Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Çeçenistanda 50 min dinc insanı,18 min hərbçini məhv edən Rusiya I savaşın 30 ili

Çeçenistanda 50 min dinc insanı,18 min hərbçini məhv edən Rusiya I savaşın 30 ili

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər şey oradan başladı ki, 70 il dünyaya hökm edən sovet imperiyasının qalın divarları çat verməyə başladı. Bu çat xaricdən daha tez hiss olunsa da daxildən daha tez reaksiyalar verdi. Xalqlar öz haqqlarını tələb etməyə, imperiyadan qopub müstəqil olmaq üçün birlik olub tələblərini səsləndirməyə başladılar. “Azadlıq” və “Rədd olsun imperiya” sədaları meydanları doldururdu.
Amma dünya bir şeyi unudurdu. Çat verən sovet höküməti idi. Qəddar və sonrakı illərdə də öz gücündən zərrə də əskiltməyən KQB olduğu kimi qalırdı. Tez bir zamanda “müttəfiq respublikalarda baş verən azadlıq tələbi yön dəyişməyə başladı. "1988-ci ilin dekabrından "Ruslarsız Özbəkistan", "Rədd olsun ruslar" kimi şüarları səsləndirən özbəklər qəflətən - 1989-cu ilin 1-5 iyun tarixlərində ölkədə yaşayan axısqalılara hücum etdilər. Ehtimallara görə 20 axısqalı öldürülsədə qalanları Özbəkistanı tərk edərək Azərbaycana köçürlər. Sizcə, Rusiya DTK-sı (KQB) "Ruslarsız Özbəkistan", "Rədd olsun ruslar" kimi şüarları səsləndirən özbəkləri bağışlayarmı? Xeyir! Sovet Ordusu Özbəkistana düşməncəsinə hücum etdi. 112 nәfәr öldürüldü (onlardan 52-i Mәshәti türkü, 36-sı özbәk, 12 nәfәr azәrb. idi), 1011 nәfәr yaralandı, 1991 ildә 100-ә yaxın adam mühakimә edildi, 2 nәfәr ölüm cәzasına mәhkum olundu. Eyni hal Ermənistanda da baş verdi: Əvvəl azadlıq- müstəqillik istəyən ermənilər, az keçmədən, menyularına Azərbaycan ərazisi olan Qarabağı da əlavə etdilər. SSRİ-i yaratdığı və “gözünün işığı hesab etdiyi ermənilərin xətrinə dəyməsə də Azərbaycandakı (Sumqayıt hadisələri) 26 ermənini KQB-nin əli ilə qətlə yetirib, daha böyük bir qırğının təməlini qoydular. Beləki, məhz bu qanlı KQB planından sonra azadlıq və müstəqillik tələb edən və haqq səsini çıxaran azərbaycanlılar qəflətən XI Qızıl Ordunun tanklarının odlu lüləsinə tuş gəldi. 1990-cı il 20 yanvarda günahsız insanlar kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirildi.Yüzlərlə insan KQB-nin qəzəbinə qurban getdi.
Elə, Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı da KQB və sovet ordusunu hərəkətə keçirən amil oldu. Sovet ordusu Moldovada 913 insanı öldürdükdən sonra birdə (1990-cı il sentyabrın 2-də) SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan etdilər.
1990-cı ilin dekabrında isə referendum keçirilərək, qondarma “DMR” “müstəqil dövlət” elan olunub. Eynən “artsax respublikası” oyunu bu ölkənin də ərazisinin işğalına səbəb oldu. O arada azadlıq üçün ayağa qalxmış tacikləri də elə bil qəflətən “cin vurdu”.
Qüdrətli KQB əlini Tacikistana da sürmüşdü . May 1992-də Tacikistanın Garm və Dağlıq Bədəxşan Muxtar Vilayətidə bəzi İslamçı təbəqəsinin, Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqə Birləşmiş Tacik Müxalifəti adı altında toplanmış, Özbəkistan və Rusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-də Moskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir.
SSRİ nəhayət dağılır, amma onun varisi olan Rusiya KQB-nin sayəsində böyük bir “tufan”dan sağ çıxır. 15 respublika müstəqillik əldə etsə də, bu müstəqillik muxtariyyətlərə aid olmadığını Rusiya əməli ilə ortaya qoydu. Qətiyyətli və döyüşkən xalq olan çeçenlər də bu qanlı əməlin qurbanına çevrildilər.
Bu gün Birinci Çeçen-Rus Müharibəsinin başlamasından 30 il ötür.
Adalet.az xəbər verir ki, 1994-cü il dekabrın 11-də MDB məkanının ən qanlı müharibəsi başlayıb.Azadlıq və müstəqillik arzusunda olan çeçenlər meydanlarda imperiya varisindən bunu tələb edirdilər. Amma bu istək hələ 1990-cı ildən başlamışdı. Həmin ildə yaradılan Ümumçeçen Xalq Konqresi öz əsas məqsədinin müstəqil dövlət yaratmaq olduğunu elan edir. Konqresin rəhbəri Gövhər Dudayev 1991-ci il iyunun 8-də konqresin 2-ci qurultayında İçkeriya Çeçen Respublikasının müstəqilliyini elan edir. Lakin ölkə parlamenti bu qərarı qəbul etmir və Sovet İttifaqının dağılması fonunda muxtariyyətin Rusiya Federasiyasının tərkibində qalmasına tərəfdar çıxır. Dudayev silahlı dəstələrinin köməyi ilə parlamenti zor gücünə dağıdır.
Rusiyanın ilk prezidenti Boris Yeltsin də Dudayev kimi qanunverici orqanla mübarizə aparmalı olur. 1992-ci ilin noyabrında o, Çeçenistan Muxtariyyətində fövqəladə vəziyyət elan etmək istəsə də, Duma onun bu qərarını dəstəkləmir. Səlahiyyət mübarizəsi 1993-cü ilin oktyabrında Dövlət Dumasının Yeltsinə sadiq qüvvələr tərəfindən zəbt olunması ilə nəticələnir.
Çeçenistanda parlamentin zorla buraxılması ilə ölkədə iki siyasi qüvvə formalaşır. Bir tərəfdə Rusiyaya meylli şimal, digər tərəfdə isə müstəqillik tərəfdarı olan cənub.
Beləliklə, ən “ədalətli” qanunu “parçala , hökm et” şüarı olan Rusiyanın təməl prinsipi Ordusunun, KQB-sinin əli ilə çeçen xalqına dəhşət yaşatmağa başlayır.
Kreml gizli şəkildə Dudayevə müxalif olan qüvvələri dəstəkləməyə başlayır. Məhz bu dəstəyin sayəsində 1993-cü ilin dekabrında Çeçenistanın Nadtereçnıy rayonunda Ömər Avturxanovun başçılıq etdiyi Çeçenistan Respublikasının Müvəqqəti Şurası yaradılır. Bütün respublika ərazisində yeganə legitim hakimiyyət orqanı kimi özünü qələm verən bu şura Gövhər Dudayev hakimiyyətinin barışmaz düşməninə çevrilir. (KQB dəsti-xətti)
Ömər Avturxanov anti-dudayevçi çeçenlərlə birləşərək 1994-cü ilin noyabrında paytaxt Qroznıya hücum təşkil edirlər. Rusiya xüsusi xidmət orqanları şəhərə hücum əməliyyatının hazırlanmasında yaxından iştirak edirlər və çeçen müxalifətinə heyəti ruslardan ibarət olan 40 tank, artilleriya və silah-sursat verirlər. Lakin 1994-cü il noyabrın 26-da baş tutan hücum böyük uğursuzluqla nəticələnir. Müxalifətin 100-dən artıq döyüşçüsü, 23 tankı məhv edilir. 50-dən artıq rus hərbçisi də Dudayev qüvvələrinə girov düşür. Bu isə Rusiyanın Çeçenistandakı münaqişədə yaxından iştirak etdiyini sübut edirdi.
Bu əsnada Rusiya müdafiə naziri Pavel Qraçovun rus hərbçilərinin münaqişədə iştirak etməməsi ilə bağlı çıxışı uzun illər mübahisə mövzusu olur: “Bilirsiniz, mən bu məsələ ilə maraqlanmıram, çünki rusiyalı hərbi qulluqçular münaqişədə iştirak etmir. Əgər Rusiya ordusu müharibə etməli olsaydı, hesab edirəm ki, bircə hava desant alayının köməyi ilə 2 saata bütün məsələni həll edərdik”.
Bu məqamda bir ştrix açmaq istəyirik: Çeçenistan müharibəsinin qəhrəmanlarından olan Əmir Xəttabın (Samir) Rus Çeçen müharibəsi haqqında xatirələrinin toplandığı . “Hattabın anıları”
kitabı var. Bu kitabı oxuyanlar bildirir ki, kitabda Xəttab xatirəsində qeyd edir ki, Ruslar Osetiya və digər Qafqazlılardan təşkil olunan hərbi bölüklərə bütün alçaq murdar hərkətləri icazə verdiyi halda Ruslardan təşkil olunan bölüklərə bu haqqı tanımırdılar:” Osetin hərbi birləşmələrinin Çeçenistanda çox sivil insanı yandıraraq və işkəncələrlə qətl etdiyini qeyd edir. Bunun səbəbini kimi də uzun dövrdə qafqalıların yenidən birləşməmələri üçün çeçenlərlə digər Qafqaz xalqları arasında nifaq toxumları səpmək olduğunu qeyd edir”.
Bəli, Rusiya prezidenti Boris Yeltsin “Çeçenistan Respublikası ərazisində qanunçuluğu və ictimai təhlükəsizliyi təmin etmək barədə” verdiyi fərmanla 3 ildir qeyri-müəyyənliyini saxlayan, müstəqillik üçün “ipə-sapa yatmayan” Çeçenistan məsələsinin güc yolu ilə həll olunmasına başlayır.
Birinci Çeçenistan – Rusiya müharibəsi 1994-cü il dekabrın 11-dən 1996-cı il avqustun 31-nə qədər davam edir. Müharibədə rus hərbi qüvvələri 6,000 nəfərdən çox, çeçen hərbi qüvvələri 18,000 nəfərdən çox və 50,000 (qeyri-rəsmi mənbələrə əsasən 100,000-ə yaxın) mülki vətəndaş həyatını itirdi. Döyüşlərdə siyasətçi,dövlət xadimi İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı olan Çövhər Dudayev də həlak oldu.
Rusiyaya qarşı döyüşən Çeçen İçkeriya Respublikası, Müsəlman muzdluları, Türkiyəli könüllülər, Ukraynalı könüllülər, Belqoroddan olan könüllüləri partizan-diversiya əməliyyatları keçirməyə üstünlük verirdilər və Rusiyanın itkiləri böyüyürdü. Odur ki, Dağıstanın Xasavyurt şəhərində Rusiya Təhlükəsizlik Şurasının katibi Anatoli Lebedlə Çeçen-İçkeriya Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi Aslan Məshədov arasında Xasavyurt Müqaviləsi imzalanır. Müqaviləyə görə, Çeçenistanın müstəqilliyi Rusiya tərəfindən rəsmən tanındı və siyasi statusu 5 il ərzində qərarlaşdırılmalı idi.
Sizcə, Rusiya Çeçenistana “siyasi status “ verəcəkdimi?
Mərhum çeçen generalı Dudayevin çox əvvəl dediyi və zərb-məsəl olan “"Ruslarla imzalanmış istənilən müqavilə su üzərinə yazılmış yazı kimidir" fikirlərini ağlınıza gətirin. Qarşıdan çeçenlərə verilən 5 ildə güclənən və Çeçenistanın daşını-daş üstə qoymayan İkinci Çeçenistan – Rusiya müharibəsi gəlirdi.

P.S. Vaxtı ilə SSRİ-də “muxtariyyət” statusunda olmuş həmin respublikalar Rusiyanın 22 subyekti olaraq “respublika” statusu almışdı. Belə bir məqamda Çeçenistanın müstəqillik əldə etmək istəməsi Rusiyanın sonu ola bilərdi. Rusiya KQB-nin qüdrəti ilə əldə saxladığı respublikaların siyahısına baxaq:
1. Adıgey Respublikası (Maykop)
2. Altay Respublikası (Qorno-Altaysk)
3. Başqırdıstan Respublikası (Ufa)
4. Buratiya Respublikası (Ulan-Ude)
5. Dağıstan Respublikası (Mahaçqala)
6. İnquşetiya Respublikası (Maqas)
7. Kabardin-Balkar Respublikası (Nalçik)
8. Kalmıkiya Respublikası (Elista)
9. Qaraçay-Çərkəz Respublikası (Çerkessk)
10. Kareliya Respublikası (Petrozavodsk)
11. Komi Respublikası (Sıktıvkar)
12. Mari El Respublikası (Yoşkar-Ola)
13. Mordoviya Respublikası (Saransk)
14. Saxa Respublikası (Yakutsk)
15. Şimali Osetiya (Vladiqafqaz)
16. Tatarıstan Respublikası (Kazan)
17. Tıva Respublikası (Kızıl)
18. Udmurtiya Respublikası (İjevsk)
19. Xakasiya Respublikası (Abakan)
20. Çeçenistan Respublikası (Qroznı)
21. Çuvaş Respublikası (Çeboksarı)
22. Krım Respublikası (Simferopol)

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri