Icma.az
close
up
RU
CBC nin yeni baş direktoru Vüqar Xəlilov kimdir? VİDEO

CBC nin yeni baş direktoru Vüqar Xəlilov kimdir? VİDEO

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Xəbər verdiyimiz kimi CBC telekanalına yeni direktor təyin olunub. Yeni direktir CBC-nin keçmiş baş direktoru Azər Xəlilovun qardaşı Vüqar Xəlilovdur. Bəs Vüqar Xəlilov bu vəzifəyə necə gəlib? BAKU.WS repost.az-a istinadən xəbər verir ki, Vüqar Xəlilov 20 ildən çox Azadlıq Radiosu və BBC-də işləyib. 2009-cu ildə o, Londondan Bişkekə köçüb və orada Avropa modelində ölkənin ilk piar-şirkətini təsis edib. Flexi Communications Qırğızstanda və digər Mərkəzi Asiya ölkələrində yerli və xarici şirkətlərə korporativ-maliyyə kommunikasiyaları, bazar tənzimləyiciləri ilə qarşılıqlı fəaliyyət, marketinq, web-dizayn və xüsusi tədbirlərin təşkili sahəsində xidmətlər göstərən agentlik olub. Həmin ərəfədə Böyük Britaniya vətəndaşı olan Vüqar Xəlilov 12 aprel 2010-cu ildə Bişkekdə qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilib. Lakin Vüqar özü və vəkili bu ittihamları cəfəng və uydurma ittihamlar adlandırıblar. Xəlilovun saxlanılması zamanı yalnız onun vətəndaş hüquqları deyil, həm də beynəlxalq norma və qanunlar pozulub. Böyük Britaniya səfirliyinin çoxsaylı diplomatik notaları cavabsız qalıb. Bişkekin Pervomay rayon məhkəməsi 2010-cu il avqustun 6-da Xəlilovun işinə baxıb və ona bəraət verib. Qırğızstan qanunlarına əsasən, hökm 10 gündən sonra, yəni avqustun 16-da qüvvəyə minir. Lakin hökmün qüvvəyə minməsinə bir neçə saat qalmış prokurorluq məhkəmənin qərarından etiraz verib. Sentyabrın 7-də Bişkek Şəhər Məhkəməsi prokurorluğun etirazına baxıb və bəraət hökmünü qüvvədə saxlayıb və Vüqar Xəlilov məhkəmə zalından azadlığa buraxılıb. Qırğızstan hakimiyyətinin daha bir ittihamı Xəlilovun Bakiyevlər ailəsinin çirkli pullarını yuması və Bakiyevin oğlu Maksimlə dostluq etməsi olub. İstintaq zamanı onu həmçinin Britaniya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham etməyə çalışıblar. Azadlığa çıxdıqdan bir müddət sonra o, Azərbaycana gəlib və 2015-ci ildə parlament seçkiləri ərəfəsində "seçki-2015.az" saytını təsis edib. BAKU.WS
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Mart 2026 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri