“Bu müddəa Müstəqillik Bəyannaməsinin məntiqini, yəni münaqişə məntiqini rədd edir” Paşinyan
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistanda üçüncü respublika vətəndaşların təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, milli kimliyi qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək üçün deyil, münaqişə naminə, münaqişənin özü üçün yaradılmışdı”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı müraciətdə bildirib.
Onun sözlərinə görə, bu, təkcə 1990-cı illərdə Ermənistan liderlərinin bəyanatlarından və məqalələrindən deyil, həm də 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin mətnindən aydın görünür.
“Məhz bu münaqişə məntiqi insanı və onun arzularını arxa plana ataraq ölkəni qarşıdurma yoluna yönəltdi. Məhz bu yanaşma ölkəmizin kütləvi mühacirət nəticəsində tükənməsinə səbəb oldu. Münaqişə məntiqi ölkəmizdə Manvel generalları, dodi Qaqiklər, samvellər, Robert Koçaryanlar, Serj Sarkisyanlar və Mişikkovlar yetişdirdi. Onların vəzifəsi və missiyası yalnız bir şeydən ibarət idi: “Böyük Ermənistan” haqqında pafoslu ritorikanın pərdəsi altında talamaq, talamaq və yenə də talamaq”, - Paşinyan bildirib.
Əlavə edib ki, bu gün nəhayət, talançılar bir-birinin ardınca layiqli cəzalarını alır, talan edilmiş əmlak isə dövlətə və xalqa qaytarılır:
“Lakin bu gün Ermənistanda ədalət mühakiməsi etibarlı deyil. Etiraf edirəm, bilmirəm, sabah məhkəmənin hansı qərarla bu və ya digər talançını və ya korrupsioneri azadlığa buraxacağını bilmirəm. Mövcud Konstitusiyanın dəmir müdafiəsi altına aldığı cinayətkar-oliqarxik ədliyyə sistemi səbəbindən xalqın mandatını almış hökumətin mövcudluğuna baxmayaraq, çoxsaylı talançılar və qatillər azadlıqda qalırlar”.
Paşinyan deyib ki, Konstitusiyanın məqsədlərindən biri ədalət mühakiməsini oliqarxiyanın caynağından xilas etmək, onu xalqa qaytarmaq, xalqa və dövlətə xidmət etməyə məcbur etməkdir: “Yeni Konstitusiya layihəsinin 8-ci maddəsində qeyd olunur ki, Ermənistan Respublikasının xarici siyasətinin məqsədi sülhün təmin edilməsidir. Bu, tarixi əhəmiyyət daşıyan bəyanatdır. Bəli, bu müddəa 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinin məntiqini, yəni münaqişə məntiqini rədd edir”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















