Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb.
Onun məlumatına görə, hadisə noyabrın 14-nə keçən gecə Transilvaniyada, Sfıntu-Qeorqe yaşayış məntəqəsindən 6,8 dəniz mili (12,59 km) məsafəsində baş verib. Zərbə nəticəsində quru yük gəmisinin yük kranı zədələnib. Yanğın baş verməyib, xəsarət alan yoxdur.
Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hakimiyyət orqanlarının hadisədən xəbərdar olduğunu təsdiqləyib. Bununla yanaşı, o qeyd edib ki, yoxlamaların davam etməsi ilə əlaqədar olaraq təfərrüatlar hələ ki açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 Noyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















