Cəbrayıl sakini: Çatan kimi torpağımı bağrıma basacağam
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Cəbrayıl şəhərində anadan olmuşam, orada yaşamışam, ömrümün çoxu - uşaqlığım, cavanlığım orada keçib. 30 illik həsrətdən sonra yenidən qayıdıram. Söz vermişəm, çatan kimi torpağımı bağrıma basacağam. Cəbrayılıma qurban olum. O qədər sevinirəm ki, heç danışa da bilmirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Yusif Kərimov deyib.
O, bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 40 ailə - 200 nəfər dogma yurduna köçürülüb.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:Arzularım çin oldu Cəbrayıl sakini
02 Dekabr 2024 08:15
Sevincimdən danışa bilmirəm Cəbrayıl sakini
29 Noyabr 2024 08:03
150 Cəbrayıl sakini doğma yurdlarında FOTOLAR
07 Noyabr 2024 16:57
Cəbrayıl sakini: Yurda qayıtmaq çox gözəl hissdir
25 Dekabr 2024 07:12
Cəbrayıl sakini: Daha yaxşı günlər bizi gözləyir
02 Dekabr 2024 10:37
Baxış sayı:54
Bu xəbər 29 Noyabr 2024 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















