Icma.az
close
up
RU
Cavid Qurbanovdan İlham Əliyevə təbrik məktubu

Cavid Qurbanovdan İlham Əliyevə təbrik məktubu

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 “Kəlbəcər rayonunun ictimaiyyəti adından ABŞ-da ölkəmiz naminə qazanılmış möhtəşəm siyasi qələbə münasibətilə Sizə ən səmimi təbriklərimizi və dərin ehtiramımızı çatdırırıq. Bu parlaq uğur, Sizin milli maraqlarımız uğrunda sərgilədiyiniz əzmkar mövqeyin, uzaqgörən siyasətinizin və beynəlxalq arenada Azərbaycanın haqq səsini müdafiə etmək istiqamətində göstərdiyiniz qətiyyətin bariz nümunəsidir“.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil edən Cavid Qurbanov prezident İlham Əliyevə yazdığı təbrik məktubunda qeyd edib.

Məktubda daha sonra deyilir:

Bu gün Azərbaycan, Sizin rəhbərliyiniz altında, tarixində ən güclü dövrlərindən birini yaşayır. Təkcə hərbi sahədə deyil, diplomatik müstəvidə də əldə olunan nailiyyətlər ölkəmizi regionun lider dövləti, beynəlxalq münasibətlər sistemində isə etibarlı tərəfdaş kimi tanıdır. ABŞ-da əldə edilən bu siyasi qələbə, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının beynəlxalq səviyyədə qəbul olunması baxımından strateji əhəmiyyət daşıyır.

Biz, Kəlbəcər ictimaiyyəti, yaxşı bilirik ki, bu uğurlar təsadüfi deyil. Onlar illərlə davam edən ardıcıl, düşünülmüş, dövlətçilik ənənələrinə sadiq, milli dəyərlərə bağlı siyasətinizin məntiqi nəticəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan artıq öz haqq işini dünyaya sübut etmiş, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etmiş, xalqımıza ədalət və qürur bəxş etmişdir.

Qarabağımızın, o cümlədən dogma Kəlbəcərimizin işğaldan azad olunması günündə yaşadığımız sevinc və qürur hissi bu gün də ürəklərimizdə ən parlaq xatirə olaraq qalır. O zaman biz təkcə doğma torpaqlarımıza qovuşmadıq, həm də Azərbaycanın gücünə, xalqımızın birliyinə, rəhbərimizin qətiyyətinə bir daha şahid olduq. İndi isə Vaşinqtonda qazanılan siyasi qələbə və imzalanan Birgə Bəyannamə Sizin növbəti parlaq qələbənizdir. Sizin bu prosesdəki liderliyiniz, strateji baxışınız və siyasi uzaqgörənliyiniz yenə də qalib gəldi. Xalqımızın milli maraqların qorunması naminə ortaya qoyduğunuz qəti, ardıcıl və prinsipial mövqeyiniz nəticəsində qalib Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Müzəffər Sərkərdə kimi sülhü də qazandınız.

“Vaşinqtonda əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də birgünlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq”. Sizin müdrik siyasətiniz nəticəsində Cənubi Qafqaz nəhayət ki, müharibə ilə dolu coğrafi məkandan müstəqil, qlobal əməkdaşlığa açıq, sülh və rifah dolu bir məkana çevriləcək.

Möhtərəm Prezident,

Biz, Kəlbəcər ictimaiyyəti olaraq, hər zaman Sizin ətrafınızda sıx birləşir, gördüyünüz böyük işlərin, atdığınız tarixi addımların şahidi olmaqdan və bu yolda Sizi dəstəkləməkdən böyük qürur duyuruq. Ulu Öndərimiz Heydər Əliyevin ruhunu şad edən və Onun vəsiyyətini fədakarlıqla yerinə yetirən, dünyada heç bir siyasi liderin bacara bilmədiyini bacaran əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bir daha bu siyasi qələbəniz münasibətilə Siz ürəkdən təbrik edir Uca Rəbbimizdən Sizə, yaxın silahdaşınız Birinci Xanım hörmətli Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoş günlər, xalqımız üçün taleyüklü ali dövləti fəaliyətinizdə yeni-yeni zirvələr və tarixi nailiyyətlər arzulayırıq! Sizin hər bir uğurunuz xalqımızın uğurudur, hər bir qələbəniz dövlətimizin gücünün təntənəsidir.

Böyük Allah Sizi və ailənizi qorusun!

Dərin ehtiramla,

Kəlbəcər rayonunun ictimaiyyəti adından

Cavid Qurbanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri