Icma.az
close
up
RU
Cəbrayıl əməliyyatının uğuru erməni tərəfinin bir neçə əsas mifini dağıtd

Cəbrayıl əməliyyatının uğuru erməni tərəfinin bir neçə əsas mifini dağıtd

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ən yeni tariximizdə 4 oktyabr sıradan bir təqvim günü deyil, çox önəmli rəmzi məqam kimi xüsusi yer tutur. 2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib. Bəs, Cəbrayıl əməliyyatının tarixi əhəmiyyəti nədən ibarətdir? Bu şəhərin işğaldan azad edilməsi 44 günlük müharibənin sonrakı gedişatına nə kimi təsir göstərdi? Cəbrayıl əməliyyatının uğurla başa çatması ermənilərin hansı miflərini dağıtdı? Və Prezident İlham Əliyev tərəfindən 4 Oktyabr - Cəbrayıl Şəhəri Gününün təsis edilməsinin mənəvi əhəmiyyəti nədir?
4 oktyabr Azərbaycan hərb tarixində təkcə bir şəhərin azad edildiyi gün deyil, həm də Vətən müharibəsinin gedişini kökündən dəyişən strateji dönüş nöqtəsidir. Cəbrayılın işğaldan azad olunması ilə Azərbaycan Ordusu ilk dəfə olaraq cəbhənin cənub istiqamətində ciddi dərinliyə daxil oldu, Ermənistanın müdafiə xəttində uzun müddət qorunmuş psixoloji və hərbi üstünlük sarsıldı. Bu əməliyyat həm döyüş meydanında, həm də informasiya və diplomatiya müstəvisində müharibənin taleyinə təsir göstərən mühüm hadisələrdən biri oldu.
Cəbrayıl əməliyyatının tarixi əhəmiyyəti bir neçə qat üzərində izah oluna bilər. Birincisi, bu əməliyyat Azərbaycanın uzun illər ərzində işğal altında qalmış torpaqlarını azad etmək gücünü real döyüş şəraitində nümayiş etdirdi. Cəbrayılın azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu yalnız müdafiə edən deyil, təşəbbüsü ələ alan, sürətli manevr və dəqiq zərbə qabiliyyətinə malik peşəkar ordudur. Bu, müharibənin ilk mərhələlərində əldə edilən ən vacib psixoloji üstünlüklərdən biri idi.
İkincisi, Cəbrayıl əməliyyatı cəbhənin coğrafi düzülüşünü dəyişdi. Cənub istiqamətində irəliləyiş Azərbaycan Ordusuna sonrakı əməliyyatlar üçün əlverişli əməliyyat meydanı yaratdı. Bu uğur nəticəsində həm Füzuli-Zəngilan-Qubadlı xətti üzrə növbəti hücumlar üçün təkan yarandı, həm də Ermənistanın müdafiə sistemində ardıcıl çökmə prosesi başlandı. Yəni Cəbrayıl təkcə azad edilmiş bir rayon deyildi. Bu, ardınca gələn hərbi mərhələlərin açarı idi.
Üçüncüsü, Cəbrayılın azad edilməsi Azərbaycanın hərbi planlamasında çevikliyin və yüksək koordinasiyanın nümunəsi idi. Müasir müharibədə təkcə silah gücü deyil, dəqiq kəşfiyyat, pilotsuz uçuş aparatlarının effektiv istifadəsi, canlı qüvvənin düzgün istiqamətləndirilməsi və qərarların operativ verilməsi həlledici rol oynayır. Cəbrayıl əməliyyatı bu elementlərin hamısının bir sistem kimi işlədiyini göstərdi.
Cəbrayılın azad olunmasının 44 günlük müharibənin sonrakı gedişatına təsiri də böyükdür. Belə ki, bu əməliyyat müharibənin sonrakı gedişatında dönüş yaradan hadisə oldu. Bu qələbədən sonra Azərbaycan Ordusu təşəbbüsü tam şəkildə ələ keçirdi və düşməni müdafiə mövqeyindən çıxmağa, geri çəkilməyə, qaçmağa məcbur etdi. Burada ermənilər üçün əsas problem təkcə təmas xətti itkisi deyildi. Daha önəmlisi, onların axıra qədər dayanmaq və cəbhəni sabit saxlamaq planının pozulması oldu. Cəbrayılın alınması göstərdi ki, Azərbaycan Ordusunun irəliləyişi lokal yox, sistemli və davamlı xarakter daşıyır.
Bu əməliyyatın nəticəsi olaraq Ermənistan tərəfinin canlı qüvvəsi, texnikası və idarəetmə sistemi ciddi sarsıntı keçirdi. Azərbaycan Ordusu həm hərbi üstünlüyünü, həm də strateji təşəbbüsünü qorudu. Növbəti günlərdə Füzuli, Zəngilan, Qubadlı və daha sonra Şuşa istiqamətində yaranan əməliyyat üstünlüyünün əsasında da məhz Cəbrayılda əldə edilən uğur dayanırdı. Başqa sözlə, Cəbrayıl müharibənin “qapı"sını açan qələbələrdən biri idi.
Siyasi baxımdan da bu azadlıq çox önəmli idi. O, həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq aləmə göstərdi ki, işğalın “dondurulmuş münaqişə” kimi təqdim edilməsi artıq keçərli deyil. Azərbaycan öz torpaqlarını mərhələ-mərhələ, planlı şəkildə və suveren haqqı əsasında azad etməyə qadirdir. Bu isə danışıqlar masasında da Azərbaycanın mövqeyini daha da gücləndirdi.
Eyni zamanda, Cəbrayıl əməliyyatının uğuru erməni tərəfinin bir neçə əsas mifini dağıtdı. Ən əvvəl, “keçilməz müdafiə xətti” mifi dağıldı. Ermənistan uzun illər işğal altında saxladığı ərazilərimizdə guya güclü istehkam sistemi qurduğunu iddia edirdi. Lakin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun sürətli irəliləyişi bu istehkamların real döyüşdə dayanıqsız olduğunu göstərdi.
İkinci mif “erməni ordusunun döyüş üstünlüyü” iddiası idi. Cəbrayıl əməliyyatı sübut etdi ki, texniki və taktiki üstünlük artıq Ermənistan tərəfdə deyil. Müasir hərb anlayışına uyğun təşkilatlanmış Azərbaycan Ordusu qarşısında köhnəlmiş, bir-birinə bağlanmayan müdafiə sistemi dayana bilmədi.
Üçüncü mif “işğal olunmuş torpaqların geri alınmasının mümkün olmadığı” düşüncəsi idi. Uzun illər beynəlxalq və daxili ritorikada bəzi qüvvələr Azərbaycan torpaqlarının azad olunmasını mümkün olmayan və ya çox çətin bir proses kimi təqdim edirdilər. Cəbrayılın azad olunması bu psixoloji baryeri də sındırdı və göstərdi ki, siyasi iradə, güclü ordu və milli birlik olduqda tarixi ədaləti bərpa etmək mümkündür.
Dördüncü mif isə “Qarabağda status-kvonun əbədi qalacağı” inancı idi. Cəbrayıl əməliyyatı ilə bu "status-kvo" illüziyası alt-üst oldu, dağıldı. Müharibə cəbhəsində hadisələrin sürətlə dəyişməsi göstərdi ki, işğal nəticəsində yaranmış düzən daimi deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir.
O ki qaldı 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününün mənəvi əhəmiyyətinə, Prezident İlham Əliyev tərəfindən 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi həqiqətən də böyük mənəvi və tarixi məna daşıyır. Bu qərar təkcə bir qələbənin qeyd olunması deyil, həm də 27 illik işğal dövrünün ağrısının və azadlıq sevincinin dövlət yaddaşına çevrilməsidir. Belə günlər tarixi hadisələri gələcək nəsillər üçün canlı saxlayır, böyük Qələbənin hansı çətinliklər bahasına əldə edildiyini xatırladır.
Bu qərarın mənəvi tərəfi ondan ibarətdir ki, Cəbrayılın azad olunması sadəcə hərbi uğur kimi deyil, milli dirçəlişin simvolu kimi təsbit edilir. Şəhər Gününün təsis edilməsi Cəbrayılı doğma yurd kimi yenidən kollektiv yaddaşa qaytarır, Böyük Qayıdışa əlavə stimul verir. İşğal illərində boşaldılmış, dağıdılmış, yaddaşlardan silinməyə çalışılmış bir məkan bu gün dövlət səviyyəsində dəyər qazanır və yenidən qurulan həyatın mərkəzinə çevrilir.
Eyni zamanda, bu addım şəhidlərimizin xatirəsinə, qazilərimizin fədakarlığına və müharibə dövründə xalqın göstərdiyi milli həmrəyliyə xüsusi ehtiramdır. Cəbrayıl Şəhəri Günü milli qürur günlərimizdən biridir. Çünki bu gün, bu bayram xalqımızın illər sonra öz torpaqlarına qovuşmağını, ədalətin bərpasını və dövlətin öz vətəndaşları qarşısında tarixi borcunu yerinə yetirməsini simvolizə edir.
Bu baxımdan, Cəbrayıl əməliyyatı 44 günlük Vətən müharibəsinin sadəcə bir epizodu deyildi. Bu əməliyyat müharibənin strategiyasını kökündən dəyişən, düşmənin hərbi miflərini dağıdan və Azərbaycan xalqının güclü iradəsini, həmrəyliyini yenidən böyük tarix səhnəsinə çıxaran həlledici hadisələrdən biri idi. Cəbrayılın azad edilməsi ilə Azərbaycan Ordusu həm əməliyyat üstünlüyü qazandı, həm də növbəti zəfərlərin yolunu açdı. Bu baxımdan 4 oktyabr yalnız təqvim tarixi deyil, milli iradənin, hərbi gücün və tarixi ədalətin təntənəsidir. Prezident İlham Əliyevin 4 oktyabrı Cəbrayıl Şəhəri Günü elan etməsi isə bu tarixi qələbəni dövlətin və xalqın yaddaşında əbədiləşdirən mühüm addımdır. Bu gün Cəbrayıl həm azad edilmiş torpaq, həm dirçəlişin simvolu, həm də Azərbaycanın qalib gəlmiş iradəsinin yaşayış məkanıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Oktyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri