Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

“Cəhalət norma kimi: ABŞ diplomatları niyə dünya xəritəsini tanımır?“ “Le Monde“

“Cəhalət norma kimi: ABŞ diplomatları niyə dünya xəritəsini tanımır?“ “Le Monde“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamentinin Braziliyada keçirilən beynəlxalq QİÇS konfransında nümayiş etdirdiyi Afrika xəritəsi ciddi qalmaqala səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" nəşri yazıb.

ABŞ-ın Afrika xəritəsindəki səhvi müzakirə mövzusuna çevrildi

Nəşr yazır ki, bu hadisə ABŞ-da təhsilin keyfiyyətinin aşağı düşməsinin və süni intellektə kor-koranə etimadın növbəti nümunəsi kimi qiymətləndirilir.

Konfrans zamanı nümayiş etdirilən xəritədə Kot-d'İvuar (Fil Dişi Sahili) qitənin cənubunda göstərilib, Nigeriya dənizə çıxışı olmayan ölkə kimi Səhranın mərkəzinə yerləşdirilib, Kamerun isə ümumiyyətlə xəritədən yoxa çıxıb.

Mozambik də səhvən Afrikanın şərqinə köçürülüb. Ekspertlər bu cür kobud səhvlərin, xüsusilə də Afrika ölkələrinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə yol verilməsini ABŞ-ın tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər.

Süni intellekt, yoxsa insan amili?

ABŞ Dövlət Departamenti baş verənləri "təəssüf doğuran səhv" adlandıraraq məsuliyyəti üzərinə götürüb. Bildirilib ki, təqdimat çıxışdan əvvəl tələsik redaktə edilib. "Reuters" agentliyi isə xəritədə süni intellektdən istifadəni göstərən su nişanı aşkar edib. Ehtimala görə, xəritə "OpenAI" alətlərindən biri vasitəsilə hazırlanıb və model səhvə yol verib. 

Priston Universitetinin süni intellekt üzrə mütəxəssisi Adji Busso Dienq bildirib ki, bu hadisə süni intellektin nəticələrinin mütləq insan tərəfindən yoxlanılmasının vacibliyini bir daha göstərir. Onun sözlərinə görə, belə texnologiyalarda faktiki səhvlər hələ də ciddi problem olaraq qalır.

Problem təkcə xəritədə deyil

Nəşr yazır ki, problem yalnız süni intellektlə bağlı deyil. ABŞ məktəblərində coğrafiya ikinci dərəcəli fənn hesab olunur və 2015-ci il hesabatına görə, səkkizinci sinif müəllimlərinin yarıdan çoxu bu fənnə dərs vaxtının 10 faizindən də azını ayırır. Məqalədə xatırladılır ki, 2020-ci ildə keçirilən sorğuda amerikalı seçicilərin cəmi 23 faizi İranı dünya xəritəsində düzgün göstərə bilib.

Müəllif Donald Trampın da dəfələrlə coğrafi səhvlərə yol verdiyini qeyd edir. O, NATO sammiti zamanı İranı Yaponiya ilə səhv salaraq "Yaponiya İslam Respublikası" ifadəsini işlədib, daha əvvəl isə Tehrana ünvanlanan hədəni səhvən Omana aid edib.

"Le Monde" vurğulayır ki, coğrafi səhvlər təkcə siyasətçilərə məxsus deyil. Müxtəlif illərdə CNN və "Fox News" da xəritələrdə oxşar yanlışlıqlara yol veriblər. Bununla belə, nəşrin fikrincə, ABŞ-ın son insidenti beynəlxalq diplomatiyada peşəkarlıq və diqqətin vacibliyini bir daha gündəmə gətirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Avqust 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri