Icma.az
close
up
RU
Cəlil Xəlilov: Azərbaycan 8 Noyabr Zəfəri ilə regionda sabitlik və tərəqqini təmin edib

Cəlil Xəlilov: Azərbaycan 8 Noyabr Zəfəri ilə regionda sabitlik və tərəqqini təmin edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

44 günlük Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının və dövlətinin tarixində, onun gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynadı. Bu Qələbə sayəsində Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmədi, eyni zamanda, özünü bir dövlət olaraq növbəti dəfə tarix qarşısında təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu böyük Qələbə ilə sübut etdi ki, ordumuz öz xalqını, dövlətinin ərazi bütövlüyünü qorumağa qadirdir. 44 günlük Vətən müharibəsindəki Qələbə ilə Azərbaycan dövləti öz suverenliyini də bərpa etmiş oldu. 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan ərazilərimiz üzərində dövlətimizin faktiki nəzarəti bərpa edildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov səsləndirib.

Onun sözlərinə görə, Qələbə Azərbaycana siyasi baxımdan da böyük dividentlər qazandırdı: “Hərb meydanında əldə edilən Qələbə Azərbaycanın diplomatik sferadakı mövqeyini möhkəmləndirdi. Azərbaycan danışıqlar masasına qalib tərəf kimi əyləşdi. 2020-ci ilin 10 Noyabr üçtərəfli Bəyanatının timsalında Ermənistan kapitulyasiyaya bərabər sənəd imzaladı ki, bu da diplomatiyamız adına tarixi uğurdur. Qələbə Azərbaycanın nüfuzunun beynəlxalq müstəvidə ciddi şəkildə artmasına, qlobal güclərin ona olan münasibətinin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb oldu”.

Cəlil Xəlilov, həmçinin bildirib ki, Vətən müharibəsindəki Qələbə mənəvi baxımdan da Azərbaycana böyük üstünlüklər qazandırdı:”Bu Qələbə milli qürurun, xalqımızın özünə olan inamının güclənməsinə səbəb oldu. Qalib xalq, qalib dövlət imici post-müharibə dönəmindəki proseslərə daha qətiyyətlə yanaşmağımızı təmin etdi. Bir sözlə, bu Qələbə xalqımızın və dövətimizin həyatında müsbət mənada yeni bir dönəmin başlanğıcı oldu”.

O vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. “8 Noyabr Zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir. Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır. Bu Qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Azərbaycan torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər 8 Noyabr Zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün istifadə etdikləri imkan və vasitələri birdəfəlik itirdilər. 8 Noyabr Zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtı ilə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər 8 Noyabr Zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı”, - deyə o diqqətə çatdırıb.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman dünya veteran təşkilatları ilə sıx əlaqələr qurmağa çalışdığını da qeyd edib: “Bu əlaqələr bizə veteranlarla bağlı məsələlər ətrafında geniş fikir və təcrübə mübadiləsi aparmaqla yanaşı, Azərbaycan həqiqətlərini daha geniş miqyasda təbliğ etmək imkanı qazandırır. Bu gün biz qalib xalq və dövlət olaraq günümüzün həqiqətlərini qürur hissi ilə, Qələbə sevinci ilə təbliğ edirik”.

Sədr təşkilatın sıralarının genişlənməsindən də danışıb. O vurğulayıb ki, son bir ildə üç mindən çox Vətən müahribəsi iştirakçısı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. “Veteranlıq xüsusi və şərəfli status olmaqla yanaşı, həm də məsuliyyətdir. Odur ki, bu məsuliyyəti hər kəsin, hər bir veteranın dərk etməsi, bu məsuliyyətdən irəli gələn məsələlərə xüsusi həssaslıqla yanaşması vacibdir”, - deyə Cəlil Xəlilov diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri