Çayda ilişib qalan Çin avtomobilinin dadına niva çatdı (Video)
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkələrdə yayılan maraqlı görüntülər izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda Çin istehsalı olan krossover markalı avtomobilin dərinliyi az görünən çaydan keçməyə cəhd etdiyi əks olunub. Lakin sürücü çay yatağını keçə bilməyib və avtomobil suyun içində ilişərək hərəkətsiz qalıb.
Bir müddət çıxış yolu axtaran sürücünün köməyinə isə "Niva" markalı avtomobilin sürücüsü çatıb. O, dartıcı tros vasitəsilə krossoveri çay yatağından çıxararaq yolda qalmasının qarşısını alıb.
Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin bir qismi "Niva"nın çətin yollardakı imkanlarını yüksək qiymətləndirərək sürücünün yardımsevər davranışını alqışlayıb. Digərləri isə krossoverlə çaydan keçə bilməməsi ilə bağlı müxtəlif rəylər yazıblar.
Qısa müddətdə viral olan video minlərlə baxış toplayıb və internet istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 30 İyun 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















