Icma.az
close
up
RU
Cavid Hüseynov: “Meydana hücumçusuz çıxırıq”

Cavid Hüseynov: “Meydana hücumçusuz çıxırıq”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının XIV turunun "Səbail" - "Qarabağ" matçından (0:3) sonra meydan sahiblərinin baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.

"Qarabağ"ı təbrik edirəm. Bizim üçün üzücü məğlubiyyət oldu. Düşünürəm ki, komandanın potensialı var. Yaxın gələcəkdə istədiyimiz nəticəni alacağıq. Heyətlə bağlı sıxıntılarımız var idi. Futbolçu kasadlığı yaşayırıq. Fiziki hazırlığımız o qədər də ürəkaçan olmadığı üçün 90 dəqiqə dözə bilmədik. Amma 70 dəqiqə yaxşı futbol oynadıq".

- Oyuna hazırlaşarkən futbolçulara əsas tapşırığınız nə idi?
- Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki, komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündür buradayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək.

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- İstəyərəm ki, məşqçilər korpusu geniş olsun. Fiziki hazırlıq məşqçimiz var. 4 gün öncə İspaniyadan dəvət etmişik. Bu il məqsədimiz Premyer Liqada qalmaqdır. Qışda transferlərə ehtiyac var. Hücum mövqeyində çox əziyyət çəkirik. Meydana hücumçusuz çıxırıq.

- Özünüzü "Səbail" üçün nə dərəcədə faydalı hesab edirsiz?
- Məşqçilik karyeramda hansı uğurları əldə etdiyim futbol ictimaiyyəti üçün sirr deyil. Özümü çox hazır hiss edirəm. Hər zaman məqsədimə doğru idi addımlarla irəliləməyə çalışıram. Komandaya xeyir vermək üçün buradayam. "Turan Tovuz"da yerim rahat idi. Kurban Berdiyevin köməkçisi idim. "Səbail"in Premyer Liqada qalması üçün əlimdən gələni edəcəyəm.

- Kurban Berdiyevdən nə öyrəndiniz?
- Mənim öz ətrafımda olan insanlar da dedilər ki, bəlkə tələsməyəsən. Mən prinsipial insan olmuşam. 4 ay Kurban Berdiyevin yanında oldum. Bu, mənim üçün əla təcrübə idi. Çalışacam ki, bundan məşqçilik karyeramda istifadə edim. İnanmasaydım, burada olmazdım.

Cəlal oynadı, komandası qələbə qazandı Orxan Məmmədov “Avropa Biznes Kuboku”nun qalibləri ilə görüşüb AFFA nümayəndəsinə UEFA-dan təyinat Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu - YENİLƏNİB “Neftçi”də 5 itki
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 Noyabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri