bir dua, bir ümid, bir sevgi halqası idik. O isə gözlərindəki işıqla, qəlbindəki sükunətlə bizimlə idi. Onun hər tikəsi, son nemətləri – təşəkkür dolu bir vidalaşma idi. Dünyanın ən xoşbəxt atası idi – çünki sevgi ilə yaşadı, sevgi ilə yola salındı…

Bu yolda tək deyildik…

Atamın sağlamlığına 3 ilə yaxın nəvazişlə qulluq edən, ailəmizə doğma olan həkim Zakir Quliyev başda olmaqla – Rəna xanım, Füruzə doktor, və qayğıkeş tibb bacısı Lalə xanım… Sizlərin insaniyyəti və peşəkarlığı – bizim ailə üçün bir həyat məktəbi oldu. Hər anınız üçün halallıq istəyirik, hər dəstəyiniz üçün dua edirik.

Atamın ruhunu bəsləyən tək şey sevgi deyildi – musiqi onun nəfəsinə güc verirdi. Dəyərli sənətkarımız Aybəniz Haşımova, onun “Bülbüllər” qrupu və atamın sevimli səsi – Mirələm Mirələmov… Onların ifası atama yaşamaq eşqi verirdi… O nəğmələrlə nəfəs alırdı, o səsə sarılıb bu dünyada bir az da qalmaq istəyirdi…

Son günündə belə – atam bütün dostlarının adını bir-bir çəkdi… Uzaqda olanlarla görüntülü danışdı, hamı ilə halallaşdı…
Nəvələri – onun nəfəsi olan balalar… Əllərindən tutdular, başlarını sinəsinə qoydular, göz yaşlarını gizlədib babalarının son nəsihətlərini dinlədilər:

“Xoşbəxt olun… Ədalətli olun… Mərhəmətli və vicdanlı olun… Başı dik yaşayın!”

O, bizim uca çinarımız idi. Onun varlığı bizə güc idi, onun baxışları bizə yol idi, nəsihətləri isə əbədi bələdçimiz olacaq. İndi əllərini tuta bilmirəm, amma nəfəsini içimdə daşıyıram… Səsini eşitmirəm, amma sözləri qulağımda səslənir…

Əziz Atam…

Səni itirdim, amma sevgin səndən sonra yaşayır! Əmanət etdiyin qayğını, vəsiyyətini, ailəmizi qorumaq borcunu – son nəfəsimədək daşıyacağam. Sən bizim deyil, bütün nəsilin atası idin. Ruhun qarşısında baş əyirəm… Bağışla məni, səni bu dünyada saxlaya bilmədim…

Dəfn mərasimində və üç mərasimdə bizimlə olan, kədərimizi bölüşən hər kəsə – Atamın dostlarına, qonşularımıza, dostlarıma, qohumlara və ümumilikdə ailəmizin yanında olan bütün insanlara dərin təşəkkürümü bildirirəm.

Xüsusi olaraq – şəhid analarına, atalarına, ailələrinə…

Rayonlardan gəlib bizim dərdimizi paylaşan, ruhumuza sarılan o məğrur və fədakar analara təşəkkür edirəm.
Sizlərin varlığı – bu acı günlərdə bizim üçün dayaq, təsəlli, dua idi.

Allah hər birinizdən razı olsun.
Atam – Cavanşir Qurbanov – bir ömürlə yüz illərin hekayəsini yazdı.

Biz onu itirdik, amma o, bizi tərk etmədi…

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://dogru.az
archiveBu xəbər 24 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri