Icma.az
close
up
RU
Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan orqanizmi günün uzunluğunun, temperaturun, yuxu rejiminin və fiziki aktivliyin dəyişməsinə reaksiya verir. Lakin payızın gəlməsinin öz-özlüyündə orqanizmi yağ toxuması yaratmağa məcbur etdiyini söyləmək olmaz.
Bizim.Media xəbər verir ki, bunu “Semeynaya” klinikalar şəbəkəsinin endokrinoloq və dietoloqu Vladimir Mayorov “Zdorovye Mail”ə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, bədəndə yağ kütləsinin artması qəbul edilən enerjinin sərf olunan enerjidən çox olduğu zaman baş verir. Bu isə mütləq daha çox yemək demək deyil. Məsələn, fiziki aktivliyin azalması çəkinin artmasına səbəb ola bilər. Həkimin sözlərinə görə, bu, kökəlmədə ən geniş yayılmış səbəblərdən biridir.

Mayorov qeyd edib ki, gün işığının azalması da orqanizmə təsir edir. Bu, yuxunu, hormonların ifrazını, qidalanma davranışını, toxumaların insulinə həssaslığını və enerji mübadiləsini tənzimləyən sirkadiyalı ritmlərə təsir göstərir.
Bioloji saat, yuxu, qidalanma vaxtları və işıqlandırma arasındakı uyğunsuzluq toxumaların insulinə həssaslığını azalda və qlükoza mübadiləsinin tənzimlənməsini dəyişə bilər.
Həkim vurğulayıb ki, çəkidə hər artım mütləq yağ kütləsinin artması demək deyil. Bədən çəkisinə orqanizmdəki suyun miqdarı, qlikogen ehtiyatı, duz və karbohidrat qəbulu, mədə-bağırsaq traktındakı qidanın həcmi, menstrual sikl və fiziki yüklənmə də təsir edir.

Bu səbəbdən çəki dəyişikliyini bir göstəriciyə əsasən deyil, bir neçə həftə ərzində müşahidə etmək məsləhətdir.
Mütəxəssisin fikrinə görə, çəkinin sürətlə və davamlı şəkildə artması, xüsusilə ödem, nəfəs darlığı, fiziki yüklənməyə dözümlülüyün kəskin azalması, güclü halsızlıq və digər yeni simptomlarla müşayiət olunması zamanı həkimə müraciət etmək lazımdır.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2026 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri