Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Cəlaloğlu: Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir

Cəlaloğlu: Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Azərbaycan prezidenti milli və dövlətçilik maraqlarımızı müdafiə edir. Mənim fikrimcə, belə hallarda dövlət başçısının təklənməsi halı olmamalıdır. Prezident bir bəyanat verirsə, hakimiyyətin digər qolları, eləcə də müxalif qüvvələr mövqelərini ifadə etməlidirlər. Həqiqətən də 1920-ci ilin aprelində Azərbaycan işğal edilib, minlərlə insanın həyatına son qoyulub. Hesab edirəm ki, Azərbaycan Milli Məclisi 1920-ci ilin aprel işğalına siyasi qiymət verməlidir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan prezidentinin tarixi faktları dilə gətirməsindən sonra Rusiyanın bəzi şovinist dairələri tərəfindən hücuma məruz qalmasından danışarkən deyib.
S. Cəlaloğlunun fikrincə, əgər Azərbaycanın dövlət başçısı öz çıxışında 1920-ci ilin 28 aprelini Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi kimi qiymətləndirirsə, parlament bu məsələləri müzakirə etməli, o hadisələri sovet Rusiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının işğalı kimi dəyərləndirməlidir. “Eyni zamanda iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq, bütün qüvvələr bu məsələdə prezidentin yanında durmalıdırlar. Çünki prezidentin bu fikirləri obyektivlik, gerçəklik və milli dövlətçiliyimizin ən böyük həqiqətlərindən biridir”,- deyə ADP sədri əlavə edib.
Müsahibimiz bildirib ki, dövlət başçısının tarixi baxımından çıxışı Azərbaycanın rus və sovet imperiyası tərəfindən əsarətini aydınlaşdıran, bizim SSRİ və Rusiyanın tərkibində olmağımızın səbəblərini ortaya qoyan ən ciddi arqumentdir: “Belə hallarda prezidentin çıxışı ölkə daxilində ciddi müzakirə edilməli, onun ətrafında böyük siyasi dəstək formalaşdırılmalıdır. Dövlət orqanlarının müxtəlif strukturları bu məsələlərə münasibət bildirməlidirlər. Çünki, bu kimi hallarda prezidentin çıxışı Rusiyanın şovinist dairələrinin hücumlarına məruz qalır. Buna imkan vermək olmaz! Odur ki, prezidentin çıxışı ölkəmizdə ciddi müzakirə edilməli, fikir və mövqelər ifadə olunmalıdır”.
S. Cəlaloğlu bu məsələni tamamilə obyektiv, Azərbaycanın həm çar, həm də sovet Rusiyası tərəfindən işğal edilməsinin növbəti təsdiqi və buna etirazı kimi qiymətləndirir: “Prezidentin bu fikirləri tarixi və hüquqi baxımdan tam doğrudur, faktı deyib. Rusiyada bunun necə qarşılanmasından asılı olmayaraq, Azərbaycan cəmiyyəti bu məsələdə prezidentin yanındadır və yanında da olmalıdır. Prezidentin dövlət və milli maraqlarımızla bağlı səsləndirdiyi istənilən fikir ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənməlidir. Hətta prezidentə qarşı olan hücumlara görə, Rusiya səfirliyinin önündə aksiya da keçirilə bilər. Əgər bunu hakim partiya təşkil edərsə və biz dəvət olunarıqsa, şübhəsiz, iştirak edərik. Dövlətimizin müstəqilliyi və suverenliyi məsələsində prezidenti xarici qüvvələr qarşısında tək qoymaq bizim ən böyük yanlışlığımız olardı. Mümkündür ki, bəzi qüvvələr bunda maraqlı ola bilər. Amma mən hesab edirəm ki, belə hallarda prezidentin ətrafında geniş xalq kütlələsinin dəstəyi formalaşdırılmalıdır”.
Nemət ORUCOV
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri