Icma.az
close
up
RU
Çay yeməkdən 2 saat sonra içilməlidir HƏKİM MƏSLƏHƏTİ

Çay yeməkdən 2 saat sonra içilməlidir HƏKİM MƏSLƏHƏTİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

“Son vaxtlar əhali arasında mədə xəstəlikləri artıb. Hər 2-3 nəfərdən biri bundan şikayət edir.

Bunun əsas səbəblərindən birincisi stress faktorudur. Gərgin iş, stress altında olmaq birbaşa mədədə turşuluğu artırır, mədə mukozasını zədələyərək, xəstəliklərin yaranmasına səbəb olur”.

Bunu terapevt-qastroenteroloq Mətanət Cəfərova Ailem.az-ın canlı yayımında qonaq olarkən deyib. Həkim bildirib ki, mədə xəstəliklərinin yaranmasına səbəb olan ikinci faktor rejimsiz və keyfiyyətsiz qidalanmaqdır: “Yəni gün ərzində 2-3 dəfə və yeməklər arasında böyük fasilələr verməklə qidalnmaqdan söhbət gedir. Normal halda mədə turşuluğu hər 2-3 saatdan bir pik nöqtəyə çatır. Bu o deməkdir ki, hər 2-3 saatdan bir qida qəbul etməliyik. Bu da 3 əsas, 2 ara yeməyə bərabərdir. Çox təəssüf ki, insanların çoxu buna əməl etmir və cəmi iki dəfə qidalanırlar ki, bu da yemək arasındakı fasiləni uzadır. Nəticədə mədə turşuluğu yüksəlir, hətta turşu geriyə qida borusuna qayıdaraq reflüksün yaranmasına gətirib çıxarır”.

M.Cəfərovanın sözlərinə görə, üçüncü səbəb lazım olmadığı halda və həkim təyinatı olmadan dərman qəbul etməkdir. Bu dərmanlar mədənin qoruyucu təbəqəsinə zərərə verir: “Bəzən hətta acqarına belə ağrıkəsici dərman qəbul edirlər ki, bu da mədəni zədələyir. Nəticədə erroziya, hətta xoranın yaranmasına səbəb ola bilir. İnfeksion, autoimmun, öd problemi də mədə xəstəliklərinə səbəb olur”.

Terapevt bildirir ki, mədə ağrıları müxtəlif ola bilir: “Ağrı mədənin girəcəyindədirsə, qida qəbul olunandan 30-40 dəqiqə sonra ağrı yaranır. Bəzən isə olur ki, qida qəbulundan saatlar sonra, hətta qida qəbul etmədikdə də baş verir. Gecə ağrıları isə daha çox onikibarmaq bağırsaq xorası üçün spesifikdir. Cavan yaşlarda hər mədəsi ağrıyan xəstədən qorxmuruq. Burada risk faktorları göz önünə gətirilir. Bunlar isə deyək ki, xəstədə köp, ürəkbulanma, qıcqırma var və yanaşı olaraq onda qanazlığı var. Yaxud valideynlərinin birində mədə xərçəngi olub. Bu zaman xəstənin özündə də şikayətlər varsa, o mütləq qastoskapiya olunmalıdır. Ümumi götürəndə 40 yaşından sonra kişilər, qadınlar isə 50 yaşdan sonra mütləq bir dəfə qastoskapiya olmalıdır”.

Qastrenteroloq son zamanlar arıqlamaq üçün dəb halı alan mədə kiçiltmə əməliyyatları haqqında da danışıb. O, bu əməliyyatı hər kök xanıma və kişiyə məsləhət görmür: “Bütün dünyada yalnız mədə kiçiltmə əməliyyatı ağır piylənmə zamanı məsləhət görülür. Yəni artıq 4-cü dərəcəli piylənmədir və insanın həyatı üçün təhlükə var. Amma 20-30 kilo artıq çəkiyə görə əməliyyat etdirmək məsləhət deyil. Çünki gələcəkdə bunun öz fəsadları olacaq. Hətta mədə xərçənginin yaranma risklərinin içərisində mədə kiçiltmə əməliyyatı olunmuş xəstələr birinci sıradadır”.

Mütəxəssis qida qəbulu zamanı edilən yanlışları sadalayıb: “Ən böyük səhv odur ki, birdən-birə çox yemək yeyib, mədəni doldururlar. Bundan başqa biz millət olaraq yeməkdən dərhal sonra çay içməyə meylliyik. Bu isə yolverilməz haldır. Çayın tərkibindəki tanin həzmsizlik yaradır. Çay qida qəbulundan minimum 2 saat sonra içilməlidir. Təəssüf ki, biz adətən axşam işdən qayıdandan sonra çox yeyirik. Üstündən də maye qəbul edib, divanda uzanırıq. Dolmuş mədə diafraqmal pərdəyə təzyiq göstərir və yırtıq yaranır. Bu da gəyirmə və qıcqırmaların daha çox artmasına səbəb olur. Sonda qida borusunun xərçəngi ilə nəticələnə bilir. Bir də yuxu rejimi çox önəmlidir. İnsanların çoxu az yatır. Oyaq qaldığımız müddətdə mədə turşuluğu işləyir. Ən yaxşısı axşam 10-dan səhər 6-ya kimi yatmaqdır”.

M.Cəfərova məsləhət görür ki, doymadan süfrədən qalxmağı bir vərdiş halına gətirmək lazımdır: “O vərdişi sadəcə qazanmaq lazımdır. İlk öncə yemək boşqabının ölçüsünü kiçildin, daha sonra xörəyin miqdarını. Az və tez-tez qidalanmaq lazımdır. İnsan niyə birdən-birə çox yemək istəyir? Çünki mədə turşuluğu pik həddə çatır və insan çox acmış formada süfrə arxasına oturur, nəticədə çox yemək yeyir. Amma çox acmadan, 3-4 saatdan bir az-az qidalansaq inanın ki, birdən-birə çox yeməyə ehtiyac olmayacaq. Bir də su qəbulu çox önəmlidir. Bəzən acmaqla susamaq hissini qarışdırırıq. Yeməkdən yarım sat əvvəl su içmək önəmlidir. Bu, aclıq hissini də xeyli azaldır”.

Həkim indiyə qədər mədə ağrısı ilə rastlaşmadığını etiraf edib: “Bu vaxta qədər mədə ağrısı nədir bilmirəm. Dediyim məsləhətlərə özüm mütləq əməl edirəm. Həm qidalanmaya, həm su içməyə fikir verirəm. Biz 5 dəfə yeyin deyəndə elə bilirlər ki, hər dəfə məhz xörək yeyilməlidir. Xeyr, elə deyil. Məsələn, mən əsas yeməklər arasında çərəzlər, ya bir banan, alma, ya da taxta peçenye yeyirəm. Bunlar mədə turşusunu neytral saxlayır və gələcəkdə mədə problemlərindən qoruyur”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see395

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see254

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see243

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see241

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see238

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see229

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see222

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see216

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see215

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see207

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see207

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see204

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see197

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see195

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see192

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see181

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see179

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see172

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see170

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri