Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Davamlı sülh yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, barışıqla da təmin oluna bilər.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq konfransda bəyan edib.
O qeyd edib ki, Cənubi Qafqaz münaqişə, məcburi köçkünlük və dərin humanitar iztirablarla üzləşib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş ilkin sülh razılaşmasına itkin düşmüş şəxslərlə bağlı müddəanın daxil edilməsi mühüm göstəricidir.
Çavuşoğlu bildirib ki, bu məsələ daha geniş sülh prosesinin tərkib hissəsi kimi qəbul edilir. O vurğulayıb ki, itkinlərlə bağlı problemin sülh quruculuğu və barışıq prosesinin ayrılmaz hissəsi kimi tanınması insanlar arasında qarşılıqlı etimadı artıracaq və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacaq.
“Cənubi Qafqazda sülh yalnız hərbi əməliyyatların başa çatması ilə yekunlaşmamalıdır. Sülh itkin düşmüş şəxslərin ailələrinin həyatına və qəlbinə də gəlməlidir”, - deyə Çavuşoğlu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Oktyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















