Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəbrayıl rayonunda Novruz bayramı coşqu ilə qeyd olunub.
Bizim Media xəbər verir ki, Cəbrayıl şəhərində təşkil edilən tədbirdə ölkənin müxtəlif bölgələrində məskunlaşmış Cəbrayıl sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər uzun illər torpaqlarımızın bu cür bayram ab-havasına həsrət qaldığını qeyd edib, 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilən torpaqlarımızın doğma sakinlərin nəfəsi ilə canlandığını diqqətə çatdırıblar. Bu müqəddəs amal uğrunda canından keçən qəhrəmanlara Allahdan rəhmət, qazilərə şəfa arzulanıb.
Mərasimdə Dədə Qorqud obrazının iştirakı ilə bayram tonqalı alovlandırılıb, qədim “Şah-vəzir” oyunu oynanılıb.
Qaydaya əsasən haqqında şikayət olan şəxs şahın hüzuruna gətirilir, pozduğu qanuna uyğun cəza tətbiq olunur.
Bayram tədbiri musiqili-bədii hissə ilə davam edib. Yerli incəsənət nümayəndələri ilə yanaşı, digər bölgələrdən gələn ifaçılar da cəbrayıllıların sevincinə şərik olublar.








Bizim Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Mart 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















