Icma.az
close
up
RU
Cəbi Bəhramov: Rusiyanın hərbi kartoqrafları tərəfindən tərtib olunan xəritələrdə Ermənistan adına rast gəlinməyib

Cəbi Bəhramov: Rusiyanın hərbi kartoqrafları tərəfindən tərtib olunan xəritələrdə Ermənistan adına rast gəlinməyib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda etdiyi çıxışda Azərbaycan tarixinə dair məsələlərə, xüsusilə də Qərbi Azərbaycan mövzusuna da yer verilib. Ölkə başçısının xəritələrlə bağlı söylədiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Uzun müddətdir ki, əsasən də dövlət müstəqilliyimizin bərpasından sonra toponimlərlə əlaqədar məsələlər elmi-tədqiqat işimizin istiqamətini təşkil edir. Prezident İlham Əliyevin dediklərində çox böyük həqiqət var. Çar Rusiyası Azərbaycanın şimal ərazilərini işğal etdikdən sonra bizim torpaqlarımıza ermənilərin kütləvi surətdə köçürülməsi prosesi baş verib. Köçürülmə prosesi 1830-cu ildən başlayaraq 1982-ci ilə qədər davam edib. Hətta 1993-cü ilə qədər işğal edilmiş ərazilərimizə Suriyadan, İraqdan və digər yaxın şərq ölkələrindən erməniləri köçürüblər. Həm çar Rusiyası, həm Sovet Rusiyası, həm də Rusiya Federasiyası erməniləri himayə edir, onlara pulsuz silah verirdi. Buraya köçürülən ermənilər Rusiya hökumətinə arxalanaraq yerli əhalinin təməl hüququnu pozub, bizim milli-mədəni irsimizə qarşı cinayət törədiblər. UNESCO tərəfindən 1954, 1970, 1972, 1993, 2003-cü illər və sonrakı dövrlərdə xüsusi konvensiyalar qəbul edilib. Onların bütün bəndlərində ermənilər tərəfindən Qərbi Azərbaycanda törədilən cinayətlər beynəlxalq cinayət hesab olunur. Ona görə də təbii ki, bizim təməl hüququmuz pozulub. Bunu bərpa etmək üçün bizim o torpaqlara qayıdış haqqımız var.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhramov deyib.

Sovet Rusiyasının Azərbaycanı işğal edəndən sonra 20,8 kvadrat kilometr ərazini Azərbaycan xalqından soruşmadan Ermənistan SSR-in tərkibinə verdiyini bildirən C.Bəhramov fikirlərinə belə davam edib: “Bu, cinayətdir. Bununla yanaşı, bizim ərazilərin adlarına da müdaxilə edilib. Yəni yaşayış məskənlərinin, o cümlədən çayların, göllərin, dağların adları dəyişdirilib. Göyçə gölü Sevan gölü adlandırıldı. İrəvan şəhərinin adını 1936-cı ildə dəyişdirərək Yerevan qoydular. Həmin ərazinin tarixini tamamilə saxtalaşdırdılar. Vaxtilə SSRİ hakimiyyətini quranlar tarixşünaslıqda da saxtakarlığa əl atdılar. Bununla əsaslandırmağa çalışdılar ki, guya ermənilər buranın yerli əhalisidir. Lakin elmi dəlillər əsasında sübut edilib ki, ermənilər buranın yerli əhalisi deyil, köçürülmədir. Tarixi torpaqlarımızdakı adların dəyişdirilməsi cinayətin üstünə cinayətin gəlməsi deməkdir. Ona görə də biz Qərbi Azərbaycana qayıdarkən kəndlərimizin, şəhərlərimizin, yaşayış məntəqələrimizin, dağlarımızın, yaylaqlarımızın öz adını bərpa etmək niyyətindəyik. Biz oraya insanlıq hüququmuzu bərpa etmək üçün gedəcəyik”.

Şöbə rəhbəri vurğulayıb ki, əlimizdə 1801-ci ildən sonrakı dövrün, yəni çar Rusiyasının, Sovet Rusiyasının işğalından sonrakı xəritələr var. Onlar Rusiyanın hərbi kartoqrafları tərəfindən tərtib olunan xəritələrdir. “Orada nə Ermənistan deyilən bir subyektin adı var, nə də Göyçə gölünün adı dəyişdirilməyib. Ona görə də bizim o ərazilərdə legitimlik hüququmuz pozulub. 19-cu əsrin birinci yarısında işğal zamanı həmin torpaqların yerli əhalisi olan azərbaycanlıların xeyli hissəsi öz dədə-baba yurdunu tərk etməyə məcbur olub, bir hissəsi isə qətlə yetirilib. Bu məsələ ilə bağlı kompleks şəkildə araşdırmalar, xəritələr tərtib olunur. Bizim orta məktəblər üçün nəşr etdiyimiz atlaslar var. Buraya ən qədim dövrlərdən bugünə qədər olan müddəti əhatə edən 89 xəritə salınıb. Prezidentin çağırışı ilə əlaqədar “Qərbi Azərbaycanın tarixi coğrafiyası” monoqrafiyası hazırlanıb və burada real tarixi həqiqətlər öz əksini tapıb. Dövlətimizin başçısının tarixi məsələlər, xüsusilə Qərbi Azərbaycanla bağlı söylədiyi fikirlər bizim üçün bir növ “yol xəritəsi”dir. Biz bu istiqamətdə tədqiqatlar aparır, araşdırmalarımızın rus, ingilis və digər dillərə tərcümə olunmasını təmin edirik. Onu da qeyd edim ki, arxiv sənədlərinin toplusunu tərtib etdik və azərbaycanlıların deportasiyası haqqında 14 səhifəlik məqaləni Slovakiyada ingilis dilində impakt faktorlu jurnalda çap etdirdik. Bunun özü artıq böyük bir nailiyyət kimi qəbul edilə bilər. Həmin məqalə Avropa oxucusu üçün çox geniş bir materialdır. Ermənilər müqavimət göstərsələr də, həqiqət elədir ki, bütün maneələri aşıb keçir. Biz öz haqqımızı Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Qərbi Azərbaycanda da bərpa edəcəyik. Ermənistanın və havadarlarının xoşuna gəlsə də, gəlməsə də, biz buna nail olacağıq”, - deyə C.Bəhramov diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri