Icma.az
close
up
RU
CBS News: “ABŞ İrana zərbə riskini götür qoy edir”

CBS News: “ABŞ İrana zərbə riskini götür qoy edir”

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “CBS News” telekanalının məlumatına görə, ABŞ administrasiyası “dinamik və davamlı” müzakirələri davam etdirir.
“Ağ Ev eskalasiya risklərini və təmkinliliyin siyasi və hərbi nəticələrini qiymətləndirir. Növbəti üç gün ərzində Pentaqon öz hərbi kontingentinin bir hissəsini müvəqqəti olaraq Yaxın Şərqdən əsasən Avropaya və ya ABŞ-yə köçürmək niyyətindədir”, – materialda deyilir.
Mənbələrdən birinin sözlərinə görə, bu cür addımlar mümkün əməliyyata hazırlıqlardan xəbər verə bilər, lakin özlüyündə bunun qaçılmaz olduğu anlamına gəlmir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə İrana zərbə endirmək üçün bir çox səbəb və arqumentin olduğunu bildirsə də, diplomatiyanın ABŞ prezidenti Donald Tramp üçün prioritet olaraq qaldığını vurğulayıb.
Xanım Livitt həmçinin ABŞ-nin ötən ilin iyun ayında İranın nüvə obyektlərinə qarşı çox uğurlu əməliyyatını xatırladıb.
- İranın prezident Tramp və onun administrasiyası ilə razılaşması çox ağıllı addım olardı”, – Ağ Evin mətbuat katibi Tehrana məsləhət verib.
Daha əvvəl Trampın müşavirlərindən birinə istinad edən “Axios” portalı qarşıdakı həftələrdə birbaşa toqquşma ehtimalının 90% səviyyəsində olduğunu yazıb.
Xatırladaq ki, fevralın 17-də ABŞ və İran arasında Cenevrədə keçirilən son danışıqlar raundu başa çatıb. ABŞ vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, Vaşinqton Tehran üçün qırmızı xətləri, ilk növbədə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq tələbini müəyyənləşdirib.
“Biz nüvə silahlarının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, bəziləri dost, bəziləri isə o qədər də dost olmayan bir çox başqa rejimlər ortaya çıxacaq. Onlar da İrandan sonra nüvə silahı əldə etmək istəyəcəklər. Bu, Amerika xalqı üçün fəlakət olardı”, – Cey Di Vens vurğulayıb.
“Fox News” telekanalı bildirir ki, ABŞ İrana ultimatum verib : ya nüvə proqramını dayandırmalı, ya da “başqa variantlarla” üzləşməlidir.
İranın xarici işlər naziri Abbas Əraqçi, öz növbəsində, İslam Respublikasının nüvə silahına sahib olmağa çalışmadığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Fevral 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri