Icma.az
close
up
RU
Revanşizmin mövcudluğu preambuladadır, o da çıxır Rəfail Becanov

Revanşizmin mövcudluğu preambuladadır, o da çıxır Rəfail Becanov

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Baş nazir Nikol Paşinyanın sülh prosesində siyasi iradə nümayiş etdirdiyini göstərir”. 

Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, sülh istiqamətində atılmış müsbət addımdır:

“Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipial şərtdir. Bu prinsip yalnız siyasi bəyanatlarda deyil, eyni zamanda hüquqi müstəvidə də təsdiqlənməlidir. 

Ona görə ki, Azərbaycan sülh müqaviləsini bu gün Ermənistanda hakimiyyətdə olan qüvvə, siyasi partiya ilə imzalamaq niyyətində deyil. Əsas məqsəd Ermənistan dövləti və erməni cəmiyyəti ilə uzunmüddətli, dönməz və gələcək siyasi dəyişikliklərdən asılı olmayan sülh münasibətlərinin qurulmasıdır. 

Bu baxımdan, Azərbaycanın tələbi tamamilə məntiqlidir: Ermənistanın ali hüquqi sənədində Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəalar saxlanıldığı halda, hansı etibarlı və davamlı sülhdən danışmaq olar?

Gələcəkdə ərazi iddialarının yenidən gündəmə gətirilməsinə imkan verən hüquqi-siyasi əsaslar aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması özü-özlüyündə gələcək problemlərin qarşısında dayanıqlı sənəd ola bilməz”.

Ekpsert qeyd edib ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmaması gələcək ziddiyyətin aradan qaldırılması istiqamətində ilkin addım kimi görünür:

“Lakin burada tələsmək və baş verənləri artıq yekun nəticə kimi təqdim etmək hələ tezdir. Əsas məsələ layihənin qəbul edilməsi, onun yekun mətnində Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı iddianın hüquqi əsasının qalmaması və bu yanaşmanın Ermənistanın dövlət siyasətində real təminat qazanmasıdır.

Paşinyanın bu prosesi sona qədər apara biləcəyini indidən qəti şəkildə söyləmək çətindir. Ermənistan daxilində ciddi siyasi müqavimətin olacağı şübhəsizdir. Revanşistlər, keçmiş hakimiyyət dairələri, onların havadarları, erməni lobbisi və onların təsiri altında olan siyasi çevrələr bu addımın əleyhinə olacaqlar.

Onlar cəmiyyətin müəyyən hissəsində qorxu və düşmənçilik üzərində qurulmuş siyasi ritorikanı qoruyub saxlamaqda maraqlıdırlar. Çünki revanşizmin mövcudluğu onların da siyasi mövcudluğunun əsas şərtlərindən biridir”.

Lakin baş redaktor vurğulayıb ki, Ermənistan cəmiyyəti də reallığı dərk etməlidir:

“Onlar, başa düşməlidirlər ki, keçmişin avantürist iddiaları ilə gələcək qurulmur. Ermənistanın qarşısında olan seçimlər ya regionun yeni geosiyasi reallıqlarını qəbul edib sülh, iqtisadi inkişaf və regional əməkdaşlıq yoluna qədəm qoymaq, ya da keçmişin siyasi ambisiyalarının girovuna çevrilərək qarşıdurma şəraitində yaşamaqdır.

İndiki mərhələdə Ermənistan üçün yaranmış şərtlərin kifayət qədər əlverişli olması qənaətindəyəm. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirir və regionda yeni münasibətlər sisteminin formalaşmasında maraqlıdır. Ermənistanın bu imkandan istifadə etməsi onun maraqlarına da uyğundur.

Əks halda, İrəvan özü üçün daha mürəkkəb siyasi və hüquqi vəziyyət yarada bilər. Xüsusilə hər iki ölkənin 1991-ci il Almatı Bəyannaməsinə istinad etməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır”.

Rəfail Becanov onu da diqqətə çatdırıb ki, bu Bəyannamə ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınmasının əsası kimi qəbul edilirsə, Ermənistanın həmin prinsipə zidd olan konstitusion müddəaları saxlamaq cəhdi Azərbaycanın da bu siyasi-hüquqi yanaşmaya münasibətini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər: 

“Başqa sözlə, İrəvanın indiki mərhələdə atacağı addım qarşılaşa biləcəyi daha mürəkkəb problemlərin qarşısını almaq imkanıdır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan sülhü regionda qarşıdurmanın birdəfəlik aradan qalxmasında görür. Lakin sülh birtərəfli güzəşt, yaxud Azərbaycanın öz təhlükəsizlik maraqlarından imtina etməsi hesabına qurula bilməz. Sülh qarşılıqlı məsuliyyət, hüquqi öhdəlik və siyasi təminatlar üzərində dayanmalıdır.

Revanşistlərin bu prosesi asanlıqla qəbul edəcəyini gözləmirəm. Onlar sülhü siyasi məğlubiyyət kimi qələmə verməyə, cəmiyyətdə yeni qarşıdurma yaratmağa çalışacaqlar. Ona görə ki, müharibə ritorikasından siyasi dividend əldə edənlər üçün sülh təhlükədir, adi erməni vətəndaşı üçün isə sülh təhlükəsizlik, rifah və normal həyat imkanıdır”.

Həmsöhbətimiz söyləyib ki, regionda sülh üçün yaranmış indiki siyasi imkanlar sonsuz deyil:

“Azərbaycan öz mövqeyini ortaya qoyub. İndi Ermənistanın üzərinə düşən məsuliyyət bu fürsəti reallaşdırmaqdır. Sülh bu region üçün sadəcə alternativ deyil. Sülh böyük tarixi şansdır. Bu şansı əldən vermək Ermənistan üçün bağışlanmaz siyasi məsuliyyət olar”.

"Cebheinfo.az"

Açar sözlər: Rəfail Becanov Ermənistanın Konstitusiyası

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri