Cəlal Hüseynov: “Karyeramı xaricdə davam etdirməyi düşünürəm”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Hazırlıq çox yaxşı keçir”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.
O, sabah qalib gəlmək istədiklərini bildirib: “Mövsüm ərzindəki oyunların yorğunluğu olsa da, kollektivdə ab-hava yaxşıdır. Rəqib dünya reytinqində bizdən aşağıdadır. Amma yaxşı komandadır. Asan görüş olmayacaq”.
“Bolqarıstanın “Arda” klubu ilə müqaviləm yekunlaşıb. Karyeramı xaricdə davam etdirməyi düşünürəm. Ayın ortalarına yaxın yeni klubum bəlli olacaq. Tələsmək istəmirəm”, - deyə futbolçu qeyd edib.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 İyun 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















