Icma.az
close
up
RU
Çəkilişinə 1 milyon ayrıldı, 12 ildir xəbər yoxdur... “Dədə Qorqud” serialının müəmmalı AQİBƏTİ

Çəkilişinə 1 milyon ayrıldı, 12 ildir xəbər yoxdur... “Dədə Qorqud” serialının müəmmalı AQİBƏTİ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq yazıçısı Anarın ssenarisi əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Dədə Qorqud” filminin çəkilməsindən 50 il ötür. Yarım əsrlik yaşı olan film Azərbaycanda çəkilən ilk ikiseriyalı bədii filmdir. Bu film türk xalqlarının dastanının cəmi iki boyunu əhatə edir.

“Dədə Qorqud” serialı haqqında qərar 12 il öncə verildi

İllər keçdikcə xalqın taleyini, tarixi prosesləri, adət və ənənələri əhatə edən “Kitabi-Dədə Qorqud” dastanı haqqında daha geniş, çoxhissəli tarixi bədii serialın çəkilməsi qərara alınıb.

2013-cü il dekabrın 28-də Dövlət başçısı "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında Sərəncam imzalayıb. Ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat da ayrılıb.

“Dədə Qorqud” serialı 12 hissədən ibarət olacaq?

Yazıçı Anar müsahibələrində “Dədə Qorqud” parkının açılışındakı çıxışı zamanı belə bir təklif verdiyini deyib. O, 12 boydan ibarət olan dastanın hər boyuna bir seriya çəkilməsini təklif edib. Yazıçı illər əvvəl serialın ssenarisini yazıb təqdim etdiyini də bildirib. Lakin sərəncamın imzalanmasından 12 il keçsə də, ortalıqda heç bir serial yoxdur.

Bəs 2013-cü ildə çəkilməsi haqqında Sərəncam verilən “Dədə-Qorqud” serialının ərsəyə gəlməsinə nə mane olur? Ssenariyə nə qədər vəsait xərclənib? Hazırda serialın çəkilməsi ilə bağlı durum nə yerdədir?

Yaranan suallara cavab tapmaq məqsədilə Mədəniyyət Nazirliyinə müraciət etdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq, məsələ ilə bağlı araşdırma aparılacağı bildirilib.

Xatırlatmaq yerinə düşər ki, Sərəncamda serialın çəkilməsi üçün pul ayrılan qurum olan Mədəniyyət və Turizm Nazirliyi 20 aprel 2018-ci ildə Prezidentin Sərəncamı ilə ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Mart 2025 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri